![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Ensiklopedik əhəmiyyətlilik |
---|
Xüsusi mövzularla bağlı qaydalar |
Vikipediyada ensiklopedik əhəmiyyətlilik redaktorlar tərəfindən müəyyən bir mövzunun məqaləsi yaradılacaq qədər əhəmiyyətli olub-olmamasına qərar vermək üçün istifadə edilən bir meyardır. Bioqrafik məqalədə barəsində söhbət gedən şəxs "diqqətəlayiq" olmalıdır. Yəni "haqqında Vikipediya məqaləsi yazılacaq dərəcədə əhəmiyyətli, maraqlı və ya qeyri-adi" olmalıdır. Məşhur və ya populyar olmaq mənasında "diqqətəlayiqlik" əhəmiyyətsiz olmasa da, ikinci dərəcəlidir.
Bioqrafiyalar üçün nəzərdə tutulmuş bu qaydalar Vikipediyanın siyasəti deyil, bu qaydaların tətbiqi şəxs haqqında məqalənin yazılması, birləşdirilməsi, silinməsi və ya genişləndirilməsi barədə qərarları ifadə edən, müzakirələr yolu ilə nail olunan və qəbul olunmuş praktika ilə təsdiqlənən konsensusdan asılıdır.
Məqalənin adı məqalədə bəhs edilənə uyğun olmalıdır. Bir şəxs haqqında məqalə yazmaq üçün kifayət qədər etibarlı məzmun varsa, o şəxsin adı (məsələn, "Məmməd Məmmədov") uyğun bir ad hesab edilir. Bununla yanaşı, şəxslə əlaqəli əhəmiyyətli bir hadisə haqqında kifayət qədər məlumat varsa, məqalə məhz həmin hadisə ilə əlaqədar adlandırılmalıdır. Bəzən məşhur bir insan öldükdə ayrılıqda onun ölümü haqqında bir məqalə yaratmaq üçün kifayət qədər məlumat varsa (məsələn, Maykl Ceksonun ölümü), belə bir məqalə yaradıla bilər. Görkəmli bir şəxsin əsas məqaləsi bütün əsərlərini ehtiva etmək üçün çox uzundursa, bu məlumat üçün ayrıca bir məqalə yaradıla bilər.
Əgər şəxs haqqında etibarlı, bir-birindən və mövzudan asılılığı olmayan[1] ikinci dərəcəli mənbələrdə[2] əhəmiyyətli məlumat mövcuddursa, o ensiklopedik hesab oluna bilər.[3]
Əsas meyara uyğun gələn şəxslər aşağıdakı əlavə meyarlar olmadan da əhəmiyyətli hesab edilə bilərlər. Lakin istisna edici meyarlara uyğun gələn şəxslər haqda məqalə yaradılmasına yenə də icazə verilməyə bilər, məsələn, yalnız bir hadisəyə görə məşhur olanlar və ya Vikipediya nə deyil qaydalarında göstərilən şərtlərə uyğun gələn hallarda.
Şəxs aşağıdakı şərtlərdən birinə uyğun gəlirsə, o adətən "ensiklopedik" hesab olunur. Lakin bu şərtlərə uyğun gəlməmək şəxs haqqında məqalə yaradılmamalı olduğunun sübutu deyil, necə ki, bu şərtlərdən birinə və ya bir neçəsinə uyğun gəlmək də şəxs haqqında məqalə yaradılması üçün zəmanət vermir.
Əlavə meyarlara uyğun gəlməyən şəxs bəzən Yoxlanılabilərlik qaydalarına görə əhəmiyyətli hesab edilə bilər. İstifadəçilər hər hansı şəxs barədə məqaləyə əlavə istinadlara ehtiyac olduğuna dair şablon yerləşdirmək və ya məqalənin silinməsini müzakirəyə çıxarmaq barədə qərarsız olarkən bu qayda onlara kömək edə bilər.
Bir çox tədqiqatçılar, filosoflar və başqa elm xadimləri öz konsepsiya, ideya və ixtiraları ilə məşhurdurlar, onların həyatı isə ikinci dərəcəli mənbələrin mövzusudur.
Şəxsin böyük bir həvəskar və ya peşəkar müsabiqədə fəal iştirak etdiyi və ya əhəmiyyətli bir mükafat qazandığı və bunla bağlı ikinci dərəcəli mənbələrdə əhəmiyyətli bir məlumat olduğu təqdirdə ensiklopedik olduğu təxmin edilir.
