![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam hörmətli idarəçilər, bu keçiddəki müzakirəni daha geniş şəkildə bütün idarəçilərlə birlikdə müzakirə etmək istəyirəm. Zəhmət olmasa hər kəs öz fikrini bildirsin. Hörmətlə--eldarado ✉ 17:58, 29 avqust 2018 (UTC)
Salam hörmətli idarəçilər, dəyərli idarəçimiz Vusal1981-in idarəçilik statusunun alınması ilə bağlı hər birinizin fikrini öyrənmək istəyirəm. Vüsal azvikipediyada ən çox əziyyəti olan şəxslərdən biri olub. Bu danılmaz faktdır. Lakin idarəçi kimi fəaliyyəti demək olar ki, normal şəkildə olmayıb. Son 7 ay ərzində nəinki idarəçi fəaliyyəti, heç istifadəçi kimi normal fəaliyyəti olmayıb. Bir neçə dəfə müəmmalı və mübahisəli bloklamaları olub, hətta metadan xəbərdarlıq belə alıb. İdarəçilərə kömək olmayacaqsa idarəçilik statusunun saxlanılmasının bir anlamı olmadığını düşünürəm. Aşağıda araşdırmağınız üçün statistika keçidləri yerləşdirmişəm. Hər birinizin fikirlərini öyrəndikdən sonra yaxın zamanda etimad səsverməsinin başlatmağı planlayıram. Təbii ki, ümumi razılıq olarsa əgər. Sortilegus, Wertuose, Cekli829, Sortilegus, Sultan11, Baskervill, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Rufet Turkmen Hörmətlə --eldarado ✉ 17:20, 30 avqust 2018 (UTC)
Təəssüf ki, son zamanlar idarəçi kimi çox passivdir. Bu və digər səbəblərdən idarəçilik statusunun alınması ilə bağlı səsverməyə başlamaq olar.--Nicat49 ⋠müzakirə⋡ 22:18, 30 avqust 2018 (UTC)
։Fəaliyyəti hər zaman yüksək olan idarəçidir. İndi fəaliyyətində aktivlik azalması onu bu statusdan azad etməyə əsas ola bilməz. Ona qalsa elə idarəçilər varki, hər 2-3 aydan bir redaktələr edir. O ki qaldı AzVikidə fəaliyyətini dayandırmasına onda gərək buna münasibətini rəsmən təstiqləməlidir. Bir tərəfli şəkildə qərarların çıxarılmasının əlehinəyəm__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 18:42, 31 avqust 2018 (UTC)
N Mən bu məsələdə Eldaradonun bir bürokrat kimi tam qeyri-peşəkarlıq nümayiş etdirdiyini düşünürəm. Kənardan baxanda elə bir təsəvvür yaranır ki, sanki AzVikidə kənar qüvvələrin sifarişləri yerinə yetirilir... Vüsal müəllim AzVikinin ən dəyərli istifadəçilərindən biridir. AzVikidə mövcud olan böyük bir kontent bilavasitə onun əməyinin məhsuludur. İdarəçilik fəaliyyətində də onun əsas istiqaməti məhz fəaliyyət göstərdiyi sahədir. Bundan sonra da onun belə davam edəcəyinə inanıram. Ondan idarəçilik statusunun alınması ilə bağlı fikirləri qətiyyən dəstəkləmirəm! Dəyərli həmkarlarıma hörmətlə, --►Cekli829 19:23, 31 avqust 2018 (UTC)
Hörmətli Cekli829, bürokrat seçilməyimə razı olmayan tək şəxs siz oldunuz, çox güman ki, həmişə bu fikirdə olacaqsınız. Buna etirazım yoxdur. Mözvuya gəldikdə isə elə dediz ki, sanki hər gün idarəçi kimi faəliyyət göstərən biri barədə müzakirə aparırıq. Sözü gedən şəxs 7a aydır ki, nəinki idarəçilik fəaliyyəti hətta istifadəçi kimi faəliyyət göstərmir. Lakin 6 ay idarəçi kimi fəaliyyət göstərməmək kifatə edir statusun alınması ilə bağlı səsvermə təşkil etməyə. Nədir yanlış etdiyim? Nədir bəyənmədiyiniz? Harda qaydalara ziddi addım atmışam? Hörmətli Sortilegus, üzr istəyirəm ama burdan elə görünür ki, elə siz özünüz bir qruplaşmasız ki, illərdir idarəçi kimi fəaliyyət göstərməyən istifadəçinin tərəfini saxlayırsız. --eldarado ✉ 19:43, 31 avqust 2018 (UTC)
Hörmətli həmkarlar! Fəaliyyətsizliyimlə bağlı iradlar başadüşüləndir. Ancaq təzəcə fəaliyyəti bərpa etmək üzrəykən bir tələsik səsvermə başladılıb. Bunu düzgün saymıram. Hər kəsin şəxsi problemləri ucbatından fəal olmamaq haqqı və səbəbləri var. Elə idarəçimiz var ki, əsgər gedib, eləsi var xaricə köçüb. Yəni səbəblər çoxdur. Ancaq Eldarado bəy məhz mənim qanuni həyata keçirdiyim blokları qabartmaq istəyib, bu isə düzgün deyil. Metadan heç bir xəbərdarlıq almamışam. Ona görə mənim idarəçilikdən çıxmaq kimi bir fikrim yoxdur. Səsvermə olacaqsa onu da tələsik və qərəzli bir addım sayıram. "Fəaliyyətsizdirsə (müvəqqəti) idarəçi olmasın" deyə bir arqument ola bilməz. Mübahisənin yaranmasından uzaqlaşmaq məqsədilə daha heç nə yazmaq fikrində deyiləm.
