. Love.az

Valide Tutayuq - Wikipedia - Love.az

Ana Səhifə - Valide Tutayuq

Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968).[1]

Validə Tutayuq
Validə Xaspolad qızı Tutayuq
Doğum tarixi 23 sentyabr 1914
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 12 noyabr 1980 (66 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı Professor
İş yeri
  • Botanika İnstitutu (1957–1962)
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1974
"Oktyabr inqilabı" ordeni"Şərəf nişanı" ordeni

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Mükafatları
  • 5 İrsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir.

Təhsili

redaktə

1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur.

1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır.

1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır .

Fəaliyyəti

redaktə

1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.

1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur.

O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968-1972-ci illərdə V.Tutayuqun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.

Əsərləri

redaktə

V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.

1939-1980-ci illərdə AKTİ-nin botanika kafedrasının müdiri, dekan, prorektor, Azərbərbaycan EA Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, direktoru vəzifələrində çalışmışdır. Elmi-tədqiqatı, əsasən, Azərbaycan dendroflorasının, çiçəyin teratologiyasının öyrənilməsinə həsr edilmişdir. AKP MK üzvü olmuşdur (1956-1960). Botaniklərin 9-cu Beynəlxalq konqresində (Monreal, 1950) məruzə etmişdir.

Mükafatları

redaktə

O, “Şərəf nişanı” ordeni (1943), “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədəkar əməyinə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla (1960) təltif edilmiş, “Əməkdar elm xadimi” adına (1974) layiq görülmüşdür.[2]

İrsi

redaktə

Haqqında "Çinara bənzəyən insan" adlı film çəkilmişdir.[3]

2008-ci ildə Azərbaycan televiziyasında istehsal olunan Akademik Validə Tutayuq adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "Akademik Validə Tutayuq təbiət vurğunu idi". azertag.az. 2019-12-16 tarixində orijinalından arxivləşdirilib.
  2. ↑ "Tutayuq Validə Xasbulat qızı". botany.az. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  3. ↑ Allahverdiyev, E. "Çinara bənzəyən insan": [AzTV-nin "Telefilm" Yaradıcılıq Birliyində akademik Validə Tutayuqun həyat və yaradıcılığına həsr edilmiş eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 31 oktyabr.- S.4.

Həmçinin bax

redaktə
  • Tutayuqlar

Xarici keçidlər

redaktə
  • Validə Xaspolad qızı Tutayuk (1914-1980) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Validə_Tutayuq&oldid=7539848"
LOVE.AZ