![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Kukla hesab istifadə etməsi viki icmada etiraza səbəb olduğu üçün yenidən müzakirəyə çıxarıldı. İdarəçilərdən məsələyə münasibət bildirmələri rica olunur. Hörmətlə --eldarado ✉ 07:44, 23 dekabr 2019 (UTC)
Şərh: Səsverməyə nə ehtiyac var ki? Bu boyda həngamədən sonra nə səsvermə? Burada idarəçilərin ümumi razılığını əldə edib stüardlara müraciət etmək lazımdır ki, statusları geri alınsın. Kukla hesabı həmişəlik, əsas hesabı isə ən az 6 ay bloklanmalıdır. Səsvermədə gəlib səsverən istifadəçilər nəyə səs verəcəklər ki? Lehinə səs verən səs verəcək ki, "Baskervill əcəb edib kukla hesabı işlədib, icazə veririk bundan sonra daha 10 kukla hesabı işlətsin?" Burada açılan müzakirənin başlığı dəyişdirilib belə olmalıdır: "Baskervillin statuslarının alınması üçün stüardlara müraciət olunsunmu?". Hörmətlə:--Sortilegus (müzakirə) 18:25, 23 dekabr 2019 (UTC)
Solavirum (müzakirə • töhfələr • statistikalar)
Azviki üçün dəyərli istifadəçilərdən biridir. Lakin təəssüf ki, çox zaman müzakirə zamanı emosiyalarını cilovlaya bilmir. 1 ay blok kifayətdir.--Nicat49 ⋠müzakirə⋡ 13:59, 14 mart 2020 (UTC)
Bir daha salamlar hörmətli idarəçilər (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Eldarado). Bildiyiniz kimi məndə yuxarda istifadəçinin blokunu dəstəkləmişəm. Amma bunu da qəbul etmək lazımdır ki, artıq karantin vaxtıdır və Vikipediya istifadəçiləri necə deyərlər burada aktivləşməyə başlayıblar. Mənim şəxsi fikrimcə bu aylarda istifadəçinin blokunu yarımçıq açmaq olar. İstifadəçi 14 gündür ki, blokdadır. Nə düşünürsüz?— Turkmen müzakirə 21:11, 30 mart 2020 (UTC)
Əziz idarəçilər ((Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Turkmen), Eldarado), bildiyiniz kimi Az.vikidə qaralama məqalələr küllü miqdardadır. Fikrimcə, son 4 ildə heç bir redaktə olunmamış məqalələr silinməlidir. Söhbət hər qaralama məqaləsindən yox, çünki onlar arasında əhəmiyyətli mövzulu olanlar da var amma heç bir istinadsız, bir-iki cümləlik məqalələrdən gedir.--Azerifactory (müzakirə) 03:50, 16 mart 2020 (UTC)
Heç bir mətni olmayan və qaralama-az şablonu olan məqalələrin silinməsinin lehinəyəm, ancaq qaralama halında olsa da, ensiklopedik olan məqalələrin silinməsini düzgün hesab etmirəm. Əgər hər elə məqaləni siləcəyiksə, qaralama şablonu nəyə gərəkdir ? Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 15:23, 16 mart 2020 (UTC)
Müddət: 04 may-19 may
Salam hörmətli idarəçilər, çoxsaylı şikayətləri nəzərə alaraq vikiqaydalara uyğun olaraq, eyni zamanda azvikidə ədalətin və şəffaflığın təmin olunması məqsədi ilə hörmətli idarəçi Azerifactorynin idarəçi hüquqlarının alınması üçün ilkin müzakirə başladıram. İdarəçi üçün olunan şikayətlər həm vikipediya üzərindən həm də "Azərbaycan Vikimediyaçıları" istifadəçi qrupunun rəsmi mail ünvanına daxil olub. Mail ünvanına 7 şikayət məktubu gəlib ki, bunlarda əksəriyyəti ip-lərin bloklanmağıynan bağlıdı, dəfələrlə ip-lərin uzun müddətli bloklanmamasıyla bağlı bildirişlər etsək də yenə də iplər uzun müddətli bloklanır və həmin ip bir müddət sonra başqa bir istifadəçiyə təyin olunduğu üçün avtomatik olaraq həmin istifadəçi də bloklanır. Bununla yanaşı idarəçinin istifadəçilərlə kobud rəftarı və bir neçə qaydanı pozması və bəzi qaydalardan xəbərdar olmamasını qeyd etmək olar. İstənilən halda idarəçinin idarəçi kimi fəaliyyətinin müzakirə olunmasını və yaxşı olar ki, viki cəmiyyət qarşısında müzakirə çıxarılması təmin olunsun. İdarəçilərin ədalətli qərar verəcəyinə inanıram.(Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Turkmen) Hörmətlə — eldarado ✉ 08:24, 4 may 2020 (UTC)
Şərh: Mənə qəribə gəlir ki, anonim IP-lərə məndən çox etimad var. Bundan əlavə, məqalələrdə edilən əksər töhfələr vandalizmdir. Nə qədər eyni silinən məqalə yaradılır? Hər dəfə də eyni hadisə təkrarlanır. Çox təəsüf ki, vikidə qeyri-ədalətli yanaşmalar baş verir.— Azerifactory (müzakirə) 02:50, 5 may 2020 (UTC)
Salam, hörmətli idarəçilər. Son illərdə vikipediyada idarəçi sayında artım olmayıb. Lakin məzmun cəhətdən artım çoxdur. Həmçinin status almaq üçün məqalələr, silinməyə namizəd səhifələr artıb. Yəni bir sözlə idarəçilərin yükü son 8 ildə artsa da, idarəçi sayında artım olmayıb. Amma aşağıda kiçik bir statistika hazırlamışam. Bu cədvəl bir idarəçiyə düşən məqalə sayını göstərir. Vikipediyanın böyüməsini göstərən ən yaxşı göstərici, məncə, məqalə sayıdır. Deməli, 2013-cü ildən başlayaraq bir idarəçinin nəzarət etməli olduğu məqalə sayı dayanmadan artır. 2013-cü ildə bu rəqəm 4.626 idi, bu günə olan rəqəm isə 11.538-dir. İki dəfədən artıq fərq var. Həmçinin son illərdə minlərlə ensiklopedik olmayan məqalələr yaradılıb. Yəni nəzarət olunmalı məzmun artır amma idarəçilərin sayı artmır.