P.S. O ki qaldı 6 ay fəaliyyətsizlik iddiası da yanlışıdr. Apreldən bu yana az da olsa redaktələrim var. --Vüsal Ağayev (müzakirə) 19:51, 31 avqust 2018 (UTC)
Ay Eldarado, deyirsən ki, "bir neçə gün də gözləyək" yenə nəyi gözləyəcəksiniz ki? Biri bürokrat olmaqla, üç idarəçi səsverməyə razılıq verməyibsə, müvafiq idarəçi də fəaliyyəti bərpa etmək üzrə olduğunu bəyan edirsə, artıq bu müzakirəni davam etdirməyə heç bir lüzum yoxdur. Vəssalam, məsələ bitmişdir. Sortilegusa ünvanladığın "Bununla sadəcə özünüzü hörmətdən salırsız." ismarıcı isə çox yersiz hərəkətdir. Uğurlar! P.S. Stüard seçkilərinə qədər görək neçə səhv edəcəksən? --►Cekli829 20:05, 31 avqust 2018 (UTC)
Cekli829 sizin kimi təcrübəli idarəçinin məni kimlərləsə qruplaşmada olmaqda ittiham etməyi məni çox üzdü. Mən 2011-ci ildən vikidə könüllü olaraq fəailiyyət göstərirəm və tam məsuliyyətimlə deyirəm ki, bu müddət ərzində heç bir zaman heç bir qruplaşmada olmamışam. Əgər yox sizdə bunun əksini sübut edəcək fakt varsa xahiş edirəm paylaşın. Yox əgər yoxdursa, o zaman bir daha mənə qarşı belə ittihamlar irəli sürməyin. Burada Eldarado məni müzakirəyə taq edib və məndə öz fikrimi bildirmişəm. Burada qeyri-adi nə varki ? Mən indi də yuxarıda yazdığım fikrin üztündə dayanıram, idarəçi kimi əsaslı səbəbləri olmadan fəailiyyət göstərməyən idarəçilərdən bu status alınmalıdır.--Nicat49 ⋠müzakirə⋡ 22:03, 31 avqust 2018 (UTC)
Ay Eldarado, özün bu müzakirəni açanda 13 idarəçini ora işarələyib, yazmısan ki, "Hər birinizin fikirlərini öyrəndikdən sonra yaxın zamanda etimad səsverməsinin başlatmağı planlayıram. Təbii ki, ümumi razılıq olarsa əgər." Amma cəmisi 4 nəfərin qərarını öyrənən kimi dərhal səsvermə başlatmısan... Niyə digər idarəçilərə qarşı hörmətsizlik edirsən ki? Vüsal müəllimi idarəçilikdən çıxarmaq sizlər üçün bu qədər vacibdir? --►Cekli829 08:07, 1 sentyabr 2018 (UTC)
Salam. Mən öz idarəçilik statusumla bağlı etimad səsverməsi keçirmək istəyirəm. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarının "İdarəçinin qeyri-aktivliyə görə statusundan məhrum edilməsi" bölməsinin 3-cü bəndinə — İdarəçinin özü və ya başqa idarəçi ilə bağı etimad səsverməsi keçirməsinə icazə, yalnız idarəçilərin müzakirəsində əldə olunan konsensus əsasında verilə bilər — görə ümumi razılıq lazımdır. Düşünmürəm ki, etimad səsverməsi yalnız fəaliyyətdən narazılıq olduğu zaman keçirilməlidir. İdarəçi səsverməmdən 4 il keçir və bu müddət ərzində kifayət qədər yeni istifadəçilər qoşulub, həm onların, həm də köhnə istifadəçilərin fəaliyyətimə yenidən qiymət vermələrini istəyirəm. Heç kimin etiraz etməməsini xahiş edirəm.--Emin ismarıc 13:09, 1 fevral 2019 (UTC)
Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Turkmen, Vusal1981, Wertuose, White Demon, yuxarıdakı müraciətimə cavab verməyinizi xahiş edirəm.--Emin ismarıc 10:49, 4 fevral 2019 (UTC)
Azerifactory, qeyri-aktivliyə görə idarəçi statusunun alınması ilə bağlı səsvermə keçirilir. Etimad səsverməsi ilə idarəçi statusunun alınması ilə bağlı səsvermə fərqli şeylərdi. Belə bir təcrübə olub vikidə [1]. Qolcomaq, bilmirəm ortabab fəaliyyət necə olur, amma mən vikicəmiyyətin yenidən öz mövqeyini göstərməsini istəyirəm. --Emin ismarıc 11:48, 4 fevral 2019 (UTC)
Etimad səsverməsi Eminn isə heçnəyi həll etməyəcək və əksinə, problemləri daha artıracaq. Məncə belə destruktiv məsələlərin yerinə, Viki üçün daha aktual mövzü və problemlər üzərində işləməliyik. Məsələn, istinad şablonlarında problemlər var, intihar, siqarətin zərəri kimi mövzülarda sağlamlıq kampaniyaları əməkdaşlıq etmək olar. Bunun həm Vikiyə, həm cəmiyyətə xeyli xeyiri olar --Azerifactory (müzakirə) 12:46, 4 fevral 2019 (UTC)
Hamıya salamlar. İstifadəçi siyahısının "İdarəçilər" qrupunda heç bir fəaliyyəti olmamış Dəyişiklik süzgəci adlı yeni bir idarəçi peyda olub. Bunu kimsə izah edə bilərmi? 17 dekabr 2018 tarixində qeydiyyatdan keçmiş bu istifadəçi adı kim tərəfindən idarə olunur? Necə olub ki, ona idarəçi statusu verilib? --►Cekli829 18:31, 24 fevral 2019 (UTC)
