![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
İnterfeys inzibatçıları (ing. Interface administrators) — JS, CSS və JSON tipli səhifələrdə[1] və MediaViki adlar fəzasında redaktə etmək icazəsi olan istifadəçilər. Onlar JS/CSS səhifələrini redaktə etmək imkanına malik olan yeganə istifadəçi qrupudur.[2] Bu səhifələrdəki kodlar viki redaktorların və oxucuların brauzerləri tərəfindən istifadə olunur və bunlar saytın görünüşünə və səhifələrin davranışına təsir edir. Həmçinin redaktəyə kömək etmək üçün mürəkkəb alətlər (məs. qadcetlər) yaratmaq məqsədilə də istifadə edilə bilər.
Azərbaycanca Vikipediyada hazırda 3 (istifadəçilərin siyahısı) interfeys inzibatçısı var. Əgər onların köməyinə ehtiyacınız varsa, Vikipediya:İnterfeys inzibatçılarına müraciət səhifəsinə baş çəkə bilərsiniz.
İnterfeys inzibatçıları etibarlı, JS və CSS haqqında ən azı əsas anlayışlara sahib olan və öz hesablarının təhlükəsizliyini necə təmin edəcəyini yaxşı başa düşən istifadəçilər olmalıdır. Vikimedia Fondu bütün interfeys inzibatçılarından iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmələrini tələb edir.[3]
Bürokratlar aşağıdakı şərtləri nəzərə alaraq hüququ geri ala bilərlər:
Digər interfeys inzibatçısı hesablarında olduğu kimi, bu icazəyə malik bot hesablarında da 2FA aktiv olmalı və güclü paroldan istifadə edilməlidir.
MediaViki adlar fəzasında iki əsas səhifə növü var : Mesaj səhifələri və sayt konfiqurasiya səhifələri. İnterfeys inzibatçıları bu səhifələri silə, və yaxud dəyişdirə bilərlər. İnterfeys inzibatçısı olmayan inzibatçıların isə əksər mesaj səhifələrini redaktə etmək və silmək kimi hüquqları var. İnterfeys inzibatçısı olmayan inzibatçılar və gizlədicilər digər istifadəçilərin istifadəçi alt səhifəsində olan JS və ya CSS səhifələrini və onların versiyalarını silə və həmçinin silinmiş versiyalara baxa bilərlər. Lakin səhifədəki versiyaları bərpa edə bilməzlər. Həm inzibatçılar, həm də interfeys inzibatçıları JSON tipli səhifələri həm MediaViki ad fəzasında, həm də istifadəçi fəzasında redaktə edə bilərlər.
İcazə | İstifadəçi | İnzibatçı | İnterfeys inzibatçısı |
---|---|---|---|
Baxış | Hə | Hə | Hə |
Yaratmaq | Yox | Yox | Hə |
Yox | Yox | Hə | |
Addəyişmə | Yox | Yox | Hə |
Versiyanın silinməsi | Yox | Hə | Hə |
Silmə (MediaViki ad fəzasında) | Yox | Yox | Hə |
Silmə (İstifadəçi ad fəzasında) | Yox | Hə | Hə |
Silinmə tarixçəsinə baxmaq | Yox | Hə | Hə |
Bərpa etmək | Yox | Yox | Hə |
№ | İstifadəçi | İnzibatçıdır? | Başlama tarixi | Fəaliyyət | İcraçı bürokrat |
---|---|---|---|---|---|
1 | Toghrul R (müzakirə • töhfələr • statistikalar) | Hə | 12 fevral 2025[4] | [1] | Turkmen |
2 | Nemoralis (müzakirə • töhfələr • statistikalar) | Hə | 16 iyun 2024[5] | [2] | Turkmen |
3 | Əkrəm (müzakirə • töhfələr • statistikalar) | Yox | 14 aprel 2025 | [3] | Turkmen |
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||
Vikipediya hesabları və idarəetmə | |
---|---|
Anonim istifadəçi | |
Qeydiyyatlı istifadəçilər | |
Hesab təhlükəsizliyi | |
Blok, qadağa, sanksiya, qlobal hərəkətlər | |
Hesablarla əlaqəli | |
İstifadəçi qrupları və qlobal istifadəçi qrupları | |
Üstün istifadəçi qrupları | |
Komitələr və s. | |
İdarəetmə |
Ümumi qruplar |
|
---|---|
İnzibati qruplar |
|
Digər qruplar |
|