![]() | Bu səhifə Vikipediya haqqında bir essedir. Səhifə vikipediyaçılar üçün məsləhət və rəy xarakteri daşıyır. Vikipediyanın rəsmi prinsiplərindən və qaydalarından biri deyil, eləcə də, vikicəmiyyətin ümumi fikrini əks etdirməyə bilər. Bəzi esselər geniş mövzuları əhatə edir, bəzi esselər isə ancaq spesifik mövzulara toxunur. |
![]() | Səhifənin qısa məzmunu: İstifadəçilər Vikipediyaya müxtəlif yollarla töhfə verirlər. Sizdən fərqli şəkildə töhfələr verir deyə Vikipediyanın dəyərli bir potensial inzibatçı namizədini asanlıqla görməzdən gəlməyin. Namizədi dəstəkləsəniz də, dəstəkləməsəniz də, mövqelərinizi mütləq əsaslı arqumentlərlə əsaslandırın. |
Bu esse inzibatçı və bürokrat seçkilərində, həmçinin Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydaları § İnzibatçıların və bürokratların statuslarının alınması siyasətindəki etimad səsvermələrində proseslərin doğru və konstruktiv şəkildə irəliləməsi üçün nəzərdə tutulmuşdur. Namizədliklərə gələn şərhlər və mövqelər bu qaydaların çərçivəsinə uyğun olmalıdır.
Demək olar ki, hər namizədlikdə namizədlə bağlı ortaya çıxan sual bu olur: "Bu istifadəçiyə inzibati alətlərin istifadəsi barədə etibar etmək olarmı?". İcmaya tanış olmayan bir namizəd barədə qərar vermək adətən istifadəçilər üçün çox vaxt çətin olur.
Tez-tez "inzibatçılığın çox da vacib bir şey olmadığı" vurğulanır, çünki bir inzibatçı tərəfindən həyata keçirilən əməliyyatlar digər inzibatçılar tərəfindən asanlıqla geri qaytarıla bilir.
Namizədliklər hansısa "populyarlıq yarışması" olmamaqla yanaşı, potensial inzibatçıları "şəxsi kriteriyalar"ın tələblərini ödəməyə məcbur etmək üçün də tətbiq olunmamışdır. Potensial inzibatçının mübahisəli məsələ ilə bağlı doğru fikirdə olub-olmadığına qərar vermək üçün də nəzərdə tutulmayıb, amma bu, namizədin irəliləyən vaxtlarda konkret vəziyyətlərdə cari siyasətləri tətbiq edib-etməyəcəklərini soruşmaqdan fərqlidir. Ümumiyyətlə, yaxşı olar ki, hansısa istifadəçini namizəd göstərməzdən əvvəl müzakirə səhifəsi vasitəsilə onunla danışın və fikrini öyrənin, bir çox hallarda istifadəçinin öz namizədliyini özünün verməsi daha yaxşı hal kimi qəbul edilir.
Şərh bildirib mövqe ifadə edərkən nümunələr qeyd etmək xüsusilə faydalıdır. Bunun ən yaxşı yolu şərhlərinizdə qeyd etdiyiniz nüansları açıq şəkildə təsvir edən müəyyən səhifə və redaktələrə keçidlər verməkdir.
Müəyyən bir namizədlikdəki qarşı şərhlər adətən dəstək şərhlərindən daha çox nəzərə çarpır. Xüsusilə bu şərhlər etina ilə yazılır, nümunələr qeyd olunur və bu nümunələrdən istifadə edilərək namizəd olan istifadəçiyə nəyə görə inzibatçılığın gətirdiyi üç əlavə funksiyanı (silmə-mühafizəetmə-blok) daşımağı barədə etibar edilməyəcəyi əsaslandırılır.
Unutmayın ki, tənqidlər konstruktiv və nəzakətli şəkildə bildirilməlidir. Qeyd edilən tənqidlər istifadəçiyə fəailiyyətindəki hansı nüansları düzəldəcəyi təqdirdə bu etibarı qazanacağı istiqamətində fikir verməlidir. Əgər bu fəaliyyət asan və tez şəkildə həll edilən bilən bir şeydirsə, bunu namizədliyi əvəzinə onun müzakirə səhifəsinə də bildirə bilərsiniz.