Hörmətli həmkarlarım, lütfən Requests_for_comment/Do_something_about_azwiki buradakı müzakirələri tam oxuyub sonra qərarınızı verin. Səsvermənin başlaması üçün bütün səbəblər orada qeyd olunur. Müzakirə may ayının 17-nə qədər yekunlaşacaq. Viki qaydalara əsasən əgər səs çoxluğu daha tez bir müddətə alınsa, müzakirə daha erkən yekunlaşacaq. Babək Akifoğlu, Vusal1981, Baskervill, Sultan11, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hörmətlə--eldarado ✉ 09:54, 7 may 2019 (UTC)
Cavab: Hörmətli Vusal1981, aylardı fəaliyyətiniz yox idi, sizi burada fikir bildirməyə vadar edən nə oldu, kim isə dəvət etdi yoxsa necə? Metadakı müzakirələri oxudunuzmu? Orada və azvikidə son zamanlarda baş verənlərdən xəbəriniz varmı? Ya bir başa bu redaktəni edib çıxmısınız? Siz mümkünsə diqqətli baxın görün bizi global səviyyət məsxərəyə salan hansi istifadəçidir və rica edirəm bundan əmin olmadan fikirlərinizi buraya qeyd etməyin. Mən hər şeyi açıq şəkildə qeyd etmişəm, xeyli sayda səbəb var, şikayət var və bütün bunlar açıq şəkildə ortadadır. Sözügedən qaydalardakı dəyişikliyi nə üçün hamı dəstəklədi? Nə üçün Cekli və tərəftarlarından səs çıxmadı? Sizi bilmirəm ama mən həqiqətən hər dəfə Cekli barədə metada şikayət mövzusu açılanda çox utanıram. --eldarado ✉ 18:54, 8 may 2019 (UTC) Eldarado, məni bura idarəçi kimi tag edib özünüz dəvət etmisiniz. )) Hər şeydən xəbərim var. Haqlı tərəfi də qeyd etdim, provokatoru da. Yalnış yoldasız. Metada styuardları siz və tərəfdarlarınız həmin qərarı verməyə yönləndirir. Hər halda azacıq ingiliscə bilən bunu anlayır. Yeri gəlmişkən utanana heç oxşamırsız. O ki qaldı fəaliyyətsizliyimə bir gözləyin bu müzakirə bitsin sonra mənim mövzumu açarsız. Niyə tələsirsiz? Əminəm onda da utanacaqsız. --Vüsal Ağayev (müzakirə) 19:17, 8 may 2019 (UTC) P.S Sizə hesab verməyə borclu olmasam da fevraldan bəri nisbətən fəaliyyətimi bərpa etdiyim göz önündədir. Aylardır kəlməsini işlətməklə açıq düşmənçiliyinizi bu qədər biruzə verməyin. )) --Vüsal Ağayev (müzakirə) 19:25, 8 may 2019 (UTC)
|
Hörmətli idarəçilər. Şəxsi səbəblər üzündən bir neçə gün idi ki, Vikipediyaya daxil olmurdum. Lakin bu gün daxil olduqda gördüm ki, Baskervill heç bir müzakirə aparmadan Aykhan Zayedzadehin blokunu açıb. Təbii ki, bloku bərpa etdim. Amma Baskervill yenidən bloku açdı... Son nəticədə tamamilə əsassız bir iddia ilə "Çoxsaylı hesabdan sui istifadəyə görə: Yetər !" yazaraq, məni blokladı. Hörmətli həmkarım Araz Yaquboglu blokumu açdıqdan sonra Baskervill məni yenidən bloklayıb. Bu dəfə isə Nəzakət qaydalarını tamamilə pozaraq, bloklama səbəbi kimi belə yazıb: "Yetər ! Əl çək bu vikipediyadan."... Onu da qeyd edim ki, Baskervill bu gün idarəçiyə yaraşmayan başqa bir hərəkət də edib. Belə ki, o, Kənd meydanında idarəçi həmkarımız Nicat49-un yazdığı müzakirəni "Rollback" edərək silib. Bundan başqa o, dünən istifadəçi səhifəsinə yersiz müdaxilə edərək, onun məzmununu, Zümrüd Məlikova məqaləsindən isə "Məqalə və tezisləri" bölməsini əsassız silmişdir. Son günlərdə onun yol verdiyi qüsurlar bunlarla bitmir. Belə ki, o, dünən "Bərpa üçün namizəd səhifələr"ə müraciət edərək, bir neçə il əvvəl ictimaiyyət tərəfindən də geniş müzakirə olunmuş "Azərbaycanda homoseksualizm tarixi" adlı məqalənin bərpası üçün iddia qaldırıb. "Bərpa üçün namizəd səhifələr"ə müraciət etmək normal bir haldır və onun hüququdur. Ancaq bərpa üçün iddianı yalan iddialar üzərində qurmaq böyük bir saxtakarlıqdır. O, iddiasında yazıb ki, guya həmin məqalə iki il əvvəl "haqsız şəkildə ... tələm-tələsik silinib". Halbuki, həmin vaxt Samralın açdığı iki həftəlik müzakirələrin yekununda bir nəfər istisna olmaqla, 7 istifadəçinin "Sürətli silinsin" fikri əsasında həmin