. Love.az

Vaysenzee Golu - Wikipedia - Love.az

Ana Səhifə - Vaysenzee Golu

Vaysenzee (alm. Weißensee‎) ― Avstriyanın Karintiya torpağında göl. Ərazidəki ən yüksək çimərlik gölü olan Vaysenzee, adını şimal və cənub sahilindəki Vaysenzee şəhər icması ilə bölüşür.

Vaysenzee gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 930 m
Eni 0,9 km
Uzunluğu
  • 11,6 km
Sahəsi
  • 6,5 km²
Həcmi 226.098.549 m³
Dərin yeri 97 m
Yerləşməsi
46°42′19″ şm. e. 13°20′25″ ş. u.HGYO
Ölkə
  •  Avstriya
Vaysenzee gölü xəritədə
Vaysenzee gölü
Vaysenzee gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiya
  • 2 Əhali
  • 3 Fəaliyyət
  • 4 Qalereya
  • 5 Xarici keçidlər

Coğrafiya

redaktə

Buzlaq gölünün qərb sahili Qrayfenburq icmasından Hermaqor-Presseqqer-Ze şəhər icmasına gedən şose yolunun Kreuzberq-seddl dağ keçidinin yaxınlığında yerləşir. Gölün şərq sahilində isə dik sahili olduğu üçün demək olar ki yaşayış yoxdur. Ərazidəki Vaysenbax (alm. Weißenbach‎) kriki Drava çayına axır. Gölün sahilində sulara xarakterik rəng və gölə Vaysenzee ("Ağ göl") adını verən təbaşir toplanır.

Göl səthinin təxminən üçdə ikisi qorunan ərazinin bir hissəsidir. Göldə nəqliyyat dörd yük gəmisi və bir motorlu qayıqla təmin edilir. İctimai nəqliyyat istisna olmaqla, motorlu qayıqların istifadəsi qadağandır. Gölün suyu içməli su keyfiyyətini ödəyir. Göldə alabalıq, adi çəki və adi durnabalığı da daxil olmaqla bir çox balıq növü var. Göl həmçinin ördəklərdən qazlara və vağlara qədər bir çox fərqli quş növünə ev sahibliyi edir.

Əhali

redaktə

2001-ci ildəki bir araşdırmaya görə Vaysenzee bölgəsində 97,2 -i Avstriya vətəndaşı olan 788 nəfər yaşamışdır. Sorğuda iştirak edənlərin 73,6%-in evanqelist, 22%-in katolik, 1%-in isə müsəlman olduğu ortaya çıxmışdır. Onlardan 3.4%-i heç bir dini təriqətə aid olmadığını iddia etmişdir.

Fəaliyyət

redaktə

Göldə 1989-cu ildən bəri qışda Niderlan sürətli konki sürmək yarışlarının keçirilir. 2007-ci ilin fevral ayında göldə ilk sualtı buz xokkeyi dünya çempionatı keçirilmişdir. 2011-ci ilin yanvarında Avstriya dağ aviatorları birliyi 30-a yaxın kiçik təyyarəni donmuş səthə endirmişdir.

Gölün şimal sahilindəki görkəmli bir sıdırım olan Ronaçerfels, 1916-cı ilin qışında donmuş göldə kirşə sürərkən ölən yerli bir kəndlinin adını daşıyır. Onun cəsədi heç vaxt tapılmamışdır. Kəndlinin xatirəsinin şərəfinə sıldırım və yaxınlıqdakı mühmanxana onun adını daşıyır.

1987-ci ilin Ceyms Bondun "Yaşayan gün işıqları" adlı filminin bir neçə hissəsi donmuş Vaysenzee gölündə çəkilmişdir.

Qalereya

redaktə
  •  
    Sərnişin gəmisi
  •  
    Gölün qərb sahili
  •  
    Teçendorf körpüsündən gölün qərb mənzərəsi
  •  
    Teçendorf körpüsündən gölün şərq mənzərəsi
  •  
    Vaysenzee qışda
  •  
    Göldəki xizəkçilər
  •  
    Teçendorf
  •  
    Vaysenzeenin şimal sahili

Xarici keçidlər

redaktə
  • Karintiya Limnologiya İnstitutundan məlumat( (ing.)
  • Vaysenzee qoruğu (alm.)
  • Qeyri-rəsmi saytı (ing.)
  • Vaysenzee gölündə qış idman növləri (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vaysenzee_gölü&oldid=6981379"
LOVE.AZ