Tarix | İdarəçi sayı | Məqalə sayı | Nisbət |
---|---|---|---|
Sentyabr 2010 | 7 | 31.052 | 4.436 |
Sentyabr 2011 | 9 | 63.608 | 7.067 |
Sentyabr 2012 | 14 | 72.136 | 5.155 |
Sentyabr 2013 | 17 | 78.706 | 4.626 |
Sentyabr 2014 | 16 | 87.387 | 5.461 |
Sentyabr 2015 | 13 | 96.249 | 7.403 |
Sentyabr 2016 | 13 | 105.994 | 8.153 |
Sentyabr 2017 | 15 | 124.451 | 8.296 |
Sentyabr 2018 | 15 | 127.349 | 8.489 |
Sentyabr 2019 | 15 | 149.789 | 9.985 |
Sentyabr 2020 | 15 | 173.076 | 11.538 |
Və bu da qeydiyyatdan keçmə ilinə görə idarəçilərin statistikası. 2010-2011-ci illərdə vikipediyaya qoşulmuş istifadəçilər arasından 5 idarəçi var, amma son beş ilə düşən bu rəqəm cəmi 3-dür. Amma 2010-11-ci illərdə ay ərzində 5 və daha artıq redaktə edən istifadəçi sayı 60-100 nəfər arasında dəyişirdisə, hal-hazırda bu rəqəm təxminən 200 ətrafındadır.
İl | Say | İl | Say |
---|---|---|---|
2007 | 2 | 2014 | 2 |
2008 | 1 | 2015 | 2 |
2009 | 0 | 2016 | 0 |
2010 | 2 | 2017 | 2 |
2011 | 3 | 2018 | 1 |
2012 | 0 | 2019 | 0 |
2013 | 0 | 2020 | 0 |
Burdan mənim çıxardığım nəticə odur ki, biz idarəçilər olaraq yeni təcrübəsiz, lakin həvəsli istifadəçilərə şans vermirik. Sanki onların 5-10 il təcrübəsi olan istifadəçilər kimi fəaliyyət göstərməyini gözləyirik. 15 idarəçidən heç biri idarəçi seçiləndə Vikipediyada indiki qədər səriştəli olmayıb. Zaman keçdikcə, səhvlər edə-edə hamımız təcrübəmizi artırmışıq. Təcrübəsi çox olan idarəçilər yeniliklərə çox da açıq olmur. Ona görə də təklif edirəm ki, hal-hazırda vikipediyaya daha çox vaxt ayıran bir neçə istifadəçinin idarəçi namizədliyini gözdən keçirək. Xüsusilə, Rolbakerlər arasından bu namizədləri müəyyənləşdirə bilərik. Əslində necə olubsa, burda da bir problemli vəziyyət yaranıb ki, fəal istifadəçilər özləri çox nadir hallarda status almaq üçün təşəbbüs göstərir.
P.S. Qaydalarda belə bir şey nəzərdə tutmamışıq. Lakin bir neçə idarəçini 6 aylıq idarəçi namizədi seçib özünü necə doğruldacağına baxa bilərik. Həmçinin digər təklifləri də qeyd etməyiniz çox yaxşı olar.— Eminn ismarıc 16:25, 18 sentyabr 2020 (UTC)
Azerifactory, Qolcomaq, Turkmen, Drabdullayev17, fikriniz üçün təşəkkür edirəm. Gündəm dəyişib indi, bir müddət sonra qayıdacam bu məsələyə yenə.— Eminn ismarıc 15:15, 8 oktyabr 2020 (UTC)
Salam. Bundan əvvəlki müraciətimdə də qeyd etdiyim kimi Vikipediyada son illər redaktə edənlərin sayı artıb. Buna düz mütənasib olaraq zərərli redaktələrin də sayı artıb. Minlərlə redaktə arasından onları tapmaq çətin olur və bəzən gözdən itir, aylarla məqalələrdə qalır. Patrul sistemi yaxşı olsa da, əksər redaktələr patrullanmamış qalır. Ona görə redaktələrində problem olmayan, 9 təcrübəli istifadəçiyə (2-i 3 aylıq olmaqla) avtopatrul statusu verdim. Məncə, bu, idarəçilərin və patrulların yükünü bir qədər azaldacaq. Yenə təftiş edirəm, təcrübəli istifadəçiləri axtarıram. sində problem olmayan istifadəçilərə bu hüququ vermək lazımdır ki, son dəyişikliklərdə patrullanmamış redaktələr əsasən IP və təcrübəsiz istifadəçilərin redaktələrini göstərsin.— Eminn ismarıc 20:10, 4 noyabr 2020 (UTC)