məqalə silinmişdir. Açıq-aydın görünür ki, Baskervill bu mövzu ilə bağlı hazırda tutduğu mövqeyini saxtakarlıq üzərində qurub. Onun belə hərəkətlərinə yalnız belə bir qiymət vermək olar: Baskervill AzVikidə uzun müddət fəaliyyət göstərən idarəçilərdən narazı olan istifadəçilərə rəhbərlik edir, hətta bəzi konkret hallarda (məsələn, Aykhan Zayedzadehin blokunu açması) onların istəklərini yerinə yetirərək, digər idarəçiləri gözdən salmağa çalışır. Mən Aykhan Zayedzadehin blokunu yenidən bərpa edirəm. Əgər Baskervill onun blokunun açılmasını istəyirsə, o zaman zəhmət çəksin, müzakirə mədəniyyətini nümayiş etdirsin. Aykhan Zayedzadehin blokunu isə mənə qarşı irəli sürdüyü iddia ilə bağlı (Məqalələri pulla yazdığımı iddia edib) üzr istədiyi halda dərhal açacam. Hörmətli idarəçilər, sizlərdən isə xahiş edirəm ki, Baskervilli bundan sonra idarəçi statusundan sui-istifadə edərək, AzVikidə uzun müddət fəaliyyət göstərən idarəçilərdən narazı olan istifadəçilərin idarəçi statusuna malik rəhbəri kimi qəbul edin. Onun əməlləri ilə bağlı Vikipediya qaydaları çərçivəsində hansı cəza tədbirlərinin görülməsini isə sizlərin vicdanına buraxıram. Hamınıza hörmətlə, --►Cekli829 19:28, 13 may 2019 (UTC)
Salam cənab Cekli829. Baskervill həmin hadisədən sonra sosial şəbəkə üzərindən mənə yazaraq, bilməyərəkdən əli dəydiyini (telefonla olduğundan) və nəticədə səhvən mənim yazdıqlarımın silindiyini mənə bildirib. Cənab Cekli829, azviki üçün xoş olmayan bir dönəmdə, Aykhan Zayedzadeh-nin blokunun açılması müəyyən qədər müsbət aura yarada bilərdi. Konkret bu hadisədə istifadəçinin blok məsələsi ümumən idarəçilərin yekun fikri əsasında həllini taparsa daha düzgün olar zənnimcə. Bu barədə səsvermə də keçirmək olar. Məncə siz də buna etiraz etmərsiz. Hər bir idarəçi öz fikrini orada ifadər edər. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 20:42, 13 may 2019 (UTC)
Salam cənab Cekli829, Baskervill həmin hadisədən sonra sosial şəbəkə üzərindən mənə yazaraq, bilməyərəkdən əli dəydiyini (telefonla olduğundan) və nəticədə səhvən mənim yazdıqlarımın silindiyini mənə bildirib. Cənab Cekli829, azviki üçün xoş olmayan bir dönəmdə, Aykhan Zayedzadeh-nin blokunun açılması müəyyən qədər müsbət aura yarada bilərdi. Konkret bu hadisədə istifadəçinin blok məsələsi ümumən idarəçilərin yekun fikri əsasında həllini taparsa daha düzgün olar zənnimcə. Bu barədə səsvermə də keçirmək olar. Məncə siz də buna etiraz etmərsiz. Hər bir idarəçi öz fikrini orada ifadər edər. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 20:42, 13 may 2019 (UTC)
Cekli829 təşəkkür edirəm. Aykhan-ın heç bir sübut və s olmadan etmiş olduğu ittihamı mən də təbii ki, müdafiə etmirəm. Bunu özünə də demişəm. Bənzər ittihamlar zənnimcə içi mən qarışıq hər bir idarəçinin ünvanına deyilib. Ortada heç bir sübut yoxdursa, yalnız iddiadırsa buna çox da fikir vermək lazım deyil. Mən sosial şəbəkədəki fikrə görə verdiyiniz qərarın çox ağır olduğunu düşünürəm və rica edirəm ki, istifadəçinin blokunu ya tam götürəsiz, ya da maksimum 15 günə (12 gün blokda qalıb zatən, bununla edir 27) endirəsiz. Əminəm ki, Aykhan da gələcək fəaliyyətində yanlışlıqlarından nəticə çıxaracaq. Sizin bu qərarınız istər idarəçilər arasında, istərsə də metada yaranmış problemlərə müəyyən qədər məlhəm olar. Hörmətli idarəçilər (Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Eldarado, Eminn, Qolcomaq, Sortilegus, Sultan11,Toghrul Rahimli, Turkmen, Vusal1981, Wertuose, White Demon) hər birinizdən bu məsələ ilə bağlı fikrinizi bildirməyi xahiş edirəm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 00:06, 14 may 2019 (UTC)
https://meta.wikimedia.org/wiki/?q=Steward_requests/Permissions&oldid=19097157#[email protected]Turkmen müzakirə 06:43, 14 may 2019 (UTC)
|
