. Love.az

Verilenlerin Sifrelenmesi Standarti - Wikipedia - Love.az

Ana Səhifə - Verilenlerin Sifrelenmesi Standarti

Verilənlərin şifrələnməsi standartı (en. Data Encryption Standard — DES), (ru. Стандарт цифрования данных), (tr. Veri şifreleme standardı) -

verilənlərin şifrlənməsi və şifrlərin açılması üçün nəzərdə tutulmuş mükəmməl alqoritmdir.

Verilənlərin şifrələnməsi standartı diaqramı

1976-cı ildə IBM şirkəti tərəfindən işlənib hazırlanmış, ABŞ-nin Milli Standartlar Bürosunda ( National Bureau of Standards National Institute of Standards and Technology ) sınaqdan keçirilmiş və 1980-ci ildə ABŞ hökuməti tərəfindən qəbul olunmuş bu standart dövlət və kommersiya qurumlarında mühüm, ancaq məxfi olmayan informasiyanın şifrlənməsi üçün nəzərdə tutulmuşdu. 64-bitlik verilənlər bloklarını 64-bitlik açarın köməyilə şifrləməyə imkan verir. Şəbəkədə eyni zamanda 14 min kompüterin birgə işinin nəticəsində şifrləri açmaq mümkün olmuşdur. Ona görə də 2000-ci ildə rəsmi olaraq AES standartı ilə əvəz olunmuşdur.

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

redaktə
  • Verilənlər bazalarının modelləri və "relational database" termini Arxivləşdirilib 2017-05-23 at the Wayback Machine
  • VERİLƏNLƏRİN VƏ BİLİKLƏRİN STRUKTURU VƏ MODELİ

Həmçinin bax

redaktə
  • Verilənlər
  • Verilənlər tipi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Verilənlərin_şifrələnməsi_standartı&oldid=7169315"
LOVE.AZ