![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Səsvermə hüququ olan bütün vikipediyaçılar aşağıdakı şərtlər daxilində öz namizədliklərini irəli sürə bilərlər:
Bu tələblərə cavab verməyən namizədin qeydiyyat adı bürokrat tərəfindən, fəal bürokrat olmadığı təqdirdə isə hər hansı inzibatçı tərəfindən səsvermədən çıxarılır və bunun səbəbi barədə namizədə məlumat verilir.
Vikipediya bürokratı yalnız aşağıdakı tələbləri ödəyən istifadəçi ola bilər:
Bu tələblərə cavab verməyən namizədin qeydiyyat adı bürokrat tərəfindən, fəal bürokrat olmadığı təqdirdə isə hər hansı inzibatçı tərəfindən səsvermədən çıxarılır və bunun səbəbi barədə namizədə məlumat verilir.
Səsvermə hüququna yalnız aşağıdakı şərtləri ödəyən qeydiyyatdan keçmiş istifadəçilər malikdirlər:
İnzibatçılar və bürokratların namizədliyini irəli sürə bilərlər:
İnzibatçılığa və ya bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçi namizədliyini geri götürmək üçün müraciət etdikdə, səsvermə dayandırılmış hesab olunur və nəticələr ləğv olunur.
Qeyd: Statusun alınması ilə bağlı səsvermə, yalnız göstərilən namizədin özü statusdan imtina etmək üçün müraciət etdikdə dayandırılır və bu zaman statusun alınması ilə bağlı müvafiq tədbirlər görülür.
İnzibatçının və bürokratın etimad səsverməsi iki halda baş tuta bilər:
Namizədlərin səsverməsində və səsvermə ilə bağlı müzakirələrdə hər bir Vikipediya istifadəçisi yalnız bir qeydiyyat adı ilə iştirak edə bilər.
İstifadəçinin bir-neçə qeydiyyat adı varsa və o, səsvermədə digər adları (nikləri) ilə iştirak edərsə, onun bütün qeydiyyat adları səsvermədən çıxarılır və istifadəçiyə xəbərdarlıq edilir.
Səsvermə müddəti yalnız 15 gün olmalıdır və başlanğıc və son tarixi (gün, saat və dəqiqə) dəqiq göstərilməlidir. Səsvermənin yekunlaşdırma günü, saatı və dəqiqəsi "Ümumdünya vaxtı"na əsasən hesablanır.
Səsvermədə aşağıdakı istifadəçilərin səsləri etibarsız hesab olunur:
Qeyd. Bir nəfər qeydiyyatdan keçdiyi və yalnız biri səsvermə hüququna malik iki adla səs veribsə və bu barədə seçki keçirilən müddətdə məlumat vermişdirsə, bu zaman həmin səs etibarlı hesab edilir.
Səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən, lehinə səslərin sayı isə 10-dan az olmasın. Bitərəf səslər hesablanma zamanı qeydə alınmır.
Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər. İnzibatçı namizədi əgər ilk seçkidə seçilməyibsə, ikinci namizədliyini yalnız 6 ay sonra irəli sürə bilər. İkinci namizədlikdə də seçilməyən istifadəçi bu hüquq üçün gələcək müraciətlərini 1 il aralığı ilə edə bilər. Üzrlü səbəbdən inzibatçı, yaxud bürokrat statusundan məhrum olmuş istifadəçilərin statusunun dəyişməsindən əvvəlki namizədliyi bu müddətə aid edilmir (məsələn, üzrlü səbəbdən istifadəçinin inzibatçı statusu alınıbsa, onun namizədliyi bir daha irəli sürülə bilər).
Səsvermə bürokrat tərəfindən, fəal bürokrat olmadığı təqdirdə isə hər hansı inzibatçı tərəfindən yekunlaşdırılır. Yalnız səsvermənin yekunu elan edildikdən sonra bürokrat istifadəçiyə inzibatçı və ya bürokrat "texniki bayrağını" təqdim edə bilər, fəal bürokrat olmadıqda isə statusun təqdim olunması üçün inzibatçılar müvafiq müraciətlər etməlidirlər.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||