. Love.az

Vatslav Simanovski - Wikipedia - Love.az

Ana Səhifə - Vatslav Simanovski

Vatslav Şimanovski (tam adı: Vatslav Şimanovski, pol. Wacław Szymanowski; 23 avqust 1859[1][2], Varşava – 22 iyul 1930[3][2][…], Varşava) — Polşa heykəltaraşı və rəssamı. Varşavanın Lazenki parkındakı müəllifi olduğu, bəstəkar Frederik Şopenin heykəlinə görə məşhurdur.

Vatslav Şimanovski
pol. Wacław Szymanowski
Doğum tarixi 23 avqust 1859(1859-08-23)[1][2]
Doğum yeri
  • Varşava, Polşa çarlığı, Rusiya imperiyası
Vəfat tarixi 22 iyul 1930(1930-07-22)[3][2][…] (70 yaşında)
Vəfat yeri
  • Varşava, Varşava voyevodluğu[d], Polşa Respublikası
Təhsili
  • Münhen Rəssamlıq Akademiyası[d]
Fəaliyyəti heykəltaraş, rəssam
Fəaliyyət illəri 1875–1930
Mükafatları Polşa İntibah Ordeninin Zabit xaçı — 1923
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Şopenin heykəli
  • 3 Rəsm əsəri
  • 4 İstinadlar

Həyatı

redaktə

Şimanovski Varşavada anadan olmuşdur. O, jurnalist və yazıçı Vatslav Şimanovskinin (9 iyul 1821 – 21 dekabr 1886) oğlu, fizik və siyasətçi Vatslav Şimanovskinin (14 aprel 1895 – 15 yanvar 1965) atasıdır.[5]

Təxminən 1895-ci ilədək rəssam-heykəltaraş əsasən polyak alpinistlərin və Hutsulların janr rəsmlərini, eləcə də portret çəkməklə məşğul olurdu.[5]

Daha sonra heykəltaraşlığa qayıdaraq modern-simvolizm üslubda əsərlər yaratmağa başladı. O, Krakovda Artur Qrotgerin, Varşavada Frederik Şopenin heykəllərini dizayn etməklə bərabər, məzar abidələri (atasının Varşavanın Povonski məzarlığındakı qəbri də daxil olmaqla) və portret büstləri də hazırlamışdır.[5] Şimanovski 70 yaşında Varşavada vəfat etmişdir.

Şopenin heykəli

redaktə

1907-ci ildə Şimanovski hazırda Varşavanın Lazenki parkında yerləşən Frederik Şopenin bürünc heykəlini hazırlamışdır. Heykəl əvvəlcə 1910-cu ildə, Şopenin anadan olmasının yüz illiyində hazır olmalı idi, ancaq dizaynla əlaqədar mübahisələr, sonra isə I Dünya müharibəsinin başlaması ilə təxirə salındı. Abidə müharibədən sonra - 1926-cı ildə təhvil verildi.

Rəsm əsəri

redaktə
  • Alpinistin taleyi, 1887 (Lviv Muzeyi)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Waclaw Szymanowski // RKDartists (nid.).
  2. ↑ 1 2 3 4 The Fine Art Archive. 2003.
  3. ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  4. ↑ RKDartists (nid.).
  5. ↑ 1 2 3 Encyklopedia powszechna PWN (1976), vol. 4, p. 372.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vatslav_Şimanovski&oldid=7163299"
LOVE.AZ