![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Səsvermə 27 aprel 2023-cü il – 12 may 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 12 may 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
Hamıya salam. Vikipediyada çox da uzun müddət fəaliyyətimin olduğunu deyə bilmərəm. İstifadə etdiyim hesab 2 il əvvəl açılsa da aktiv fəaliyyətə 1 il əvvəl başlamışam. Patrul hüququna yiyələndikdən sonra vandalizmlə mübarizəyə başlamışam. Fəaliyyətimi bu dövrdə əsasən gündəlik dəyişikliklərin yoxlanılması, vandalizmlə mübarizə, yeni istifadəçilərə kömək, məqalə yaratmaq, şablonlar üzərində iş, məqalələrdə məlumatların yenilənməsi, məqalələri genişləndirmək, həmçinin aktiv müzakirələrdə və səsvermələrdə iştirak təşkil edib. Qısamüddətli aktiv fəaliyyətimdə çalışdığım qədər aktivlik göstərmiş və təcrübə qazanmışam. Bundan sonrakı fəaliyyətimdə aktivliyimi bir qədər də artırıb daha geniş həcmli töhfələr vermək istəyirəm. Bu statusa sahib olmağım mənə kömək etməklə bərabər vikiyə daha çox faydamın dəyməsini təmin edəcək və eyni zamanda böyüyən vikidə inzibatçıların yükünü bölüşməmə kömək edəcək. Fəaliyyətimlə bağlı detallı məlumatı buradan əldə edə bilərsiniz. — Wealszy (müzakirə) 10:31, 27 aprel 2023 (UTC)
Lehinə: İdarəçi kimi Azvikiyə faydalı olacağına inanıram və səsvermə müddətində uğurlar arzu edirəm.— Baskervill (müzakirə) 10:58, 27 aprel 2023 (UTC)
Patriotun bloklanma ilə ilgili fikirlərinə əlavə olaraq qeyd edim ki, bəli, blok kölgə salmır, salmamalıdır. Belə qayda da yoxdur, ki, olsa idi əgər, bəzi istifadəçilər inzibatçı seçilə, ola və davam edə bilməzdilər. Yəni bloklanmanı əsas gətirərək əleyhinə veriləcək səsləri əsaslı hesab etmirəm. Hörmətlə, Gadir (müzakirə) 11:00, 28 aprel 2023 (UTC)
Cavab: @Nicat49 dəvətlərdə məqsəd istifadəçiləri səsvermədə iştirak etməyə dəvət etməkdi. Bunu əvvəllər digər inzibatçı namizədləridə edib. Digər məsələyə gəldikdə isə orada alış-veriş olmayıb mən istifadəçini bu səsvermədə iştiraka dəvət etmişəm oda məni digər səsvermədə iştiraka dəvət edib. Həmin istifadəçi bu səsvermədə əleyhinə yaxud bitərəf səs versəydidə mənim yenədə onun dəvət etdiyi səsvermə ilə bağlı fikrim eyni olacaqdı. — Wealszy (müzakirə) 18:02, 29 aprel 2023 (UTC)
Cavab: Baskervill həmin dəvətlərin səbəbini yuxarıda demişəm. Mənim namizədliyimi digər istifadəçilərdən biri yox, özüm vermişəm. Say məsələsinə gəldikdə isə Qeyri-aktiv inzibatçılardan bu statusu alıb aktiv istifadəçilər üçün səsvermə keçirib onlara vermək lazımdır, ki azvikiyə daha çox töhfə verilmiş olsun. — Wealszy (müzakirə) 03:15, 2 may 2023 (UTC)
Cavab: Patriot Kor fikrinizə hörmətlə yanaşıram. Blok sayı çox olan demisiz həmin blokların səbəblərini yuxarıda açıqlamışam. — Wealszy (müzakirə) 03:37, 6 may 2023 (UTC)
Hörmətli Eldarado , Sortilegus , Turkmen , səsverməni yekunlaşdıra bilərsinizmi? — Wealszy (müzakirə) 02:17, 13 may 2023 (UTC)
Yekun nəticə:
