. Love.az

Valentin Yudaskin - Wikipedia - Love.az

Ana Səhifə - Valentin Yudaskin

Valentin Yudaşkin (rus. Валентин Юдашкин; 14 oktyabr 1963 – 2 may 2023[1], Moskva, Rusiya) — məşhur sovet və rus rəssam-modelyeri, kutürye.

Valentin Yudaşkin
Валентин Абрамович Юдашкин
Doğum tarixi 14 oktyabr 1963
Doğum yeri Moskva vilayəti, Rusiya Sovet Federativ Sosialist Respublikası, SSRİ
Vəfat tarixi 2 may 2023 (59 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ→
Rusiya Rusiya
Milliyyəti yəhudi
Fəaliyyəti dəb dizayneri, rəssam-modelyer, kutürye
Fəaliyyət illəri 1987 - 2023
Mükafatları 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2018 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2013 "Şərəf" ordeni (Rusiya) — 2008 "Fəxri legion" ordeni kavaleri (Fransa) — 2013 "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2007
Rusiya Federasiyasının elm və texnika sahəsində dövlət mükafatı — 2003 Rusiya Federasiyasının əməkdar incəsənət xadimi — 1999 Rusiya Federasiyasının xalq rəssamı — 2005
yudashkin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Valentin Yudaşkin 14 oktyabr 1963-cü ildə Moskva vilayətinin Bakovka qəsəbəsində yəhudi ailəsində doğulub. 1986-cı ildə Moskva İndustrial Texnikumunu bitirdikdən sonra modelyer Vyaçeslav Zaytsevin Moskva Moda evində diplomöncəsi təcrübə keçmişdir.[2]

Fəaliyyəti

redaktə

1987-ci ildə ilk kolleksiyasını yaratdı, 1989-cu ildə isə "Vali-Moda" şirkətini açdı. Eyni dövrdə bir stilist kimi o, sovet estrada artistləri Lüdmila Qurçenko, Layma Vaykule və Alla Puqaçova ilə işləməyə başladı. 1991-ci ildə Parisdə 150 ​​modeldən ibarət Yudaşkinin ilk kolleksiyası təqdim olundu. Həmçinin 90-cı illərdə Yudaşkin Rusiya Olimpiya komandası və Rusiya kişi və qadın futbol komandaları üçün geyimlər hazırlayıb.

Valentin Yudaşkin 2023-cü il mayın 2-də uzunsürən onkoloji xəstəlikdən (böyrək xərçəngi) sonra Moskvada vəfat edib.[3]

İstinadlar

redaktə
  1. ↑ Pervıy Kanal. 2023.
  2. ↑ "Valentin Yudashkin: Bir Moda Dizayneri və Həyat Tərcümeyi-Halı". 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  3. ↑ "Dünyaca tanınmış modelyer Valeri Yudaşkin vəfat edib". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valentin_Yudaşkin&oldid=7379355"
LOVE.AZ