Vikipediyanın məqsədlərindən biri azad məzmuna malik ensiklopediya olmaqdır. Azad məzmun dedikdə yenidən yayımlanması, dəyişdirilməsi və digər istifadələr üçün müəllif hüququ məhdudiyyəti olmayan məzmun başa düşülür. Bu kriteriyaya uyğun gəlməyən məzmun azad olmayan məzmundur. Azad olmayan məzmunə müəllif hüquqları tam qorunan məzmun aiddir.
Vikimedia Fondunun lisenziyalaşdırma siyasətinə əsasən Vikimedia layihələrində olan bütün məzmunun azad olması gözlənilir. Lakin istisnalar mövcuddur. Vikianbar istisna olmaqla, yerli layihələrdə azad olmayan məzmundan istifadə barədə doktrina ola bilər. Bu doktrina "ədalətli istifadə" adlandırılır. Azad olmayan məzmundan istifadə minimal olmalıdır və ancaq ehtiyac olduqda (məsələn, qorunan əsəri nümayiş etdirməkdə) yüklənməlidir. Əgər eyni məqsədi yerinə yetirən azad məzmun mövcuddursa, azad olmayan məzmundan istifadə olunmamalıdır. Azad məzmun yaranan kimi azad olmayan məzmun əvəz olunub silinməlidir.
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Vikipediyada istifadə edilən hər hansı azad olmayan lisenziyalı media aşağıdakı meyarların hamısına cavab verməlidir:
Əgər azad olmayan məzmunun azad olmayan ekvivalenti mövcuddursa və ya yaradıla bilərsə, onda azad olmayan məzmundan istifadə oluna bilməz. Test üçün özünüzə bu sualları verin:
Əgər bu sualların cavabı "bəli"dirsə, ondan azad olmayan məzmun istifadə olunmamalıdır.
"Azad ekvivalenntinin olmaması" kriteriyasını nəzərə alarkən "daha azad" versiyaları da seçmək lazımdır. Məsələn, bir fotoqraf tərəfindən çəkilmiş və müəllif hüquqları ilə qorunan üçölçülü əsərin şəkli həm fotoqrafın, həm də həmin əsərin müəllifinin müəllif hüquqları ilə qorunur. Bu zaman fotoqraf tərəfindən azad lisenziya ilə yayımlanmış fayldan istifadə etmək, həm fotoqraf, həm də əsər müəllifi tərəfindən azad lisenziya ilə buraxılmayan fayldan istifadə etməkdən daha doğrudur.
Azad olmayan loqoların vektor versiyalarını yükləyərkən müəllif tərəfindən hazırlanmış vektor fayllardan istifadə etmək başqaları tərəfindən icazəsiz hazırlanan vektor fayllardan istifadə etməkdən daha düzgündür. Əgər azad olmayan loqonun vektor versiyasını siz hazırladınızsa, orijinal mənbəni göstərməlisiz.
Bəzən elə hallar olur ki, müəllif hüquqları ilə qorunan əsər müəllifin yayımlamasından qabaq sızılır. Bu, əsasən xəbərlər və əyləncə ilə bağlı məzmunda baş verir. Hələ də müəllif tərəfindən rəsmi şəkildə buraxılmayan məzmun Vikipediyada istifadə oluna bilməz.
Əlaqəli əhəmiyyətlilik deyəndə məzmunun əlaqəli mövzu ilə bağlı məqalə üçün nə qədər əhəmiyyətli olduğu başa düşülür. Bu zaman iki şeyi nəzərə almaq lazımdır:
Sözügedən mövzunun nə olduğunu aydınlaşdırmaq üçün mövzunun ümumi aspektinin təsviri kifayət edir. Məsələn, musiqi albomlarını, kitabları, jurnalları idenfikasiya etmək üçün təkcə üzlük, pul vahidlərini idenfikasiya etmək üçünsə təkcə onların qabaq və arxa təsvirləri kifayət edir.
Azad olmayan məzmunun mənbəsinin göstərilməsi barədə qəti qayda yoxdur. Lakin istifadəçilərin bunu etməsi tövsiyə olunur. Çünki məzmun mübahisəlidirsə, mənbənin göstərilməsi bu mübahisəni həll edə bilər. Mənbənin birbaşa olmaması faylın silinməsi üçün əsas təşkil etmir, lakin mənbənin müəyyən edilə bilən olması mütləqdir. Mənbənin müəyyən edilə bilən olması dedikdə axtarış aparıldıqda mənbənin asanlıqla tapılması başa düşülür.
