![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Bu səhifə Azərbaycanca Vikipediyanın inzibatçıları[a] (yaxud adminlər, və ya sisoplar (ing. sysop[b])) haqqında məlumat ehtiva edir. Nəzərə alın ki, hüququn təfərrüatları və inzibatçıların təyin olunma üsulları digər Vikimedia saytlarından fərqlənə bilər.
İnzibatçıların köməyinə ehtiyacınız varsa, zəhmət olmasa, inzibatçılara müraciət səhifəsinə yazın.
Hal-hazırda Azərbaycanca Vikipediyada 12 inzibatçı var.
İnzibatçılar Vikipediyada aşağıdakı texniki imkanlara malik olan istifadəçilərdir:
Bunlar hamısı birlikdə inzibatçı alətləri kimi bilinir. Daha geniş məlumat üçün bax: Xüsusi:QrupHüquqlarıSiyahısı#inzibatçı
İnzibatçılar Azərbaycanca Vikipediya icması tərəfindən səsvermə yolu ilə seçilərək əlavə texniki işləri öz üzərinə götürmüş və idarəetmə alətləri həvalə edilmiş təcrübəli və etibarlı istifadəçilərdir. Hər inzibatçının müxtəlif maraq və təcrübə sahələri var, lakin tipik admin fəaliyyətlərinə aid olan silmə müraciətlərinə baxılması və müraciətin bağlanması, müəllif hüquqları pozuntularının silinməsi, lazım olduqda faylların və səhifələrin bərpa edilməsi, Vikipediyanı vandalizmdən qorumaq, şablonlar və digər mühafizə edilən səhifələr üzərində işləmək daxildir. Təbii ki, bu tapşırıqların bəzilərini inzibatçı olmayanlar da edə bilər.
İnzibatçılardan layihənin məqsədlərini başa düşmələri və bu məqsədlər üçün başqaları ilə konstruktiv işləməyə hazır olmaları gözlənilir. İnzibatçılar həmçinin Vikipediyanın qaydalarını anlamalı və onlara əməl etməlidirlər. Habelə lazım olduqda icma konsensusuna hörmət etməlidirlər.
İnzibatçı alətlərinin tətbiq edilməsi xaricində inzibatçıların xüsusi bir redaktor hüquqları yoxdur. Müzakirələrdə və səsvermələrdə rolları digər istifadəçilərlə eynidir.
İnzibatçı olmaq istəyən istifadəçi əgər namizədlik şərtlərini ödəyirsə, Vikipediya:İnzibati namizədliklər və səsvermələr səhifəsində müvafiq olaraq namizədliyini irəli sürə bilər.
Ümumi qruplar |
|
---|---|
İnzibati qruplar |
|
Digər qruplar |
|
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||