Vaqif Əzizağa oğlu Gərayzadə (27 mart 1961, Bakı) — Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011). Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində mahnı və musiqilərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, "Aypara", "W-trio", "Şeron" musiqi qruplarının yaradıcısı, "Şərq ulduzları" və "Şərq çırağı" vokal qruplarının rəhbəri olmuşdur.
Vaqif Gərayzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 mart 1961(1961-03-27) (64 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları |
![]() |
Vaqif Gərayzadə 27 mart 1961-ci ildə Bakıda anadan olub. O, ilk musiqi təhsilini 1971–1976-cı illərdə Bakının Razin qəsəbəsindəki 4 saylı 5 illik musiqi məktəbinin fortepiano sinfində alıb. 1983–1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirərək, 1993–1997-ci illərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib. Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin "Estrada — populyar musiqi" kafedrasının təşəbbüskarı və ilk müdiri olub.[1]
Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində əsərlərin müəllifidir.[1]
Vaqif Gərayzadə fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosentdir.[2]
1994 və 2000-ci ilin may ayında indiki, H. Əliyev adına Respublika Sarayında Vaqif Gərayzadənin yaradıcılıq gecəsi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Ailəlidir, 2 övladı var.
Tarix | İfaçı | Mahnı | Albom |
---|---|---|---|
1988 | Aygün Kazımova | Yarim eşitsin məni | Bakı Payızı 1988 |
Aygün Kazımova | Aparmısan özünlə | ||
1993 | Aygün Kazımova | Əllərini uzat, gülüm | Klip |
1989 | Aygün Kazımova | Ey, mənim dünyam | 2000 CD "Aygün" |
2000 | Aygün Kazımova | Matros | 2000 CD "Aygün" |
2000 | Aygün Kazımova | Я девушка восточная | 2000 CD "Aygün" |
2000 | Aygün Kazımova | Карие глаза | 2000 CD "Aygün" |
2001 | Aygün Kazımova | Şəklimi çək | 2001 CD "Sevdim" |
2002 | Aygün Kazımova | Siqara | 2004 CD |
Aygün Kazımova | Sənə Qurban | ||
2002 | Aygün Kazımova | Sevgilim, süz | 2004 CD |
Aygün Kazımova | Никогда | 2004 CD"Son söz" | |
Aygün Kazımova | Eşqin düşkünü | ||
Aygün Kazımova | Bilmədim |
Tarix | İfaçı | Mahnı | Albom |
---|---|---|---|
1988 | Zülfiyyə Xanbabayeva | Dünya gözəli (Səni xatirlayarkən) | Bakı Payızı 1988 |
Zülfiyyə Xanbabayeva | İndi sənsiz | ||
1999 | Zülfiyyə Xanbabayeva | Gecikməyin sevməyə | 2000 CD "Gecə" |
2002 | Zülfiyyə Xanbabayeva | Sən gedən gündən | 2002 CD "Sən Gedən Gündən" |
1996 | Zülfiyyə Xanbabayeva | Qaytar eşqimi | 2002 CD "Sən Gedən Gündən" |
1996 | Zülfiyyə Xanbabayeva | Hardasan | 2002 CD "Sən Gedən Gündən" |
2003 | Zülfiyyə Xanbabayeva | Gəl gəl | 2003 CD "Qəlbinə Yol" |
2002 | Zülfiyyə Xanbabayeva | Ya sənindir, ya mənim | 2003 CD "Qəlbinə Yol" |
Tarix | Duet | Mahnı | Albom |
---|---|---|---|
1987 | Alim Qasımov & Nailə Əziz (Beydullayeva) | Bayatılar | Klip |
1988 | Alim Qasımov & Aygün Kazımova & Aygün Məlik | Rəhm eylə | Bakı Payızı 1988 |
1988 | Alim Qasımov & Aygün Kazımova & Zülfiyyə Xanbabayeva | Qədrini bilək | Bakı Payızı 1988 |
Heydər Anatollu & Nailə Əziz (Beydullayeva) | Görüş yeri | ||
1994 | Alim Qasımov & Almaz Ələsgərova | Səni axtara axtara | Klip |
2000 | Zülfiyyə Xanbabayeva, Fidan Qasımova & Xuraman Qasımova | Aləm oyansın | 2002 CD "Sən Gedən Gündən" |
Tarix | İfaçı | Mahnı | Albom |
---|---|---|---|
1988 | Alim Qasımov | Səttarxan | Bakı Payızı 1988 |
1994 | Almaz Ələsgərli | Xatirələr | Klip |
1998 | Almaz Ələsgərli | Uçan quş | |
1998 | Manana Caparidze | Yuxuma gəl, sevgilim | 2000 CD Sənə verdim ürəyimi |
1998 | Manana Caparidze | Sənə verdim ürəyimi | Müsabiqə üçün yazılmış mahnı |
Manana Caparidze | Sevgilərin qanadında | ||
1999 | W-trio | Eşq | |
1999 | W-trio | Bu nə gündür ay aman | |
Azər Zeynalov | Mən bilirdim | Klip | |
Azərin | Gözləyirəm | ||
Azərin | Ümid nəğməsi | ||
2001 | Almaz Ələsgərli | Sənsizəm | Klip |
Elariz Məmmədoğlu | Девушка в песочном сарафане | ||
2002 | Brilliant Dadaşova | Hicran | |
2002 | Aida | Nağılçı | |
Rüfət Mehdiyev | İl keçdi | Klip | |
Fatimə Abbasquliyeva | O gecə | Zəlzələyə həsr olunmuş klip | |
Fatimə Abbasquliyeva | Səninlə birgə | ||
2006 | Xəyyam Nisanov | İndi bildim | |
2006 | Xəyyam Nisanov | Qırma ümidimi | |
2006 | Xəyyam Nisanov | Ləpələr | |
2004 | Abbas Bağırov | Danma | Klip |
2006 | Abbas Bağırov | Yaşanan günlər | |
İradə İbrahimova | Handan hana | ||
İradə İbrahimova | Neyləyək, alinmadı | ||
2011 | Yaşar Cəlilov | Ol | Klip |
2011 | Səbinə Babayeva | Yeni il | Cover |
2011 | Səbinə Babayeva | Azercell | |
2012 | Səbinə Babayeva | Köhnə məhəlləmiz (Sevgi Nəğməmiz) | Klip |
2012 | Vaqif Gərayzadə | Все как всегда | |
2013 | Abbas Bağırov | Elə belə | |
2014 | Brilliant Dadaşova | Моя любовь | Büllur Saray tamaşası üçün |
2018 | Röya | Qadın | |
2019 | Azər Zeynalov | Al bayrağa | TRT Avaz |
2019 | Murad Arif | Bossa Nova | Klip |