@Turkmen qaydalarda əleyhinə səslərin sayı toplam səslərin sayının 3 də birindən çox olduqda inzibatçı seçilmir. Bu səsvermədə isə əleyhinə səslərin sayı toplam səslərin sayının 3 də biridi. — Wealszy (müzakirə) 10:24, 13 may 2023 (UTC)
@White Demon qaydalara əsasən yuvarlaqlaşdırılmalıdır. — Wealszy (müzakirə) 15:01, 13 may 2023 (UTC)
@Sortilegus, @Eldarado zəhmət olmasa sizdə nəzər yetirin. — Wealszy (müzakirə) 19:32, 13 may 2023 (UTC)
Səsvermə 27 aprel 2023-cü il – 12 may 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 12 may 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
Öncəliklə salam. Açıqcası bilmirəm bunu üçün tələsirəm ya yox, ancaq bunu bir neçə aydırki düşünürəm. Fəaliyyətim o qədərdə çox olmasada düşünürəmki bu 2 ildə bacardığım qədər azvikiyə töhfələr vermişəm. 13 yanvar 2021-ci ildən fəaliyyət göstərirəm. 11 may 2021-ci ildə rolbaker hüququ, 15 may 2021-ci ildə isə patrul hüququ (hazırda patrul hüququ alınıb avtopatrul verilib) verilib. Çalışdığım qədər bu hüquqlardan doğru istifadə etmək, azvikidə sui-istifadə, vandallığa və s. qarşı mübarizə aparmışam. İndiki vəziyyətdə idarəçi hüququnun verilməsi mənim azvikidə fərqli cür təcrübə qazandıracağına inanıram. Həmdə bu ərəfələr vikimizə aktiv idarəçi lazım olduğunu görürəm və idarəçi namizədliyimi irəli sürürəm. Fəaliyyətimlə bağlı detallı məlumatları buradan əldə edə bilərsiniz. — Bu imzasız yazı Moses (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Toğrul bəyin yükünü azaldacaq, şablonlarla işləyən redaktora ehtiyacımız var. Amma hazırki vəziyyətdə kifayət qədər təcrübəyə malik deyilsiniz. Hazırki formada fəaliyyətinizə davam etsəniz bir sonrakı səsvermədə yaxşı nəticə olacaq. Bikar Orxan (müzakirə) 09:33, 28 aprel 2023 (UTC)
Yekun nəticə:
N Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Moses (müzakirə • töhfələr • statistikalar)-a latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusunun verilməsindən imtina edilmişdir.— Turkmen müzakirə 10:17, 13 may 2023 (UTC)
Səsvermə 28 aprel 2023-cü il – 13 may 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 13 may 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
Hər kəsə salam, uzun zamandır fəaliyyətini izlədiyim bir neçə inzibatçı namizədləri vardı beynimdə. Bunlardan biri də Atakhanli idi. Hal-hazırda fikrimcə ən layiqli inzibatçı namizədi adını qeyd etdiyim istifadəçidir. İstifadəçinin ümumi fəaliyyəti, aktivliyi, qaydalarla maraqlanması və vikidə uzun zaman keçirməsi çox yaxşıdır. Söhbət açılmışkən düşündüm namizədliyini irəli sürüm. Ümid edirəm ki, təklifimi rədd etməyəcək və seçilərsə də etibarımı doğruldacaq. Uğurlar. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:52, 28 aprel 2023 (UTC)
Lehinə: Uğurlar :) — Baskervill (müzakirə) 14:52, 29 aprel 2023 (UTC)
Əleyhinə: İstifadəçinin fəaliyyətini yüksək qiymətləndirsəmdə idarəçi kimi fəaliyyətinin effektiv olacağına inanmıram. — Baskervill (müzakirə) 22:58, 1 may 2023 (UTC)
