Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Validə Cavad qızı Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Validə Yusifova 15 oktyabr 1916-cı ildə Şuşada anadan olmuşdur. 1945-ci ildən başlayaraq İ. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda istilik mübadiləsi laboratoriyasına rəhbərlik etmişdir. Fərdi karbohidrogenlərin, çoxkomponentli neft emalı məhsullarının, dəniz suyu və digər duzlu məhlulların istilik mübadiləsinə, istilik fizikasına, hidrodinamikaya, həmçinin qaz və maye yanacaqların İEM-də yandırılması prosesinə aid elmi-tədqiqat işləri aparmışdır. Dəniz suyunun şirinləşdirilməsi məsələlərinə həsr olunan beynəlxalq simpoziumlarda (İtaliya, 1976; İspaniya, 1978) məruzə etmişdir.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |