. Love.az

Vicentsa Fk - Wikipedia - Love.az

Ana Səhifə - Vicentsa Fk

Viçentsa FK (it. Vicenza Calcio) — İtalİyanı təmsil edən futbol klubu. Klub Viçenza şəhərini təmsil edir . 2018-ci ildəki iflasdan sonra İtaliyanın C Seriyasında Vicenza Virtus adı ilə çıxış edir.

Viçentsa FK
L.R. Vicenza
Loqonun şəkli
Klubun rəsmi loqosu
Ölkə
  •  İtaliya
Ləqəb(lər) Lane, Berici
Yaranma tarixi 1902, 2018
Liqa İtaliya B Seriyası, İtaliya C Seriyası
Ev forması
Səfər forması
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

9 mart 1902-ci ildə qurulan klub 1911-ci ildən bəri İtaliya çempionatlarında iştirak edir. 1942-ci ildə Vicenza ilk dəfə A Seriyasına yüksəlib. 1953–1990-cı illərdə klub "Lanerossi Vicenza" adlandı.

Komanda A Seriyasında ən böyük uğuru 1978-ci ildə ikinci yeri tutmasıdır. Komandanın 1997-ci ildə İtaliya kubokunun qalibi olur və bir il sonra 1998-ci ildə Kuboklar Kubokunun yarımfinalına kimi yeksəlib.

Viçenzanın heyətində fərqli illərdə Qızıl topun qalibi olmuş iki futbolçu oynayıb. Bunlar Paolo Rossi və Roberto Bacciodur.

Mündəricat

  • 1 A Seriyasının bombardiri olmuş futbolçuları
  • 2 Tarixi
  • 3 Titulları
  • 4 Tanınmış oyunçuları
  • 5 Məşhur məşqçiləri
  • 6 Xarici keçidlər

A Seriyasının bombardiri olmuş futbolçuları

redaktə
  • 1966 — Luis Vinisiyo (25 qol)
  • 1978 — Paolo Rossi (24 qol)

Tarixi

redaktə

Vicenzada futbol 1902-ci ildə yaranıb. Komanda 18 may 1903-cü ildə əyalətin Məktəb Çempionatında debüt edir. Növbəti 10 il ərzində "Viçenzadakı Futbol Birliyi" adlanan komanda yalnız kiçik turnirlərdə iştirak edir.

Rəsmi debüt 1910–1911 mövsümünə təsadüf edir. 12 fevral 1911-ci ildə klub iştirak etdiyi ilk rəsmi turnirdə Bolonyadan olan rəqib ilə Borgo Casale meydanında qarşılaşır. Ardınca turnirin finalında Pro Verçelli üzərində qələbə qazanılır və komanda Vento-Emiliano qrupunda qalib olur.

Birinci Dünya müharibəsindən əvvəlki illərdə Viçenza, regional qrupların qalibləri tərəfindən qurulan ölkənin milli çempionatında iştirak edir. Komanda tez-tez Bolonya, Juventus, İnter, Milan kimi güclü komandalarla görüşur. 10 yanvar 1915-ci ildə Milanda "İnter" ilə qarşılaşmada 0:16 hesabı məğlub olur.

Titulları

redaktə
  • İtaliya çempionatı (A seriyası)
    • Vitse çempion (2): 1910/11, 1977/78
  • B seriyası :
    • Çempion (3): 1954/55, 1976/77, 1999/2000
  • İtaliya Kuboku
    • Qalibiyyət: 1996/97
  • İtaliya Super Kuboku
    • Finalçı: 1997
  • Viarejo Turniri
    • Çempion (2): 1954, 1955
    • Vitse çempion: 1961
  • Saat Kuboku
    • Qələbə: 1965

Tanınmış oyunçuları

redaktə
  • Paolo Rossi
  • Piermario Morosini
  • Luka Toni
  • Roberto Baccio
  • Cibril Sisse

Məşhur məşqçiləri

redaktə
  • Pyerpaolo Bizoli (2016–2017)

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt  (ital.) )
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Viçentsa_FK&oldid=7999759"
LOVE.AZ