Eldarado, salam. Dəstəkləyirəm, özünə də bu barədə təklifdə bulunmuşdum. Lakin dəqiq bir cavab ala bilmədiyim üçün istifadəçinin namizədliyini vermədim. Yanlış xatırlamıram, mövcud bir qaydada oxumuşdum ki, digər istifadəçilər sadəcə namizədin razılığı varsa, səsvermə başlada bilər. Bu qaydanın VP:İBSQ olduğunu sanırdım, maraqlıdır, orada indi başqa cür yazılıb ya da oxuduğum başqa bir qayda idi. İki qayda bir-birinə ziddiyət təşkil edir, qaydalarla bağlı belə ziddiyətli məqamlar çoxdur. Zəhmət olmasa, məlumat verərdiniz. Gadir (müzakirə) 09:10, 28 aprel 2023 (UTC)
Şərh: salam hörmətli həmkarlar. mənə lehinə vermiş və bundan sonra lehinə səs verməyi düşünən istifadəçilərin bu müzakirəyə nəzər salmasını xahiş edirəm. onu da qeyd edim ki, aktiv və faydalı inzibatçı problemi həll ediləcəksə, mən öz namizədliyimi geri çəkməyə hazıram. Atakhanli (müzakirə) 06:45, 2 may 2023 (UTC)
Yekun nəticə:
Y Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Atakhanli (müzakirə • töhfələr • statistikalar)-a latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusu verilmişdir.— Turkmen müzakirə 08:28, 14 may 2023 (UTC)
Səsvermə 30 aprel 2023-cü il – 15 may 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 15 may 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Bikar olaraq dəyişdirmişdir. |
Salam. Vikipediyada davam edən inzibatçı passivliyini hamımız bilirik, görürük. Bir müddətdir istifadəçinin fəaliyyətini izləyirəm. Aktiv fəaliyyət göstərmə müddəti təxmini 10 ay olsa da (daha öncə başqa hesablarla fəaliyyət göstəribmi, bilmirəm), düşünürəm ki, istifadəçi bu vaxt ərzində kifayət qədər təcrübə toplayıb və Vikipediyanın əsas iş prinsiplərindən xəbərdardır, patrul kimi fəaliyyət göstərir. İstifadəçi Vikipediyada çox vaxt keçirən istifadəçilərdəndir. Passivlik səbəbilə bilirsiniz ki, işlər ləngiyir. Düşünürəm ki, müəyyən bölmələrdə, məsələn, səhifələrin mühafizəsi, vandalların bloklanması, uyğunsuz məzmunun gizlədilməsi, spam, əhəmiyyəti təsdiqlənməyən səhifələrin silinməsi kimi məsələrdə daha operativ fəaliyyət göstərə və nəzarət edə bilər. İstifadəçi fəaliyyəti ilə bu bacarığını təsdiq edir. Bu baxımdan potensialı var. Hazırda davam edən digər 3 inzibatçı seçkisi də var. 2 istifadəçin lehinə səs vermişəm, əgər onlar seçilərlərsə, Vikipediya üçün böyük bir qazanım olacağı qənaətindəyəm. Həmçinin potensial olan, Vikipediyada daha çox stajı olan, vikiyə vaxt ayıran, namizəd göstərmək istədiyim digər 2 istifadəçi də var idi. Bunlar Xeyal ve Sura Shukurlu idi. Lakin biri bir müddət öncə özü könüllü şəkildə inzibatçılıqdan imtina edib deyə razı olmayacağını düşündüm, daha öncə də KM-da bu barədə müzakirədə söz açıldı, teq edildi, lakin istifadəçidən geri dönüş gəlmədi. Digər istifadəçi isə, 3 dəfə namizəd olub və hazırkı qaydalara əsasən namizədlik limitini doldurduğu üçün təkrar namizəd ola bilmir. Həmkarları bu istifadəçinin də lehinə səs verməyə çağırıram. Ümid edirəm ki, istifadəçi bu vəzifəni yerinə yetirməyə özünü tam hazır hiss edir və təklifimi geri çevirməyəcək. Uğurlar. Hörmətlə, Gadir (müzakirə) 23:47, 29 aprel 2023 (UTC)
