. Love.az

Verilenlerin Oturulmesi Avadanligi - Wikipedia - Love.az

Ana Səhifə - Verilenlerin Oturulmesi Avadanligi

Verilənlərin ötürülməsi avadanlığı (en. Data Communications Equipment / Data Circuit-terminating Equipment), (ru. аппаратура передачи данных), (tr. veri iletişim donatımı) – RS-232-C ardıcıl birləşməsi vasitəsilə qoşulan iki növ aparat təminatından biri; ikinci növ isə terminal avadanlıq və ya DTE’dir. DCE daxil olmuş informasiyanı DTE’dən qəbul edir və, adətən, giriş siqnalını əsil adresata verməmişdən öncə müəyyən şəkildə çevirməklə aralıq qurğu kimi fəaliyyət göstərir.

Məsələn, xarici modem DCE qurğusudur; o verilənləri kompüterdən (DTE) qəbul edir, onları modulyasiya edir, sonra isə bu verilənləri telefon xətti ilə ötürür. Rabitə sistemlərində DCE qurğusu olan RS-232-C, verilənləri 2-ci xətlə qəbul edir, 3-cü xətlə göndərir, DTE qurğusu isə verilənləri 3-cü xətlə qəbul edir, 2-ci xətlə göndərir.

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Həmçinin bax

redaktə
  • Verilənlərin ötürülməsi
  • Verilənlərin ötürülməsi protokolları
  • Verilənlər
  • Verilənlər tipi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Verilənlərin_ötürülməsi_avadanlığı&oldid=7375822"
LOVE.AZ