. Love.az

Veymutov Sami - Wikipedia - Love.az

Ana Səhifə - Veymutov Sami

Veymutov şamı (lat. Pinus strobus) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Veymutov şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Veymutov şamı
Beynəlxalq elmi adı
  • Pinus strobus L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183385
NCBI  3348
EOL  1061748

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
    • 4.2 Heterotipik sinonimləri
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Arealı

redaktə

Təbii halda Şimali Amerikanın şərq rayonlarında yayılmışdır. Avropada XVII əsrdən becərilir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 50 m, diametri 160 sm olan iri ağacdır. Çətiri enli piramidal və ya yumurtavarı, seyrəkdir. Gövdəsi düz və hamardır, açıq-boz rəngli qabıq qatı ilə örtülmüşdür. Cavan zoğların qalınlığı isə 3–4 mm olub, çılpaqdır. Nazik iynəyarpaqları açıq-yaşıldır, uzunluğu 5-10 sm olub, 5 ədədi bir dəstədə yığılmışdır və 2-3 il budaqların üzərində qalır. Qozaları ensiz-silindrikdir, uzunluğu 8-16 sm-ə, qalınlığı 2-4 sm-ə çatır, uzun saplaqlarda 1-3 ədəd olmaqla yerləşir. Apofizləri üstdən qabarıqdır. İkinci il yetişir. Bu şam 25 ildən sonra meyvə verməyə başlayır.

Təzə qumlu və gilli torpaqlara üstünlük verir. Quru və qeyri-münbit torpaqlarda bu növ zəif böyüyür. Kölgəyə, küləyə, soyuğa davamlıdır, rütubətsevəndir, isti yay günlərində yarpaqları quruyur. Çox vaxt pas xəstəliyinə yoluxur. Oduncağı yumşaq, yüngüldür, tikintidə binaların bəzədilməsində, mebel, qələm, kibrit, faner, sellüloza istehsalında istifadə edilir.

Azərbaycanda yayılması

redaktə

Zaqatala rayonunun Pərzivan məntəqəsində dağ-meşə torpaqlarında bitir. Bakıda Nəbatat bağında, Gəncədə və Bərdədə ayrı-ayrı nüsxələri vardır. Lənkəran zonasının rütubətli yerlərində, dağ-ətəklərində gilli sarı torpaqlarda toxumla cücərdilib becərilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Leucopitys strobus (L.) Nieuwl.
  • Pinus tenuifolia Salisb.
  • Strobus strobus (L.) Small
  • Strobus weymouthiana Opiz

Heterotipik sinonimləri

redaktə
  • Pinus nivea Booth ex Carrière
  • Pinus strobus f. brevifolia (Carrière) Rehder
  • Pinus strobus var. brevifolia Carrière
  • Pinus strobus subsp. cumberlandensis Silba
  • Pinus strobus f. fastigiata (Beissn.) Beissn.
  • Pinus strobus var. fastigiata Beissn.
  • Pinus strobus f. glauca (Beissn.) Voss
  • Pinus strobus glauca Beissn.
  • Pinus strobus pendula J.Nelson
  • Pinus strobus prostrata Beissn.
  • Pinus strobus f. prostrata (Beissn.) Fernald & Weath.
  • Pinus strobus f. umbraculifera (Carrière) Beissn.
  • Pinus strobus var. umbraculifera Carrière
  • Pinus umbraculifera K.Koch

İstinadlar

redaktə
  1. ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1001.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Veymutov_şamı&oldid=8108160"
LOVE.AZ