Şərh: Gadir istifadəçi hazırda azvikidə aktiv istifadəçilərdəndi, lakin Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydaları qaydasına əsasən istifadəçi inzibatçılığa namizəd ola bilməz. — Wealszy (müzakirə) 02:28, 30 aprel 2023 (UTC)
Yekunlaşdırma: Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən istifadəçinin inzibatçı namizədi olması üçün ən az 1 illik stajı olmalıdır. Ona görə də səsvermə dayandırılır.— WhiteDem✪n 07:51, 30 aprel 2023 (UTC)
Səsvermə 8 iyun 2023-cü il – 23 iyun 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 23 iyun 2023-ci il saat 23:59-də səsvermə dayandırılır)
Salam, hörmətli viki-icma. Vikimedia layihələrində artıq 3 ilə yaxındır ki, aktiv fəaliyyət göstərirəm və töhfələrimi verirəm. Bu, mənim ikinci namizədliyimdir. İlkini 1 il əvvəl vermişdim, amma təəssüf ki, uğursuz olmuşdu. Həmin intervalda daha da çox təcrübə toplamışam və bu dövrdə müəyyən iradları da nəzər alıb fəaliyyətimdə müsbət dəyişiklər etmişəm. İnzibatçılıq üçün niyə namizədlik verdiyimi aşağıda bənd-bənd açıqlamağıma icazə verin.
Ətraflı fəaliyyətimlə buradan tanış ola bilərsiniz. Əmin ola bilərsiniz ki, bu statusa layiq görüldükdən sonra fəaliyyətim və töhfələrim daha da genişlənəcək və mövcud aktivliyim də davam edəcəkdir. Layihə üçün əlimdən gələni etməyi əsirgəməmişəm və bundan sonra da əsirgəməyəcəm. İnzibatçı kimi maksimum səviyyədə icmanın gözləntilərini qarşılamağı və etimadları doğrultmağa çalışacağam. Səsvermədə iştirak edib fikir bildirən hər kəsə indidən təşəkkür edirəm. Hörmətlə, Gadir (müzakirə) 15:19, 8 iyun 2023 (UTC)
Wealszy, fikirləriniz üçün təşəkkür edirəm. Yadınızdadırsa, birinci səsvermədə lehimə səs verən ilk istifadəçilərdən olmuşdunuz. Ümumiyyətlə, blokları seçkiyə qatmaq nə dərəcədə doğrudur, özünüz də bu fikiri, yəni aidiyəti olmadığını dəstəklədiyiniz halda bunu maneə kimi göstərirsiniz və görürsünüz. Halbuki hazırda inzibatçı olan bəzi istifadəçilərin blok qeydləri mənimkindən qatbaqat daha çoxdur və buna baxmayaraq, onlar bu barədə heç bir problem yaşamadan namizəd olub seçiliblər. Bloklar barədə danışıb müzakirəni başqa yönə çevirməyəcəyəm. Konkret olaraq harada nəzakət qaydalarını pozmuşam, zəhmət olmasa, keçidlərlə göstərin, maraqlı gəldi. Çünki digər istifadəçilər kimi sizinlə də daimi xoş ünsiyyətimiz olub və həmişə anlaşmışıq, köməkləşmişik. Tam normal, Vikipediya standartlarına uyğun müzakirələrə qoşuluram və müzakirə aparıram. Halbuki bir az daha sərt olan istifadəçilər var. Mən həmişə onlarla da mülayim danışmışam və hər daim anlaşmağa çalışmışam, məsələni danışaraq sülh yolu ilə problemsiz həllinə nail olmaqdan yana olmuşam. Ola bilər ki, kiminsə fikiri kiməsə bir az sərt gələ bilər və bunu nəzakətsizlik hesab edə bilər, amma bu o demək deyil ki, o, nəzakət qaydalarını pozur. Sadəcə digər istifadəçi bunu belə düşünə və dəyərləndirə bilər. Bu, onun subyektiv fikridir, qayda pozuntusu, nəzakətsizlik deyil. Buna görə heç kim bloklanmamalıdır, yoxsa buna görə bloklama olsa, hamı bloklanar. Global renamer statusuna gəlincə isə, mən əlbəttə ki, sırf ona görə namizədlik verməmişəm. Əsas digər qeyd etdiyim səbəblərə görə namizədəm və bu seçkinin nəticəsi də müsbət olarsa, həmin statusu asanlıqla əldə edə biləcəyəm. Və yazmısınız ki, "mövqeyimi bildirməkdə buda rol oynadı". Axı analoji hallar olub və bu, normaldır. Burada qəribə ya da qeyri-adi nəsə yoxdur. Həmçinin, mən o hüquqları da AzVikiyə çox vaxt və diqqət ayırdığım və daha artıq töhfə vermək üçün əldə etmək istəyirəm. Bu baxımdan da faydalı olmaq istəyirəm. Əlavə suallarınız və ya iradlarınız varsa, buyurun. Təşəkkürlər diqqətiniz üçün. Hörmətlə, Gadir (müzakirə) 14:40, 9 iyun 2023 (UTC)
İştirak edən hər kəsə minnətdarlığımı bildirirəm. Gadir (müzakirə) 02:48, 20 iyun 2023 (UTC)
Yekun nəticə:
N Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Gadir (müzakirə • töhfələr • statistikalar)-a latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusunun verilməsindən imtina edilmişdir.— Turkmen müzakirə 21:36, 23 iyun 2023 (UTC)
Səsvermə 14 iyun 2023-cü il – 29 iyun 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 29 iyun 2023-ci il saat 23:59-də səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Nemoralis olaraq dəyişdirmişdir. |
Salam, bildiyiniz kimi NMW03 hərbi xidmətdən əvvəl inzibatçı idi. Hərbi xidməti ilə əlaqədar inzibatçı statusundan könüllü imtina etmişdi. Artıq 1 aydan artıqdır ki, hərbi xidmətdən qayıdıb və dəyərli töhfələrini vikipediyaya verməkdə davam edir. Düşünürəm ki, Azvikinin NMW03 kimi inzibatçılara ehtiyacı var. Uğurlar. — Xeyal (müzakirə) 08:38, 14 iyun 2023 (UTC)
İstifadəçi özü yenə inzibatçı seçilmək istəyir? Fikri maraqlıdır.— Şiroi Akuma 12:15, 14 iyun 2023 (UTC)
Yekun nəticə:
Səsvermə 14 iyun 2023-cü il – 29 iyun 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 29 iyun 2023-ci il saat 23:59-də səsvermə dayandırılır)
Salam viki-cəmiyyət. Mən Elşad İman. İnzibatçılıq üçün namizədliyimi təqdim edirəm. Hardasa 9 ilə yaxındır ki, qeydiyyatdan keçmişəm ( 4 oktyabr 2014 ) və hardasa 3 ilə yaxındır ki, patrul kimi aktiv fəaliyyət göstərirəm. Bu müddət ərzində xeyli təcrübə toplamışam. Nəzərinizə çatdırmaq istərdim ki, mən həmçinin vikipediya mentoru kimi fəaliyyətdə göstərirəm, bacardığım qədər layihəyə və yeni istifadəçilərə kömək etməyə çalışmışam. Müzakirələrdə bacardığım qədər aktiv iştirak edirəm. Uzun müddətdən sonra düşündüm ki, daimi olaraq vikipediyada aktiv olub və nəzarət etdiyim üçün inzibatçı olsam layihə üçün daha faydalı işlər görə bilərəm. Bildiyiniz kimi, inzibatçı aktivliyi aşağıdır və mən də aktiv olaraq fəaliyyət