Vidadi Cəmil oğlu Xəlilov (d. 25.12.1942, Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru (1994), professor (1997), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2011).
Vidadi Xəlilov | |
---|---|
Vidadi Cəmil oğlu Xəlilov | |
Doğum tarixi | (82 yaş) |
Doğum yeri | Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | pedaqogika üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Respublikasının Təhsil İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mükafatları |
Azərbaycan SSR-nin Qabaqcıl Maarif xadimi (1977) SSRİ Maarif əlaçısı (1982) Akademik Mehdi Mehdizadə mükafatı laureatı (1997) ![]() ![]() ![]() ![]() |
Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Azərbaycan Respublikası Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur[1]. Orta ümumtəhsil məktəbini 1959-cu ildə bitirmişdir. 1964-cü ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogika və ibtidai təhsil fakültəsində ali təhsilini başa vurmuşdur. İnstitutun son kursunda oxuyarkən Bakıdakı 7 nömrəli məktəbdə müstəqil pedaqoji fəaliyyətə başlamış (1963), bədii rəhbər və musiqi müəllimi vəzifəsində çalışmışdır. Paralel olaraq bu işi 1966-cı ildə 132 nömrəli məktəbdə də davam etdirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə aspirantura təhsilini uğurla başa vurmuşdur. Bundan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçı (1976) və yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri (1977-2000), 2000-ci ildən 2014-cü ilədək Məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş elmi məsləhətçisi vəzifəsində çalışır.[2]
Azərbaycan Alimlər İttifaqının estetika üzrə həmsədri, Təhsil Nazirliyinin məktəbəqədər və ibtidai təhsil üzrə elmi-metodik şurasının sədr müavini, "Məktəbəqədər və ibtidai təhsil" jurnalının redaksiya heyətinin üzvüdür.
Onun rəhbərliyi ilə 15 nəfər dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. Elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almaq üçün müdafiə edən 28 nəfərin dissertasiya işinə rəsmi opponentlik etmişdir. Bununla yanaşı, professor Vidadi Xəlilov estetika, estetik tərbiyə musiqi, təsviri incəsənət üzrə 40 adda monoqrafiya, proqram və dərsliyin, 200-dən çox məqalənin müəllifidir.
Alimin həyat və yaradıcılığından bəhs edən "Akademik Vidadi Xəlilov-70" kitabında (Bakı: Nərgiz, 2012, 18 ç.v. (254 s) onun geniş yaradıcılıq fəaliyyətinin müxtəlif istiqamətləri nəzərə çatdırılır.