Əgər hansısa namizədliyə qarşı çıxırsınızsa, sizdən əsaslandırma tələb edilə bilər. Əgər mümkündürsə, əks istiqamətdəki şərhiniz barəsində verilən cavabları diqqətə alın və nəzakətli şəkildə göstərdiyiniz arqumentin hələ də keçərli olub-olmadığını qeyd edin.
Şəxsin Vikipediya xaricində gördüyü işlər və fəaliyyətlər ümumən inzibatçılıq namizədliyinə təsir etmir. Hansısa namizəd real həyatda və ya sosial şəbəkələrdə sizin bəyənib-bəyənmədiyiniz müxtəlif fəaliyyətlər görə bilər. Lakin şəxsin digər istifadəçiləri istismar etməsi bura aid edilmir.
Qısaca, əgər onun Vikipediyaya verdiyi töhfələr konstruktivdirsə, Vikipediyadankənar fəaliyyətləri o qədər də maraqlı deyil.
Bəzi xüsusi hallarda, və ya istifadəçinin Vikipediyadakı töhfələri ilə əlaqəli bir şərhə əlavə olaraq faydalı məlumat təmin edəcəksə, Vikipediyadankənar fəaliyyət maraq doğura bilər.
Dəstək və qarşı çıxmaq məqsədilə yazılan şərhlər istifadəçinin müəyyən bir mövzu ilə bağlı mövqeyi ilə əlaqəlidirsə, bu nüansın nə üçün inzibatçılıq üçün uyğun olmadığını açıq şəkildə qeyd etmək xüsusilə vacibdir.
Namizədin hansısa mövzu ilə bağlı əsaslı bir fikri ola bilər, amma özünü təkmilləşdirmək üçün inzibati alətləri etibarlı şəkildə istifadə edəcəyinə inanıla bilər. Məsələn, inzibatçı olan şəxs "saxlamağa" və ya "silməyə" meyilli mövqedə ola bilər, ancaq qənaətbəxş redaktorların arqumentlərinə qarşı çıxma ehtimalının az olduğu açıq və mübahisəsiz vəziyyətlərdə müvafiq olaraq uyğun addımı atmalıdır, öz fikrini tətbiq etməməlidir.
Burada isə sual ondan ibarətdir ki, şəxsə konsensusa sadiq qalma və siyasətlərə zidd fəaliyyət göstərməyəcəyi barədə etibar etmək olarmı?
Əgər istifadəçinin dəyişdirə bilməyəcəyi bir şeydirsə, onu müzakirəyə çıxarmaq heç də faydalı olmayacaq.
Əgər bu formada şərh yazmağa meyillisinizsə, sadəcə istifadəçinin Vikipediyadakı fəaliyyətlərinə əsasən şərh əlavə etməyi düşünün.
Əlbəttə ki, inzibatçıların yetkin şəxslər olmasını arzu etmək gözlənən şeydir. Əslinə baxarsaq, istifadəçilər yaşı namizədlik barədə əks arqument kimi təqdim etməkdə sərbəstdirlər.
Bəzi hallarda sizin namizədlik barədə bildirəcəyiniz fikirləri artıq başqa istifadəçilərin bildirdiyini görürsünüz və onlarla razılaşdığınızı qeyd etməyiniz də tam normaldır. Bəzi hallarda isə razılaşanların bir çoxu sizin fikirlərinizlə razı ola bilər, amma bu vəziyyətlərdə hansı fikirlərinizlə razılaşdıqlarını (həmçinin hansılarla razılaşmadıqlarını da) qeyd etmələri olduqca faydalı ola bilər.
Heç bir arqument ortaya çıxarmayan şərhlər həm namizəd üçün konstruktiv rəy bildirmir, həm də konsensus quruculuğuna töhfə vermir.
Bundan fərqli olaraq, qısa bir arqument təqdim etmək fikirlərinizi açıqlamağa kömək edir, bürokratın namizədliyə baxmasında daha çox kömək edir və hətta başqa istifadəçilərin də namizəd barədə təkrar düşünməyinə və fikirlərini dəyişdirməyinə imkan verir.