göstərən istifadəçilərdənəm. Mənə əlavə olaraq bir neçə hüququn verilməsi və mənə verilən hüquqlardan səmərəli şəkildə yararlanmağımı əyani şəkildə görürsünüz. Beləliklə, vandalizm və spam hallarının qarşısının alınması, IP-lərin bloklanması, səhifələrin mühafizəsi və bərpası, texniki məhdudiyyətsiz addəyişmələr, səhifələrdəki qeyri-etik və şəxsi məlumat tipli redaktələrin gizlədilməsi, qeyri-ensiklopedik məqalələrin anında silinməsi kimi əməliyyatları təcrübəli bir istifadəçi kimi həyata keçirə bilərəm. Bu barədə inzibatçılara müraciət etmək lazım gəlir və həmin müraciətləri inzibatçı kimi operativ cavablandıra bilərəm. Hazırda bu istiqamətdə fəaliyyət çox zəifdir. Səsvermənin nəticəsi nə olarsa olsun, bacardığım qədər aktiv fəaliyyətimə davam edəcəyəm. Fikir bildirəcək olan hər kəsə əvvəlcədən təşəkkürümü bildirirəm. Vikipediyamız üçün xeyirlisi olsun! Dərin Hörmətlə, — E.Imanverified 10:08, 14 iyun 2023 (UTC)
Yekun nəticə:
Səsvermə 19 iyun 2023-cü il – 4 iyul 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 4 iyul 2023-ci il saat 23:59-də səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Qraf olaraq dəyişdirmişdir. |
Salamlar, uzun zamandır ki, fəaliyyətini bəyəndiyim Qraf061 bəyi namizəd göstərmək istərdim. Fikrimcə inzibatçı adına layiqli namizədir. İstifadəçinin ümumi fəaliyyəti, aktivliyi, və Azvikidə vaxt keçirməsi təqdirə layiqdir. Əslində keçən ay namizəd göstərmək fikrində idim. Ancaq hüquq üçün namizəd həddən artıq çox olduğu üçün irəli sürməmişdim. Ümid edirəm ki, bu təklifimdən Qraf061 imtina etməyəcək və seçilərsə göstərilən etimadı layiqincə doğruldacaq. Uğurlar. Hörmətlə:— Khidirzada (müzakirə) 20:42, 18 iyun 2023 (UTC)
Khidirzada, əziz həmkar məni namizəd göstərdiyiniz üçün təşəkkür edirəm. Vikipediyada idarəçi olsam, düşünürəm ki, daha çox töhfə verə bilərəm. Ümidvaram ki, səs vermə uğurlu olar. ⟨Qraf⟩061 (müzakirə) 15:55, 19 iyun 2023 (UTC)
Şərhlərə nəzər yetirdim, içlərindən bir cümlə gözümə çarpdı. White Demonun bu "əvvəlki səsvermələrdə iştirak etmədikləri halda bu səsvermədə iştirak etmələri səsvermənin heç də şəffaf keçirilmədiyinin bir xəbərçisidir." cümləsi mənidə nəzərdə tutur. Düzü, bəli digər istifadəçilərə səs verməmişəm nədənsə. Bu da mənim istəyib-istəməməyimə bağlıdır hər halda. Yəni mən Qraf061-ə səs vermək istəyirəm, digər istifadəçilərə səs verib verməmək öz istəyimə bağlıdır. Yadınızdadırsa mən namizədliyi irəli sürəndə elə istifadəçilər var idi ki, digər istifadəçilərə səs verib fikir bildirmişdilər ancaq mənim səsverməmə fikir bildirməmişdilər. — Moses✉ 17:07, 21 iyun 2023 (UTC)
Yekun nəticə:
N Səsvermənin nəticələri inzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Qraf061 (müzakirə • töhfələr • statistikalar)-ə latın qrafikalı Azərbaycan dilində olan Vikipediyanın inzibatçısı hüququnun verilməsindən imtina edilmişdir. — Toghrul R (m) 11:47, 5 iyul 2023 (UTC)
