. Love.az

Vaqif Eliyev Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Vaqif Eliyev Siyasetci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Vaqif Əliyev.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Vaqif Qədir oğlu Əliyev (17 iyun 1953, Naxçıvan MSSR) — Azərbaycan dövlət xadimi, Mədəniyyət nazirinin birinci müavini(2018–2023), fizika-riyaziyyat elmləri namizədi.

Vaqif Əliyev
Azərbaycan Respublikası mədəniyyət nazirinin I müavini
18 may 2018 – 01 mart 2023
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin I müavini
18 fevral 2011 – 20 aprel 2018
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
18 aprel 2003 – 18 fevral 2011
ƏvvəlkiTəvəkkül Məmmədov
SonrakıEldar Əzizov
Azərbaycan Respublikası gənclər və idman nazirinin I müavini
26 iyul 1994 – 18 aprel 2003
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1953(1953-06-17) (71 yaş)
Doğum yeri
  • Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • BDU Fizika fakültəsi
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni

Həyatı

redaktə

Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988–1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.

1994–2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir.

2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Fizika-riyaziyyat elmləri namizədidir (1980).

Yeni Azərbaycan Partiyası yaranan gündən — 1992-ci il 21 noyabr ayında keçirilən təsis konfransından partiyanın İdarə Heyətinin üzvüdür.[1]

2023-cü il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vaqif_Əliyev_(siyasətçi)&oldid=7774169"
LOVE.AZ