Valualı Anna (fr. Anne de Valois; 3 aprel 1461 – 14 noyabr 1522, Şantel (kommuna)) — Fransa kralı XI Lüdovikin qızı, Burbon hersoginyası.
Valualı Anna | |
---|---|
![]() | |
13 sentyabr 1488 – 10 oktyabr 1503 | |
30 avqust 1483 – 30 iyun 1491 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1461 |
Vəfat tarixi | 14 noyabr 1522 (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | XI Lüdovik[1][2] |
Anası | Savoyyalı Şarlotta[2] |
Ailəsi | Valua sülaləsi |
![]() |
1461-ci ildə Fransa kralı XI Lüdovik və onun ikinci xanımı Savoyyalı Şarlottanın ilk övladı olaraq dünyaya gəldi. 1468-ci ildə Lorreyn hersoquyyla nişanlansa da, sonrakı tarixlərdə nişan pozuldu və 3 noyabr 1473-cü ildə Anna Burbonlu Pyotrla evləndirildi. Cütlüün bu nigahdan 2 övladı dünyaya gəlsə də, bunlardan biri uşaq yaşda vəfat etdi.
Atasının 1483-cü ildə vəfatının ardından 13 yaşlı kiçik qardaşı VIII Karl taxta çıxdı. Anna və əri II Pyotr onun adına 8 il boyunca dövlət işlərini ələ aldı. Qardaşını Bretan hersoginyası Anna ilə evləndirərək Bretan bölgəsini Fransa krallığına ilhaq elədi. 1491-ci ildə naibəliyi başa çatdı və ailəsiylə birlikdə öz mülkünə geri döndü.