Ümumiyyətlə, istifadəçilərin redaktə sayları artdıqca təcrübələri də artır. Mövzulu ay layihələrində iştirak, statuslu məqalə namizədləri ilə bağlı müzakirələrə qoşulmaq, SNS-dəki müzakirələrdə iştirak etmək və inzibatçı namizədlikləri kimi mövzularda müzakirələrə qoşulan istifadəçilərin bu namizədlik ilə bağlı fikirləri faydalı təcrübə təmin etdiyi kimi, həm də şəxsin inzibati alətləri etibarlı şəkildə istifadə edib-etməyəcəyini barədə bir qənaət gəlmələrinə də imkan verir.
İnzibatçı namizədliyi təqdim edilmiş istifadəçilərin töhfələri və fəaliyyət statisikları barədə məlumatlar açıq şəkildə qeyd olunur, əgər siz namizədlə tanış deyilsinizsə, onun fəaliyyət və töhfələri ilə tanış ola bilərsiniz. Ümumi olaraq, ya da xüsusi bir ad fəzasında, statuslu məzmunda, yaxud da müzakirə səhifələrindəki dəyişikliklərin sayına görə qeyd edilmiş anlıq qərarlar, xüsusilə də bu dəyişikliklərin mahiyyətini və inzibatçılıq ilə olan əlaqəsinə diqqət vermədən fikir bildirmək çox da faydalı olmur.
Mümkün qədər etibarlı inzibatçıların mövcud olması Vikipediyaya fayda verər. İnzibatçılıq namizədlikləri istifadəçinin inzibati alətlərdən etibarlı bir şəkildə istifadə etməsi ilə əlaqəlidir, kimin daha çox istifadə edib-etməyəcəyi ilə yox.
İnzibatçıların hər nə qədər aktiv şəkildə bu alətlərdən istifadə etməsi yaxşı da olsa, ayda bir neçə dəfə bu alətlərdən istifadə edən istifadəçi də icma üçün faydalıdır. Etibarlı şəxs ümumiyyətlə alətlərdən istifadə etmirsə, bunun heç bir zərəri yoxdur. Əgər onlardan heç olmasa bircə dəfə belə yaxşı bir məqsəd üçün istifadə etmişdirsə, deməli, onun inzibatçı olması bir məqsədə xidmət etmişdir.
SNS kimi sahələrdə iştirak edən bəzi istifadəçilər bütün inzibatçıların bu proseslərdə təcrübəli olmasını, və ya təcrübəsinin olmasının lazım olduğunu düşünə bilər. Halbuki bəzi istifadəçilər Vikipediyada sadəcə müəyyən sahələrdə töhfə verə, digər sahələrdə çox töhfə verməyə bilərlər. etmək və istifadəçilərlə əlaqə qurmaqdan başqa, bir inzibatçı namizədinin mütləq bilməsi lazım olan çox az prosedur var.
Demək olar ki, bir vaxtlar hamımız Vikipediyanı başa düşməyə çalışan redaktor idik və bu periodda səhvlər etdik. Bir çox dəyərli istifadəçi və inzibatçılar vaxtı ilə ciddi səhvlərə yol verib və hətta müəyyən vaxtlarda buna görə bloklanıb da. Redaktorlar ümumən hər hansısa bir səhvin olub-olmadığını axtarmaqdansa, istifadəçinin son fəaliyyətlərinə və səhvlərindən sonrakı davranışlarına nəzər yetirməlidir. Kiçik səhvləri və üzərindən xeyli vaxt keçmiş problemləri xüsusilə davamlı şəkildə vurğulamaqdan çəkinin.
Şəxsi hücumlara səbəbiyyət verməmək üçün namizədliklərdəki müzakirələr başqalarını araya qatmadan sadəcə namizəd barədə aparılmalıdır.
Namizədliyə bildirilən mövqelər heç vaxt yazdığınız məqalənin SNS-ə təqdim edilməsi barədə şərhlər ehtiva etməməlidir. Həm də mükafatlandırma məqsədilə dəstək şərhləri verilməməlidir.
Müəyyən bir "fərq" keçidinin əslində namizədliyi dəstəkləmək və ya qarşı çıxmaq üçün yaxşı bir səbəbi var, amma vəziyyət digər istifadəçilər üçün açıq olmaya bilər. Keçiddən də əlavə, həmin keçidin nəyə görə istifadəçinin inzibatçılıq üçün yaxşı ya da pis olduğu barədə izah göstərən qeyd ehtiva etməsi vacibdir.