Səsvermə 8 avqust 2023-cü il – 23 avqust 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 23 avqust 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
salamlar, illərdir ki, vikipediyaya yeni istifadəçilər qazandırmaq, onları təkmilləşdirmək və istifadəçilər arasında sosiallaşmanı gücləndirmək, həmçinin vikipediyanı düzgün təqdim etmək kimi vikipediyanın problemləri olmuşdur. mən deyərdim ki, Aida xanım vikipediya prinsiplərini təbliğinə görə çox ön sıradadır. o, dəfələrlə yerli və beynəlxalq tədbirlərdə vikipediyamızı təmsil etmiş, bir sıra layihələrin həyata keçirilməsində əsas mövqedə olmuşdur. xanımın vikipediya qarşısında xidmətləri həqiqətən təqdirə layiqdir. istifadəçi təcrübəlidir və öz təcrübəsini demək olar ki, hər fürsətdə digər istifadəçilər ilə bölüşür. bu, vikipediyaya yeni istifadəçilər qazandırır. mən Aida xanımı inzibatçılığa layiq görürəm və ona etimad edirəm. Atakhanli (müzakirə) 15:55, 8 avqust 2023 (UTC)
Şərh: şübhələnmək qadağan deyil. Şübhəm olub ifadə etmişəm, irad tutmamışam. Səsverməyə gəlincə yuxarda deyildiyi kimi, həvəsdən düşməyin, fəaliyyətinizi artırın. Bu halda şübhəsiz lehinizə səs verən çox olar. O cümlədən də mən. İlk seçki həmişə ağır olur. İnşallah inzibatçı da olarsınız, hələ arzu edirəm ki, bürokrat, stüart seçkilərində də iştrak edəsiniz. Bir də əlavə edim. Xaiş edirəm əleyhinə səs verənlərin fikrinə hər dəfə münasibət bildirib, onların üzərinə əlavə təzyiq yaratmayın. Əleyhinə səs verməyimin əsas səbəblərindən biri də bu olub. Xüsusəndə əlavə şəxsi qoşmaqla. Bu xoş hal deyil. Şəxs açıq aşkar burda sizin lobiçiliklə məşğul olur. Demək olar ki, hər kəsə cavab verir. Yənə təkrar edirəm, belə seçki olmur. Uğurlar, bununla da məsələyə nöqtə qoyuram. Hörmətlə - — Tarixi Nadir (müzakirə) 05:50, 23 avqust 2023 (UTC)
Yekun nəticə:
N Səsvermənin nəticələri inzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq A.Aida88 (müzakirə • töhfələr • statistikalar)-ə latın qrafikalı Azərbaycan dilində olan Vikipediyanın inzibatçısı hüququnun verilməsindən imtina edilmişdir. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:01, 23 avqust 2023 (UTC)
Səsvermə 9 avqust 2023-cü il – 24 avqust 2023-cü il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 24 avqust 2023-cü il saat 23:59-də səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Nemoralis olaraq dəyişdirmişdir. |
Salam! Əslində burada səsvermə keçirildiyini bilmirdim, xoş təsadüf oldu. NMW03 Azərbaycanca Vikipediyanın təcrübəli istifadəçilərindəndir, həmçinin inzibatçı kimi də uzun müddət töhfələri olub və əməli təcrübəyə malikdir. Sadəcə hərbi xidmətə getdiyi üçün imtina etmişdi. Düşünürəm ki, onun seçilməsi Azərbaycanca Vikipediya və əsas da inzibatçıların yükünün azaldılması cəhətindən müsbət olacaq. İstifadəçi redaktor kimi də hazırda aktivdir. Niyə də yox?— Turkmen müzakirə 20:12, 9 avqust 2023 (UTC)
