. Love.az

Vahid Ismayilov - Wikipedia - Love.az

Ana Səhifə - Vahid Ismayilov

Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu – 5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi[1]

Vahid İsmayılov
Azərbaycan Kommunist Partiyası Jdanov Rayon Komitəsinin birinci katibi
1978 – 1983
ƏvvəlkiCavanşir Məmmədov
SonrakıMəhəmməd Əsədov
Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon Komitəsinin birinci katibi
1968 – 1978
ƏvvəlkiMəmməd Əsgərov
SonrakıNadir Abbasov
Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin birinci katibi
1965 – 1968
ƏvvəlkiƏli Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1931(1931-10-24)
Doğum yeri
  • Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 5 may 1983(1983-05-05) (51 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1956–1983)
Təhsili
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1949–1953)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 1971 "Oktyabr inqilabı" ordeni — 1973 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Qırmızı əmək bayrağı" ordeni — 1981

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Mənbə
    • 3.1 İstinadlar

Həyatı

redaktə

Vahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.[2] 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir.[3]

Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur.

Mükafatları

redaktə

Lenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir.

Mənbə

redaktə
  • Ваһид Аслан оғлу Исмајылов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 197.

İstinadlar

redaktə
  1. ↑ [1]
  2. ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 423. ISBN 978-9952-8032-5-9.
  3. ↑ "Arxivlənmiş surət". 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vahid_İsmayılov&oldid=6907030"
LOVE.AZ