Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Vəliyev Vaqif Əli oğlu (31 dekabr 1924, Pirili, Qazax qəzası – 19 sentyabr 1998, Bakı) — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976). Ülviyyə Hacıbəyovanın (Vəliyeva) atası, Soltan Hacıbəyovun qudası, İsmayıl Hacıbəyovun qaynatasıdır. Pirili kəndindəndir, Qazax rayonununda anadan olub.
Vaqif Vəliyev | |
---|---|
Vəliyev Vaqif Əli oğlu | |
![]() | |
Doğum tarixi | 31 dekabr 1924(1924-12-31) |
Doğum yeri | Pirili, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 19 sentyabr 1998(1998-09-19) (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Vaqif Vəliyev 1924-cü il dekabrın 31-də Qazax qəzasının Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. "Ayrım bəzəmələri" (1983) və "Bayatılar" (1985) kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.