. Love.az

Vera Sirye - Wikipedia - Love.az

Ana Səhifə - Vera Sirye
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Vera Karlovna Şirye (rus. Вера Карловна Ширье; 31 yanvar 1915, Bakı – 1 may 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1961).

Vera Şirye
rus. Вера Карловна Ширье
Doğum tarixi 31 yanvar 1915
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 may 2003 (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Fəxri Xiyaban
Milliyyəti rus
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1933-cü ildən
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19611961 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"İstiqlal" ordeni — 20002000
"Xalqlar dostluğu" ordeni — 19851985 "Qırmızı ulduz" ordeni — 19451945 "Əməkdə fərqlənməyə görə" medalı — 19591959 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Rolları
  • 3 Mükafatları
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar

Həyatı

redaktə

Vera Şirye səhnə fəaliyyətinə 1933-cü ildən Bakı İşçi Teatrı (1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı) nəzdindəki studiyada başlamışdır. 1938-ci ildən həmin teatrın aktrisası olmuşdur.

Rolları

redaktə

Mirandolina ("Mehmanxana sahibəsi", K. Qoldoni), Maşa ("Canlı meyit", L. Tolstoy), Melanya ("Günəşin övladları", M. Qorki), Anna İliniçna ("Ailə", İ. Popov), Qızyetər ("Xanlar", S. Vurğun), Nataşa ("Şərqin səhəri", Ə. Məmmədxanlı), Ledi Hef ("Oğruların şənliyi", J. Anuy), Tereza ("Terezanın ad günü", G. Mdivani), Pori xala ("Sən no üçün yaşayırsan?", İ. Qasımov və H. Seyidbəyli), Elizaveta ("Mariya Stüart", F. Şiller), Kuraj ana ("Kuraj ana və uşaqları", B. Brext) və s. Bədii qiraət ustası kimi də tanınmışdır.

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 2 fevral 1956
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 mart 1961
  • "İstiqlal" ordeni — 30 yanvar 2000
  • "Xalqlar Dostluğu" ordeni — 30 yanvar 1985
  • "Qırmızı Ulduz" ordeni — 30 dekabr 1945
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[1]

Filmoqrafiya

redaktə
  • Mahnı belə yaranır (film, 1957)
  • Bizim Cəbiş müəllim (film, 1969)
  • Muğam (film, 1976)

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vera_Şirye&oldid=7713045"
LOVE.AZ