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Sultan11 (müzakirə • töhfələr • statistikalar)-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm. Müzakirə müddəti: 20 may - 4 iyun, 2019-cu il Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s. Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Babək Akifoğlu, Vusal1981, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Hörmətlə --eldarado ✉ 21:34, 19 may 2019 (UTC)
Y Əziz həmkarlar, son zamanlar şəxsi işlərimlə əlaqədar olaraq vaxt azlığı ucbatından Vikipediyadakı fəaliyyətim zəif olmuş, idarəçilərin əsas vəzifələri sayıla bilən öhdəlikləri zəif yerinə yetirmişəm. Tezliklə də vaxt azlığını aradan qaldırmaq imkanım yoxdur. Bu üzdəndə bu gündən etibarən idarəçi statusumdan imtina edirəm. Bütün həmkarlarımın hər birinə yeni-yeni uğurlar arzulayıram. -- ■ Sultan mesaj 19:16, 4 iyun 2019 (UTC)
|
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Anar kerimxanov (müzakirə • töhfələr • statistikalar)-un idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm. Müzakirə müddəti: 20 may - 4 iyun, 2019-cu il Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s. Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Babək Akifoğlu, Vusal1981, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Sultan11, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Hörmətlə --eldarado ✉ 21:36, 19 may 2019 (UTC)
|
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Vusal1981 (müzakirə • töhfələr • statistikalar)-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm. Müzakirə müddəti: 20 may - 4 iyun, 2019-cu il Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s. Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Babək Akifoğlu, Anar kerimxanov, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Sultan11, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, 9 ay əvvəl bu idarəçinin fəaliyyəti müzakirəyə çıxarılmış və idarəçi faəliyyətini bərpa edəcəyini bildirsə də bu müddət ərzində minimum tələbi yerinə yetirə bilməmişdir. Hörmətlə --eldarado ✉ 21:37, 19 may 2019 (UTC)
|
Salam hörmətli idarəçilər. Bildiyimiz kimi Maqamedd adlı istifadəçi digər iki hesabın yəni, Anar Məmmədov və Hüseyn706 (təftişçi Hüseyn706 hesabının IP ünvanlarının digər iki istifadəçi hesabının IP-ləri ilə üst-üstə düşmədyini demişdi. İstifadəçinin özü isə vurğulayır ki, Hüseyn706 hesabı onun qardaşına aiddir. IP-lərin üst-üstə düşməməsi bu məsələdə inandırıcı gələ bilər. Yəni Hüseyn706 hesabı həqiqətən onun qardaşına aid ola bilər) hesabların sahibidir. Onun bu fəaliyyəti 4 fevral 2019-cu il tarixində aşkarlanmış və Kənd meydanında müvafiq müzakirə ilə 7 fevral 2019 tarixində 6 aylıq bloklanmışdır. İstifadəçi mənə facebook üzərindən səhvini boynuna aldığını və peşman olduğunu yazıb. Həmçinin mübahisə etdiyi Aykhan Zayedzadeh və NMW03 ilə də ortaq məxrəcə gələ bildiklərini bildirib. Blokun bitməsinə isə 2 ay qalıb. Anar Məmmədov və Hüseyn706 hesabı Eldarado tərəfindən, Maqamedd hesabı isə mənim tərəfimdən bloklanıb. Mən blokların açılmasına razıyam. Sadəcə sizin fikirlərinizi bilmək üçün bu müzakirəni açdım. Çünki istifadəçi müzakirəyə əsasən bloklanıb.--Turkmen müzakirə 18:35, 1 iyun 2019 (UTC)
|
Salam hörmətli idarəçi həmkarlar. Məncə, Baskervill-ə bürokrat statusunun verilməsində bəzi həmkarlarımız və özü də tələsib. Vikipediya:Bürokrat statusu haqqında prinsipdə deyilir ki, Azərbaycandilli Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 6 ay müddətində idarəçi vəzifəsini yerinə yetirən və bu müddət ərzində 1000-dən artıq redaktə edən istifadəçiyə (idarəçiyə) verilə bilər. Baskervill isə 30 mayda idarəçi seçilib və ondan 2 gün sonra, yəni 2 iyunda bürokrat namizədi olub. Bəs 6 ay gözləmək, 1000 redaktə lazım deyildi? Deyə bilərsiz ki, buna qədər də o 7 il müddətində idarəçi olub, sonra statusu alınıb. Amma burada əsas söhbət fəaliyyətdə olan idarəçinin 6 ay bu statusu daşıyandan sonra bürokrat namizədi ola bilməsidi. Yoxsa nə vaxtsa