. Love.az

Vaqif Tanriverdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Vaqif Tanriverdiyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Tanrıverdiyev Vaqif Əzim oğlu — azərbaycanlı publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), "Qızıl qələm" mükafatı laureatı (1980).

Vaqif Tanrıverdiyev
Vaqif Əzim oğlu Tanrıverdiyev
Doğum tarixi 1 noyabr 1952 (72 yaş)
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili ADU Jurnalistika fakültəsi
Fəaliyyəti jurnalist
Mükafatları "Qızıl qələm" mükafatı — 1980

Həyatı

redaktə

Vaqif Tanrıverdiyev 1952-ci il noyabrın 1-də Kirovabad şəhərində anadan olmuşdur. Burada 41 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə "Gəncənin səsi" qəzetində müxbir kimi başlamışdır. Sonra burada şöbə müdirı vəzifəsində işləmişdir (1976–1988). Azərbaycan Dövlət Politologiya İnstitutunda təhsilini davam etdirmişdir. Gəncə şəhər Komitəsındə təlimatçı, Gəncə şəhər icra hakimiyyətində məsləhətçi, sonra orada icra hakimiyyəti başçısının müavini işləmişdir (1990–1993). "Yeni Samux" qəzetinin redaktoru olmuşdur (1994). "Respublika" qəzetində və İçtimai televiziyada bölgə müxbiri vəzifəsində çalışmışdır (1995-ci ildən-2018-ci ilədək). "Respublika" qəzetinin xüsusi müxbiridir.

Tələbəlik dövründən mətbuatda oçerk və publisistik məqalələrlə çıxış edir. Mediya müsabiqələrində mükafatlar almışdır. Ombudsmanın "İnsan hüquqlarının müdafiəsi" mövzusunda keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.

Əsərlərı

redaktə
  • Gəncə qonaqların gözü ilə. Gəncə: Gəncə, 1991, 65 səh.
  • Gəncə söhbətləri. Bakı: Günəş, 2003, 221 səh.
  • Akademiklə söhbətlər. Gəncə AKTA-nın mətbəəsi. 186 səh.

Filmoqrafiya

redaktə
  • Cavad xan. Filmin filmi (film, 2007)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vaqif_Tanrıverdiyev&oldid=8044626"
LOVE.AZ