![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
VP:LNS-dən Laboratriyaya məqalə, siyahı daxil edən bütün idarəçilərdən xahiş edirəm ki, istinadları istinad şablonları ilə göstərilməmiş və linkli istinadları arxivləşdirilməmiş məqalə və ya siyahıları Lab-a daxil etməsinlər. Etməyək. Səbəbini bundan əvvəl də yüzlərcə dəfə izah etmişəm. Yenə də izah etməyə hazıram. Ümumiyyətlə düşünürəm ki, SM, YM, SS şərtlərinə istinadların istinad şablonları ilə göstərilməsi və linkli istinadların arxivləşdirilməsi şərtini də əlavə etmək lazımdır. Artıq neçə-neçə statuslu məqalələrdə, baxırsan ki, istinad edilən link açmır. Xəta (Error) verir. Və ya link göstərilmiş məzmunda açmır, və ya sadəcə saytın əsas səhifəsi açılır.--samral müzakirə 06:30, 15 mart 2017 (UTC)
Hal-hazırda Azərbaycanca vikipediyada 15 idarəçi var. İdarəçilərin aktivlik və fəaliyyət göstəriciləri bir-birindən fərqlənsə də, ümumiyyətlə fəaliyyət göstərməyən və nadir hallarda imzalarını gördüyümüz idarəçilərmiz də az deyil. Hesab edirəm ki, əsl idarəçi sayımızın müəyyənləşdirilməsi, yeni aktiv idarəçi namizədlərinin yolunun açılması üçün deaktiv idarəçilərin məsələləri səsvermə üsulu ilə həll edilməlidir. --Baskervill (müzakirə) 11:20, 1 oktyabr 2017 (UTC)
Dəyərli idarəçilər, təklif edirəm ki, AzVikidə Təftişçi (CheckUser) funksiyasını işə salaq. Bütün idarəçilərin razılığı varsa Təftişçi prinsiplərini hazırlamağa başlayaq. Özümdə əlimdən gələni edəcəyəm bu mövzuda. Hörmətlə --eldarado ✉ 21:04, 20 oktyabr 2017 (UTC)
Çox hörmətli və dəyərli idarəçilər bu məsələyə burada son qoyulmasını təklif edirəm. Bildiyiniz kimi istifadəçi Barselona99 dəfələrlə Vikipediya qaydalarını pozaraq 8 dəfə bloklanmışdır və bu bloklamalardan bir nəticə çıxarmayaraq qaydaları pozmağa davam etmişdir. Buna görədə məsələnin burada idarəçilərin yekun qərarı ilə yekunlaşmasını təklif edirəm. Bütün idarəçilərdən ricam buradakı müzakirəni oxuyub, sözügedən istifadəçinin fəaliyyəti ilə tanış olub öz qərarlarını qeyd etsinlər. Sortilegus, Anar kerimxanov, Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Cekli829, Eminn, Nicat49, Sultan11, Wertuose, White Demon, Azerifactory, Vusal1981 - Hörmətlə --eldarado ✉ 19:47, 11 noyabr 2017 (UTC)
Qeyri-müəyyən vaxtın tərəfdarı deyiləm--Vüsal Ağayev (müzakirə) 21:23, 11 noyabr 2017 (UTC)
Mən də qeyri-müəyyən vaxtın tərəfdarı deyiləm. Maksimum 6 ay düşünürəm ki, bəs edər. --►Cekli829 22:34, 11 noyabr 2017 (UTC)
İdarəçi həmkarlarımın fikirlərini nəzərə alıb istifadəçi Barselona99-u yuxarıda sadaladığım qayda pozuntularına görə 6 aylıq bloklayıram. 6 ay ərzində səhvlərindən nəticə çıxaracağına ümid edirəm.--Nicat49 ⋠müzakirə⋡ 22:34, 12 noyabr 2017 (UTC)
Hörmətli Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Vusal1981, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov və Eldarado,
Mən YM, SM və SS məqalələrinin qeyri-müəyyən zamanda qorunmasını təklif edirəm. Bəli, istifadəçilər məqalələri təkmilləşdirməlidir amma statuslu məqalələrin üzərində çox əzab çəkildiyindən, istəmirəm ki, vandallar bu məqalələri pis günə salsın. Statistikaya baxsaq, statuslu məqalələr tez-tez vandalizmin qurbanı olur. Xahiş edirəm bütün idarəçilər öz fikirlərini bildirsinlər.--Azerifactory (müzakirə) 01:27, 15 noyabr 2017 (UTC)
Təşəkkürlər hamıya.--Azerifactory (müzakirə) 02:25, 17 noyabr 2017 (UTC)
Son zamanlar, Axshamov, Garabekir və onların müxtəlif trolları Vikipediya:İdarəçilərə müraciət məqaləsini sirkə döndəriblər. English Wiki-də Sir Sputnik emaildə mənə yazıb ki, bunlar Aydinsalisin trolluna bənzəyir amma tam dəqiq proqnoz yoxlamalardan sonra qeyd olunacaq. Bu mövzü mənim fikirlərimi isə tam təsdiq etdi https://az.wikipedia.org/wiki/?q=Vikipediya:K%C9%99nd_meydan%C4%B1#Bir_daha_Ayd.C4.B1n_M.C9.99mm.C9.99dov_m.C9.99s.C9.99l.C9.99si
--Azerifactory (müzakirə) 00:18, 29 noyabr 2017 (UTC)