. Love.az

Vahid Eliyev General - Wikipedia - Love.az

Ana Səhifə - Vahid Eliyev General

Vahid Əli oğlu Əliyev (19 aprel 1969, Bakı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi (2002–2017), Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini (2012–2017).

Vahid Əliyev
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini
30 noyabr 2012 – 1 iyun 2017
Əvvəlkivəzifə təsis edlib
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi
12 aprel 2002 – 1 iyun 2017
ƏvvəlkiTofiq Ağahüseynov
SonrakıMəhərrəm Əliyev
Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri
1997 – 2002
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1969(1969-04-19) (56 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Cəmşid Naxçıvanski adına hərbi lisey,
  • Xarici Kəşfiyyat Akademiyası[d],
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti hərbi qulluqçu, dövlət xadimi
Rütbəsi
General-leytenant

Təltifləri "Azərbaycan Bayrağı" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019 "Vətən uğrunda" medalı — 20022002 "Sərhəddə fərqlənməyə görə" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı

Həyatı

redaktə

Vahid Əli oğlu Əliyev 19 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1986-cı illərdə C. Naxçıvanski adına hərbi liseydə təhsil almış, daha sonra Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]

1990–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyat alayında xidmət etmiş, 1991–1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996–1997-ci illərdə Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik nazirinin müavini, 1997–2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri vəziflərində çalışmışdır.[1]

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "ADMİNİSTRASİYA: Struktur: Əliyev Vahid Əli oğlu" (az.). president.az. 2014. 2016-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vahid_Əliyev_(general)&oldid=7686038"
LOVE.AZ