. Love.az

Valeh Hacilar - Wikipedia - Love.az

Ana Səhifə - Valeh Hacilar
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Valeh Hacılar (15 aprel 1951[1], Darbaz, Bolnisi rayonu – 23 yanvar 2010[1], Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor.

Valeh Hacılar
Doğum tarixi 15 aprel 1951(1951-04-15)[1]
Doğum yeri
  • Darbaz, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 23 yanvar 2010(2010-01-23)[1] (58 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Dəfn yeri
  • Darbaz
Elmi adı professor
İş yeri İ.Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Məqalələri
  • 3 Əsərləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973).

1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir.

1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir.

1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub. Gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri olub.

2010-cu ildə vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Darbaz kəndində torpağa tapşırılıb.

Məqalələri

redaktə
  • "Ahıskalı sənətkarlar". "Ozan dünyası" jurnalı, № 2(5). 2011-ci il.

Əsərləri

redaktə
  • Borçalı Mehralı bəy tarixi həqiqətlərdə, Tbilisi-Bakı, 2001. Arxivləşdirilib 2005-08-26 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.

Xarici keçidlər

redaktə
  • [1] Arxivləşdirilib 2005-08-26 at the Wayback Machine
  • 525-ci qəzet [ölü keçid]
  • [2] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valeh_Hacılar&oldid=7883834"
LOVE.AZ