filan müddət idarəçi olub prinsipini əsas götürsək, onda məsələn, Vüsal da, Cekli də, lap elə nə vaxtsa 6 aydan çox idarəçi olan 20-yə qədər istifadəçimiz bürokrat namizədi ola bilər. Hər halda mən bunu belə başa düşürəm. Onsuz da son səsvermələr onu göstərir ki, vatsapda qruplaşıb gəlib vikipediyada səsvermələrdə istənilən nəticə əldə etmək olur. Olsun. Bunu mən azvikinin keçici böhranı kimi dəyərləndirirəm, bunlar da düzələcək. Bunda daha betər şeylər görmüşük burada. Amma heç olmasa 6 ay hövsələnizi basıb sonra idarəçini bürokrat seçdirərdiniz də. Bu tələskənlik nəyə lazım idi? Xahiş edirəm fikrinizi bildirin: Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Eldarado, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill. Hörmətlə:--Sortilegus (müzakirə) 00:02, 28 iyun 2019 (UTC)
Qaydalarda deyilir ki, 6 ay müddətində idarəçi olmalıdır ki, bürokrat olsun. Baskervill statusu alınmazdan öncə də xeyli müddət idarəçi olub. Bu qaydanın mahiyyəti odur ki, bürokratın mütləq idarəçi təcrübəsi olmalıdır. Odur ki, Baskervillin seçilməsi ilə bağlı problem görmürəm. Bundan əlavə, Vatsapp qrupu məsələsi mənə maraqlı gəldi ki, o hansı qrupdu belə? Hardasa 5-6 ay bundan qabaq bir qrupa üzv idim, amma AzVikidə siz də daxil olmaqla bəzi istifadəçilər Vatsapp qruplarına üzv olan bütün istifadəçiləri "qruplaşma" kimi qəribə ittiham ilə ittiham etdiyinizdən qrupu bağlamaq qərarı alındı. İndi hansı Vatsapp qrupundan danışırsız, kimsə zəhmət olmasa, məni ora əlavə etsin. İstifadəçilərin fikirləri üst-üstə düşür, amma AzVikidə qruplaşma zad yoxdu. Baskervill bu boyda səs çoxluğu qazanıbsa, bu mütləq qruplaşmanın nəticəsidir? Onda bu məntiqlə bundan sonra AzVikidə heç bir səsvermə keçirməməliyik, çünki onun arxasında mütləq bir qruplaşma olacaq?--127-ci yapon imperatoru 04:34, 28 iyun 2019 (UTC)
Qaydalarda son 6 ay yazılsaydı qayda pozuntusu olardı, ancaq yazılmadığından nəsə qayda pozuntusu görmürəm.--Nicat49 ⋠müzakirə⋡ 22:44, 28 iyun 2019 (UTC)
Dəyərli idarəçilər, azviki idarəçilərində idarət olacaq mailing list təsdiqləndi. Lütfən hər biriniz qeyd etdiyim səhifəyə daxil olaraq Abunə olun (Subscribe). Hər hansısa sualınız yaranarsa mənə ünvanlaya bilərsiniz. Mailing list ünvanı - https://lists.wikimedia.org/mailman/listinfo/wikimedia-az Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill, NMW03.Hörmətlə --eldarado ✉ 19:01, 10 avqust 2019 (UTC)
Salam hörmətli idarəçilər, idarəçi NMW03-ün idarəçilik üçün təcrübəsinin az olduğu fikrimcə acıq aydın görünür. Dəfərlərlə "Azərbaycan Vikimediyaçıları istifadəçi qrupu"nun rəsmi mail ünvanına idarəçidən şikayət gəlib. Təklif edirəm ki, hüquqlar ondan alınsın və 2-3 ildən sonra yenidən idarəçilik üçün müraciət etsin. Bunun səbəbləri isə aşağıda qeyd elədiklərimdi.
Bütün idarəçilərdən (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill,) mövzuya münasibət bildirmələrini rica edirəm. Müddət: 16-31 oktyabr 2019-cı il Hörmətlə --eldarado ✉ 21:49, 16 oktyabr 2019 (UTC)
Hörmətli azviki idarəçiləri, qeyri-fəal idarəçi Anar kerimxanov (müzakirə • töhfələr • statistikalar)-un idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil olunmasını təklif edirəm.
Müzakirə müddəti: 26 oktyabr - 10 noyabr, 2019-cu il
Vikipediyanın azərbaycanca dil bölməsinin İdarəçilərin fəaliyyəti qaydalarının, İdarəçilərin əsas vəzifələri bəndindən çıxarış: İdarəçi 6 ay ərzində ən azı 500 redaktə etməlidir. lərdən 25-i məqalələrin adlarının dəqiqləşdirilməsinə, şablon və kateqoriyaların yaradılmasına, faylların yüklənməsinə aid olmalıdır. 6 ay ərzində idarəçi həm də yalnız idarəçilərin səlahiyyətinə daxil olan, sayı 25-dən az olmayan fəaliyyətlə də məşğul olmalıdır: səhifənin silinməsi və yaxud bərpa edilməsi, mühafizəsi və yaxud mühafizənin kənarlaşdırılması, istifadəçilərin bloklanması və yaxud blokun götürülməsi, MediaViki səhifələrində redaktələr və s.
