Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Vasim Məmmədəli oğlu Məmmədəliyev (27 avqust 1942[1], Bakı – 13 oktyabr 2019[1], Bakı) — şərqşünas-alim, professor (1979); Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007); Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi; BDU-nun İlahiyyat fakültəsinin dekanı; BDU-nun ərəb filologiyası kafedrasının müdiri; Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997).
Vasim Məmmədəliyev | |
---|---|
Vasim Məmmədəli oğlu Məmmədəliyev | |
| |
Doğum tarixi | 27 avqust 1942(1942-08-27)[1] |
Doğum yeri | Kürdəxanı, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 13 oktyabr 2019(2019-10-13)[1] (77 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | Professor |
Təhsili |
|
Elmi rəhbəri | Ələsgər Məmmədov |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![]() |
Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949–1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.
1959–1964 — BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Ələsgər Məmmədovun tələbəsidir. 1965–1968 — Tbilisi Dövlət Universitetində aspirant.
Azərbaycan — İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur.[2]
Uzun illər Azərbaycan Televiziyasında yayımlanan "Haqqın dərgahı" verilişinin aparıcısı olmuşdur.[3]
İki qızı, bir oğlu var.
Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Vikianbarda Vasim Məmmədəliyev ilə əlaqəli mediafayllar var. |