Azad olmayan məzmun mütləq müəllif tərəfindən əvvəlcədən yayımlanmış olmalıdır. Buna görə mənbənin göstərilməsi bu kriteriyanın ödənildiyini müəyyənləşdirməyə kömək edir.
Azad olmayan fayllar mümkün olduğu qədər minimal şəkildə istifadə olunmalıdır. Məsələn, hansısa əsəri idenfikasiya edən azad olmayan fayl ancaq həmin əsər haqqında olan məqalədə istifadə oluna bilər, lakin əsərin müəllifi və nəşrçisi olan məqalədə istifadə oluna bilməz.
Mövzu barədə bir neçə nöqtəyə toxunan bir fayldan istifadə etmək eyni mövzu barədə bir neçə nöqtəyə toxunan bir çox fayldan istifadə etməkdən daha düzgündür. Məsələn, hansısa qrup haqqında ümumi azad olmayan fayl mövcuddursa, qrupun üzvlərinin ayrı-ayrı azad olmayan fayllarından yox, təkcə bu fayldan istifadə etmək lazımdır (hətta hər üzv üçün ayrıca başlıq olsa belə).
Şəklin ölçüsü barədə qəti rəqəm mövcud deyil. Şəkil mövzunu identifikasiya etməyə bəs edəcək şəkildə mümkün qədər kiçik ölçüyə salınmalıdır. Şəkilin daha böyük versiyası istifadə olunmamalıdır.
Şəkilin maksimum ölçüsü 0,1 meqapikseli keçməməlidir. Skrinşotlar üçün ölçü maksimum 320 × 240 və 4:3 nisbətində, üzlüklər üçün isə maksimum 250 × 400 olmalıdır. Şəkili piksellərin sayına uyğun şəkildə miqyaslaşdırmaq üçün bu alətlə yanaşı bu düsturdan istifadə edə bilərsiz:
Yuxarıdakı bütün kriteriyaları qarşılayan, lakin aşağıdakı heç bir kateqoriyaya uyğun gəlməyən məzmunun istifadə oluna və olunmaması məsələsi materialın mövzusundan və necə istifadə olunmasından asılıdır. Bu nümunələr tam dəqiq deyil və istisnaların mövcud olduğu vəziyyətlər ola bilər. Əgər azad olmayan məzmunun istifadəsi ilə bağlı şübhə varsa, kriteriyalar əsaslanaraq mühakimə aparın, əzbər sözlərə qaçmayın. Bu məsələdə təcrübəli olan istifadəçilərdən kömək istəmək arzuolunandır.
Aşağıdakı hallar azad olmayan məzmunun qəbul edilən istifadəsinə dair nümunələrdir. Bu məzmundan istifadə qəbul edilən olsa da, istifadə kriteriyalarına uyğun gəlməli və lisenziya ilə verilməlidir.
Müəllif hüquqları ilə qorunan qısa çıxarışlar hansısa nöqtəni təsvir etmək, məzmuna kömək etmək və ya fikir aid etmək üçün istifadə oluna bilər. Bütün hallarda sitatdan və ya cümlədən sonra istinadın göstərilməsi mütləqdir. Müəllif hüququ ilə qorunan hərfbəhərf mətnlər mütləq dırnaq içərisində və ya digər standart durğu işarələri ilə göstərilməlidir. Sitatda edilən əlavə və ya dəyişikliklər mötərizə içərisində aydın şəkildə göstərilməlidir. Əlavə edilən mətn üçün [], buraxılmış sözlər üçün isə ... qoyulmalıdır. Müəllif hüquqları ilə qorunan mətndən geniş şəkildə istifadə etmək olmaz.
Sadalanan kriteriyalara uyğun gələn şəkillər Vikipediyada istifadə oluna bilər. Azad şəkillə əvəz oluna bilən istənilən azad olmayan şəkil Vikipediya üçün uyğun deyil. Aşağıdakı hallar azad olmayan şəkillərin qəbul edilən istifadəsinə dair ümumi hallardır: