. Love.az

Valeh Meherremli - Wikipedia - Love.az

Ana Səhifə - Valeh Meherremli

Valeh Məhərrəmli (Mirzəqərənfil) (15 fevral 1952, Marneuli – 2 aprel 2025) — şair, tərçüməci və jurnalist, "Səs" qəzetinin baş redaktor müavini. 2011-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Valeh Məhərrəmli
Məhərrəmov Valeh Cəbrayıl oğlu
Digər adı Valeh Mirzəqərənfil
Doğum tarixi 15 fevral 1952(1952-02-15)
Doğum yeri
  • Marneuli, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 2 aprel 2025(2025-04-02) (73 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Cəbrayıl Məhərrəmov
Fəaliyyəti jurnalist, şair
Mükafatları "Əmək veteranı" medalı "Tərəqqi" medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Mündəricat

  • 1 Həyatı
  • 2 Tərcümələri
  • 3 Şeirləri
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Valeh Cəbrayıl oğlu Məhərrəmli 15 fevral 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. O, 1991-ci ildə "Səs" qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub.

Valeh Məhərrəmli 2 aprel 2025-ci ildə vəfat edib.[1]

Tərcümələri

redaktə
  • Raymond Moudin-"Ölümdən sonrakı həyat"
  • Mişel Nostradamusu-"Peyğəmbərlik"(kitab)
  • Alan Kardekin-"Ruhlar kitabı","Ölülərin Tibet kitabı","Bardo Tyodol"
  • "Emanuel Svendenborqu-"Cənnət, ruhlar aləmi və cəhənnəm", yəhudilərin mistik kitabı olan "Kabbala","Betti Şaynın iki hissəli "Mənim medium həyatım"
  • Papyus-"Ağ və qara magiya",
  • M. A. Orlov-"İnsanın ruhunu şeytana satması haqqında rəvayətlər"
  • "Uçan boşqablar"a, meditasiyaya, mistikaya, təbii və qeyri-təbii möcüzələrə aid onlarla kitabın qəzet variantında tərcüməsini dərc etdirmişdir.

Şeirləri

redaktə

"Kimə qalacaq", "Gecələr yuxuda kəndə gedirəm", "Ayıq yuxum", "Qocalar evinə ana atmayın", "Manqurtlar", "Əhval-ruhiyyə", "Sınama məni", "Uşaqlıq xatirələri", "Həyatımdan sətirlər", "Söz xəzinəm" və s.

Mükafatları

redaktə
  • Azərbaycan Respublikasının Əməkdar jurnalisti[2]
  • "Tərəqqi" medalı[3]
  • "Əmək veteranı" medalı —

İstinadlar

redaktə
  1. ↑ "Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib". Oxu.az (az.). İstifadə tarixi: 2025-04-01.
  2. ↑ "Səs" qəzetinin əməkdaşlarına "Əməkdar Jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. ↑ Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valeh_Məhərrəmli&oldid=8107378"
LOVE.AZ