Bir çox istifadəçi bu missiyaya hazırdır, ancaq necə olubsa başqa bir istifadəçi tərəfindən namizəd göstərilməyib. Vikipediya səmərəli, taraz və təcrübəli inzibatçılarla daha da inkişaf edər. Bir istifadəçi inzibatçılıq üçün lazım olan şərtlərə sahib olduğunu açıq-aşkar göstərirsə, onda onun nə qədər tez inzibatçı olması o qədər yaxşıdır. Yəni ki, bir namizədə sırf özü namizəd oldu deyə qarşı çıxmaq fayda verməyəcək. Ancaq bəziləri düşünürlər ki, özü-özünün namizədliyini verən istifadəçi digər istifadəçi tərəfindən namizədliyi verilmiş istifadəçi ilə müqayisədə daha yüksək şərtlərə cavab verməlidir.
Başqalarına onu namizəd göstərməyi deməyə çəkinən dəyərli namizədlər digərlərinin diqqətini çəkənə qədər uzun müddət gözləmək məcburiyyətində qala bilərlər.
Ən problemli əsaslandırmalardan biri də adətən redaktə statistikasına baxmaqla müəyyən edilən dəyişikliklərin sayından düzgün istifadə edilməməsidir. Təbii ki, cəmi 100 redaktəyə malik olan bir iştirakçı inzibatçı olmaq üçün çox da təcrübəli deyil. Ancaq bunun əksi, Vikipediyanı həqiqətən bildiyini nümayiş etdirmək üçün çoxlu dəyişikliklərin olması ilə bağlı əsaslandırma iki fərqli problemə səbəb olur: 1. Çox redaktəsi olması istifadəçinin etibarlı olmasının zəmanəti deyil və istifadəçi barədə fikir bildirilərkən onun redaktə sayına yox, redaktələrinin mahiyyətinə fikir vermək lazımdır. 2. Namizədlik üçün təcrübə səbəbilə ortaya qoyulan müəyyən redaktə limitləri məzmun üzərində töhfə vermiş istifadəçiləri də həvəsdən düşürə bilər, amma bu gerçəkdir ki, vandallarla mücadilə edən, yazı səhvlərini düzəldən və məqalələrə bildiriş şablonları əlavə edən istifadəçilərə ehtiyac duyulsa da, daha çox Vikipediyanın dəyəri məzmun üzərinədir. Qısacası, bir namizədi yazdığı məqalə və dəqiqləşdirmə səhifələrinə görə dəyərləndirmək çətin olur. Yenə də mübahisəli məsələlərdə müzakirələrdə fikir bildirən, dəyişiklik izahlarını düzgün şəkildə istifadə edən və digər istifadəçilərlə ünsiyyətə girməyi bacara bilən istifadəçilər barədə fikir bildirmək daha asan olur.
Fərqli fəaliyyətlər fərqli ad fəzalarında müxtəlif sayda fəaliyyətlər gərəkdirir. Vandalizmlə mübarizə aparan və istifadə olunmayan müəlliflik hüquqları ilə qorunan faylları etiketləyən istifadəçi bu fəaliyyəti düzgün şəkildə gördüyü halda onun istifadəçilərin müzakirə səhifələrinə xəbərdarlıq şablonları daxil edilməsi nəticəsində "istifadəçi müzakirəsi" ad fəzasında edilmiş dəyişikliklərinin sayı normal olaraq daha çox olacaq.
Bəzən müxtəlif fəzalardakı fəaliyyətlərin balanssızlığı səbəbilə əks şərhlərlə qarşılaşmaq mümkündür. Bu əsaslandırmaların ən ifrat və problemli halında, məsələn, istifadəçi "Vikipediya" ad fəzasında (siyasətləri başa düşmək), əsas fəzada (məqalələr üzərində dəyişliklər), "istifadəçi müzakirəsi" fəzasında (istifadəçilərlə ünsiyyət qurmaq) və "müzakirə" fəzası (digər istifadəçilərlə konstruktiv şəkildə əməkdaşlıq etmək) müvafiq balansda bir fəaliyyətin olmadığını göstərməkdir. Bəzən buna SNS müzakirələri və inzibatçılıq namizədlikləri ilə bağlı müzakirələr də əlavə oluna bilər.