Tələblər yerinə yetirilmirsə, bu hüquq idarəçidən alınmalıdır. Əgər gələcəkdə yenidən fəaliyyətini bərpa etsə o zaman yenidən idarəçiliyə namizəd ola bilər və bunu əngəlləyən heç bir qayda yoxdur. Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, NMW03, Sortilegus, Azerifactory, Qolcomaq, Turkmen, Toghrul Rahimli, Baskervill Hər birinizdən öz mövqeyinizi bildirməyi rica edirəm. Hörmətlə --eldarado ✉ 19:29, 26 oktyabr 2019 (UTC)
Bir vaxtlar azvikidə səsvermə ilə seçilmiş şəkil müəyyənləşdirirdik. Nə vaxtdır ki, bunu artıq avtomatik commonsdan edirik. Amma köhnə şərtlər, köhnə prinsip və qanunlar qalıb hələ də. "Vikipediya:Seçilmiş şəkil namizədləri" və s. belə səhifələri indiki şərtlərə uyğunlaşdırmaq, əslində heç bir şərtin olmadığını, bu işin commonsdan avtomatik edildiyini qeyd etmək, seçilmiş şəkillərlə bağlı bəzi səhifələri redaktə etmək, bəzilərini isə ümumiyyətlə silmək istəyirəm. Əgər etiraz edən yoxdursa, bu işə başlamaq istərdim. --Sortilegus (müzakirə) 19:44, 28 oktyabr 2019 (UTC)
Salam hörmətli idarəçilər. Belə ki, idarəçi və bürokrat səlahiyyətlərinə malik olan Baskervill-in bu statuslara uyğun olmayan hərəkətlərə yol verdiyini düşünürəm. İstifadəçi ikinci dəfə Vikicəmiyyətin etimadına layiq görüldükdən sonra fəaliyyətini tamam başqa istiqamətlərdə qurub. Bu haqda aşağıda geniş şəkildə qeyd edəcəm. Belə ki, sosial şəbəkələr üzərindən Vikipediya istifadəçiləri bir-biri ilə əlaqə qura məsləhətləşmələr apara bilərlər. Ancaq məhz Vikipediya ilə bağlı müzakirələrin sosial şəbəkələrdə paylaşılması və Vikipediyanın əvəzinə "Facebook"-da aparılması düzgün deyil. Bu həmçinin Vikimedia Fondu tərəfindən ciddi şəkildə diqqətdə saxlanılan istifadəçilərin gizlilik haqlarının kəskin pozulması deməkdir. Əlavə olaraq belə bir misal qeyd edim ki, IRC və Discord kimi söhbət proqramları da Vikipediyadan kənar platformalardır, lakin məhz Vikipediya haqqında müzakirələr getdiyi üçün adıçəkilən kanallar Vikipediya qaydaları ilə işləyirlər. Yəni Vikipediya haqqında olan müzakirələr vikipediyaçılar tərəfindən istənilən platformada aparılsa belə ,Vikipediya haqqında olduğu üçün və vikipediyaçılar arasında olduğu üçün vikinəzakət və vikietika mütləq şəkildə qorunmalıdır. Zəhmət olmasa aşağıdakı keçidlərə diqqət edərdiz.
Yuxarda qeyd etdiyim səbəblərdə çox sayda Vikipediya qaydaları pozulmuşdur. Qeyd etdiyim səbəbləri əsas gətirərək idarəçinin etimad səsverməsinin keçirilməsini təklif edirəm. Qeyd edim ki, bürokrat statusu ilə adi halda idarəçi kimi heçbir texniki əməliyyat yerinə yetirilə bilmir. Məntiqi olaraq hər bir statusun öz özəlliyi var. Bürokrat statusu layihələrdə əsasən idarəçilərə verilir. Bu halda idarəçi hüququ geri alınacaqsa bürokrat hüququ da eyni anda geri alınmalıdır. Bütün idarəçilərdən (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Eldarado, Toghrul Rahimli, Baskervill) mövzuya münasibət bildirmələrini rica edirəm. Sizlərə dərin hörmətlə, Turkmen müzakirə 11:24, 10 noyabr 2019 (UTC)
Haqqımda başladılmış sözügedən səsvermə mənə qarşı olan kampaniyanın mövcud olduğunu bir daha göstərir. Cənab idarəçi Araz Yaquboglu atası haqqında yazılmış və ensiklopedik olmayan məqaləni silinməyə namizəd səhifəsinə təqdim etdiyim üçün yuxarıda göstərilən lehinə səsi mənə ünvanlamışdır. Həmin məqalə mənim yox, icmanın qərarı əsasında silinmişdir. Araz bəy tərəfindən bir zamanlar yaradılmış və şəxsin şəxsi tanışları olan bir necə aşıq, yazıçı və şair haqqındaki məqalələrin icma tərəfindən silinməsi də qeyd olunmalıdır. Bütün bunlar şəxsdə elə bir fikir yaratmışdır ki, mən onun bostanına daş atmağa çalışıram. Mənim tək məqsədim isə Azvikini zərəli məqalələrdən qorumaq və ensiklopedik aliliyi təmin etməkdən ibarət olmuşdur. Eminn bəy qeyd edir ki, mən keçmiş idarəçi Cekli829-u təxribata çəkmişəm. Ceklinin fəaliyyətindən icmanın 90% narazı idi və bir gündə üç aktiv istifadəçini bloklayandan sonra vəziyyət çıxılmaz həddə qədər gəlib çıxmışdı. Eminn bəy, əgər ki, Cekli yenidən idarəçi seçilmək istəyirsə, buyurub öz namizədliyini təqdim edə bilər. O, gözəl bilirdi ki, idarəçilik statusu əlindən alınsa bir daha idarəçi ola bilməyəcək, çünki şəxsin barəsində 3 dəfə etimad səsverməsi keçirilimiş və istifadəçiləri haqqsız blokladığı üçün idarəçilərə onlarla şikayət olunmuşdu. Bürokrat səsverməsində mənə qarşı olan səslərin azalması isə çox təbii bir haldır cənab Eminn. Azviki tarixində heç kim yaxın tarixlər ərzində 50+ səsi iki dəfə toplaya bilməyib, Azvikinin aktiv istifadəçi və idarəçi sayı bu səsi toplamağa imkan vermir. 55 səsi bu günə qədər bir tək mənim almağım və həmin səsvermədə ünvanıma yazılmış fikirlər belə bir daha mənim bu icma üçün gördüyüm işlərdən xəbər verir.