Baskervill, təşəkkürlər. Əvvəlki səsvermədə inzibatçılıq üçün həvəsim yox idi və digər işlərlə məşğul olmaq istəyirdim. (orda qeyd etmişəm nələrlə). Amma axırıncı düşərgədə az qala hamı "namizədliyini ver" dediyi üçün türklər demiş kırmak istemedim.— NMW03 (müzakirə) 20:57, 9 avqust 2023 (UTC)
Şərh: Mənim yazdıqlarım mizah və yumordur. Başqa motivlər axtarmağa ehtiyac yoxdur. Bu səs vermədə iki istifadəçi qaranlıqdan danışıblar. Unudun bu qaranlıq söhbətləri, gülümsəyin cənablar, GÜLÜMSƏYİN . — Tarixi Nadir (müzakirə) 05:36, 23 avqust 2023 (UTC)
Şərh: Sakitləşin xanım. Mən sizi nəzərdə tutmamışdım. Siz xanımsınız cənab yox. Mən nöqtə qoyub söhbəti burda da bitirirəm. Yənə də deyirəm bu yumordur. Başqa motivlər axtarmayın. Nə sizə, nə də başqa istifadəçilərə qarşı mənim pis niyyətim yoxdur və olmayacaq. Ensiklopediya olan da nə olar ki, gəlin bir az güləriz və mehriban olaq. Hörmətlə — Tarixi Nadir (müzakirə) 07:47, 23 avqust 2023 (UTC)
Yekun nəticə:
Y Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq NMW03 (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusu verilmişdir.— Turkmen müzakirə 20:27, 24 avqust 2023 (UTC)
Səsvermə 14 oktyabr 2023-ci il – 29 oktyabr 2023-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 29 oktyabr 2023 il saat 23:59-də səsvermə dayandırılır)
Salam Dəyərli İcma. bu müzakirəyə əsasən öz namizədliyimi irəli sürürəm. Azvikipediyada 2-ilə yaxın fəaliyyətim zamanı hər hansısa qayda pozuntusuna yol verməmişəm gündəlik aktiv fəaliyyətim var. İnzibatçı seçildiyim təqdirdə aşağıda qeyd etdiyim işlər üzərində aktiv fəaliyyət göstərəcəyəm.
Qeyd etdiyim işlərin öhdəsindən gələcəyimə əminəm. -- Hörmətlə:☞QRAF☜ (✉ → ♕) 11:39, 14 oktyabr 2023 (UTC)
Grenzsoldat VP:İM- da olan son müzakirəni görmədiniz deyəsən. Mən elə düşünürəm ki, bizlər AzVikinin inkşafı istiqamətinə daha çox fokuslanmalıyıq. Və AzVikidə inzibatçılar sarıdan olan boşluğu doğru şəkildə doldurmalıyıq. — Khidirzada (müzakirə) 11:54, 14 oktyabr 2023 (UTC)
Vətən müharibəsi qazisi kimi milli mənəvi dəyərlərdə olan ensiklopedik məqalələrin işlənməsində Qraf bəy icmaya lazımdır. Həmçinin savaş meydanında verdiyi haqlı mübarizəni informasiya sahəsində davam etdirdiyi üçün dəstək olmaq vacibdir. İnzibatçı sarıdan olan boşluq hamımıza aydındır. VP:İM-da bu barədədə müzakirədə aparılır. Qraf bəyin, ciddi fəaliyyətidə ortadadır. AzViki üçün çox töhfə verə bilər. Bu qədər arqumentə rəğməm əleyhinə səs verilirsə düşünürəm ki, burada şəxsi maraqlar və prinsiblər xatirinə haqsızlıq edirlir. Sadəcə vicadanı olan obyektiv istifadəçilər bunu etməz etsələr belə bu andan sonra məncə qərarını yenidən dəyərləndirər. — Khidirzada (müzakirə) 15:30, 15 oktyabr 2023 (UTC)
Yekun nəticə:
N Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Qraf (müzakirə • töhfələr • statistikalar)-a latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın inzibatçısı statusunun verilməsindən imtina edilmişdir.— Turkmen müzakirə 05:41, 30 oktyabr 2023 (UTC)