. Love.az

Vahid Tagiyev - Wikipedia - Love.az

Ana Səhifə - Vahid Tagiyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Vahid Heydər oğlu Tağıyev (1961, Alpout, Göyçay rayonu – 27 noyabr 2020) — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı.

Vahid Tağıyev
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı
30 sentyabr 2019 – 27 noyabr 2020
ƏvvəlkiƏnvər Seyidəliyev
SonrakıRövşən Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1961
Doğum yeri
  • Alpout, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 noyabr 2020(2020-11-27)

Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 20062006

Həyatı

redaktə

Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirmişdir.

1983-cü ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlamış, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 1984–1987-ci illərdə Göyçay rayonu "Leninqrad" südçülük sovxozunda azad komsomol komitə katibi, 1987–2016-cı illərdə Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləmişdir.

2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. 2018–2019-cu illərdə "Yeni Həyat Şirkətlər Qrupu" MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək "Azərenerji" ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Vahid Tağıyev 27 noyabr 2020-ci ildə koronavirus xəstəliyi səbəbi ilə ölmüşdür.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vahid_Tağıyev&oldid=7838576"
LOVE.AZ