Mənə qarşı fakt kimi göstərilmiş bu keçiddə, Vikipediya:Nəzakət qaydaları Eminn bəy tərəfindən də pozulmuşdur, ancaq ittiham tək tərəfli formada elan olunaraq bir tək mən günahkar görülməkdəyəm. Cənab idarəçi Eminn, qeyd edirsiz ki, Ana səhifənin yenilənməsi, labın arxivləşdirilməsi, xəbərlər bölməsinin güncəllənməsi, İP-lər tərəfindən edilmiş vandal redaktələrin qarşısının alınması üçün yalnız idarəçi statusu da kifayət edir - razıyam, bəs mənimlə bağlı başladılan səsvermədə mənim idarəçilik statusumun əlimdən alınmasından söhbət gedir axı. Yəni ki, idarəçilik statusu əlimdən alınandan sonra hansı formada sözügedən dəyişiklikləri edəcəm ? Mən bir daha icmanın, istifadəçilərin, idarəçilərin nəzərinə və diqqətinə çatdırmaq istəyirəm ki, texniki proseslərin icra edilməsi üçün idarəçilik statusunun məndə olunması çox mühümdür. Kiçik bir fakt. Cənab istifadəçi, Sefer azeri mənə facebook üzərindən yazı atıb ki, zəhmət olmasa bu yazını Xəbərlər bölməsinə əlavə et. İdarəçilik statusum olmayandan sonra bu kimi texniki işləri necə yerinə yetirə biləcəm ? Yuxardakı yazıısında Toghrul Rahimli bir zamanlar aramızda olan anlaşılmazlıqların aradan qalxdığını yazsa da, Turkmen təkidlə məsələnin başqa olduğuna işarə vurmağa çalışır.
Bir var ki, idarəçi kütləvi formada icmanın narazılığına səbəb olur, qayda pozuntuları edir, hamıya qarşı gəlir və icmanın ümumi işini pozur və beləlikə də, səsvermə və müzakirələr əsasında əlindəki hüquqlar alınır. Birdə var ki, konkret olaraq bir qrup şəxsin iradəsi əsasında, sırf onlara xoş getməyən hərəkətlərə yol verib deyə, idarəçilik statusunun əlindən alınması üçün kampaniya başladılır. Bax, mənim vəziyyətim daha çox ikinci hala uyğun gəlir. Mən hər zaman vikipediya prinsiplərini üstün tutmuşam. Vahid Məmmədovun Turkmenlə dost olduğunu və hətta Gəncə şəhərində onunla bir müddət eyni mənzildə yaşadığını yəqin ki, çoxları bilir. Bu gizli bir fakt deyil və idarəçinin özü tərəfindən görüşlərdə dəfələrlə vurğulanıb. Vahid Məmmədov yaratmış olduğu qeyri-ensiklopedik məqaləyə görə vikipediyadan gedibsə, mən nə edə bilərəm ? Turkmen bəy, bütün şəxsi əlaqələrini işə salıb və ətrməni facebookda bloklayaraq, haqqımda yuxardakı kampaniyanı aparmaqdadır. Turkmen bəy, əgər özünüzü bu işin peşakarı hesab edirsinizsə, lütfən məni blokdan çıxardın və imkan yaradın ki, sizinlə mövzu və problemlərlə bağlı müzakirə apara bilim.
Çox sırf qrafikə sahib olmağıma baxmayaraq Azviki üçün redaktələr etməyə, yeni məqalələr yazmağa və idarəçinin üzərinə düşən öhdəlikləri icra etməyə çalışıram və ömrümün sonuna qədər də çalışacağam. Açıq danışacağam. Turkmen hesab edir ki, onunla bağlı aparılmış bürorkat səsverməsində əlehinə səsləri mən manipulasiya etmişəm və bunun nəticəsində də, idarəçi bürorkat seçilməyib. Di gəl ki, orada qarşı səsi vermiş 11 nəfərdən 9-u öz fikirlərini əsaslandırıblar. Vikipediya:Nəzakət qaydaları icma tərəfindən qəbul olunmuş digər rəsmi prinsip və qaydalar kimi mənim üçün çox önəmlidir və heç bir zaman planlı və məqsədli şəkildə kiminsə xətrinə dəymək, qəlbini qırmaq, quyruğunu tapdalamaq kimi bir niyyətim və məqsədim olmayıb. Zaman-zaman gərgin ruh halımın mənə vermiş olduğu, negativ enerji ilə kiminsə xətrinə dəymiş ola bilərəm və əgər belə bir hal baş veribsə həmin şəxslərin bu halı üzürlü saymalarını rica edirəm. Vikipediyaya girmişəm ki, texniki işlərimi görüm, birdə görürəm ki, Turkmen məni idarəçilikdən kənarlaşdırmaqdan üçün əlləşib vuruşur. Cənab Turkmen sizə sadə iki sualım var. Mən idarəçilik və bürokrat statuslarım əlimdən alınandan sonra bürokrat namizədi olacağsınızmı ? Digər sualım isə mənim burada etmiş olduğum texniki işləri kim edəcək ? --Baskervill (müzakirə) 21:37, 10 noyabr 2019 (UTC)
Bitərəf:__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 07:04, 11 noyabr 2019 (UTC)