Müəlliflər, redaktorlar, jurnalistlər, rejissorlar, fotoqraflar, yazıçılar, şairlər, aşıqlar, sənətçilər, memarlar və digər yaradıcı şəxslər aşağıdakı hallarda "ensiklopedik" hesab olunurlar:
Hər bir cinayət qurbanı "ensiklopedik" kimi dəyərləndirilə bilməz. Adətən cinayət qurbanı "ensiklopedik" meyarına uyğun gələn hansısa məqalənin və ya cinayət hadisəsindən əvvəl yaradılmış məqalənin predmeti ola bilər. Lakin, əgər ensiklopedikliyi göstərən başqa əlamətlər varsa şəxs haqqında məqalənin yaradılmasının qarşısı alınmamalıdır.
Ensiklopedikliyi göstərən başqa əlamətlər dedikdə nəzərdə tutulur:
Hər bir cinayətkar "ensiklopedik" kimi dəyərləndirilə bilməz. Bunun üçün o aşağıdakı şərtlərdən birinə uyğun gəlməlidir:
Aktyorlar, gülüş ustaları, musiqiçilər, bəstəkarlar, müğənnilər, tənqidçilər, modellər, televiziya aparıcıları və s.:
Pornoqrafik aktyorlar və modellər də bu kriteriyaya tabedir.
Ümumi mənzərədə, bir şəxs haqqında bir neçə yoxlanıla bilən müstəqil və etibarlı mənbədə əhəmiyyətli məlumatlar verilibsə, həmin şəxs ensiklopedik sayılır.
Şəxslərin adətən aşağıda göstərilən halların ən azı birini ödəməsi onların etibarlı mənbələrdə bu meyara uyğun gələcək formada yetərli səviyyədə əhatələndiyini güman etmək olar:
Əksinə, yalnız şəcərə qeydlərində, ya da ailə tarixçələrində adı keçən və ya haqqında yalnız ilkin sənədlərlə bəhs olunan hər hansı bir şəxs ensiklopedik deyil. Eyni şəkildə, etibarlı ikinci dərəcəli mənbələrdə haqlarında çox məhdud şəkildə məlumat verilən şəxslər müstəqil məqalə məqsədləri üçün ensiklopedik hesab edilməməlidir, lakin, şəraitdən asılı olaraq, mövcud məqalədə və ya siyahıda onlardan bəhs edilməsini tələb oluna billər. Bunu təyin edərkən əhatə dairəsinin genişliyi nəzərə alınmalıdır. Əgər, məsələn, etibarlı mənbələrdə insanın doğum tarixi, şəxsi həyatı, təhsili, hərbi karyerası ilə bağlı təfərrüatları ehtiva edən kifayət qədər məlumat varsa, o zaman həmin şəxs, çox güman ki, müstəqil məqaləyə layiqdir. Əgər belə bir məlumat yoxdursa, o zaman həmin şəxs haqqında məlumat üçün müstəqil məqalə yaratmaq əvəzinə həmin məlumatı əsas məqaləyə və ya siyahıya daxil etmək ən yaxşı yanaşmadır. Bütün digər redaksiya qərarlarında olduğu kimi, qeyri-müəyyənlik halında bununla bağlı konsensus axtarılmalıdır.
Qeyd etmək lazımdır ki, yuxarıdakı kriteriyalara cavab verməyən şəxs qəti şəkildə qeyri-ensiklopedik olmur. Həmçinin, bu meyarlara cavab verən şəxs, ikinci dərəcəli müstəqil mənbələrdə haqqında əhəmiyyətli əhatəlik mövcud deyilsə, qəti şəkildə ensiklopedik olmur. Odur ki, bu qərar müstəqil ikinci dərəcəli mənbələrdə əhəmiyyətli əhatəlik əsasında aparılmalıdır.
Əgər məqalə və ya hansısa məqalənin bölməsi bu qaydaların heç bir meyarına uyğun gəlmirsə və əgər onu təkmilləşdirmək üçün heç bir cəhd edilməyibsə və yaxud kifayət səviyyədə olmayıbsa onda məqaləni və ya bölməni silməyin 2 yolu var:[5]
Əgər məqalə ilə bağlı həm qaneedici izah, həm də müvafiq mənbə tapılmırsa, lakin şəxs əlavə meyarlardan birinə və ya bir neçəsinə uyğun gəlirsə:
Əgər məqalə aid olduğu mövzunu tam izah etmirsə,[6] onda onu inkişaf etdirmək üçün:
Əgər məqalədə kifayət qədər mənbə yoxdursa:
{{Mənbə azlığı}}
şablonunu istifadə edin.Əgər şəxs hər hansı konkret hadisədə əhəmiyyətli rola malikdirsə məqalənin şəxs, hadisə, yoxsa hər ikisi haqqında yazılması qeyri-müəyyən ola bilər. Ayrı-ayrı məqalələr yaratmaq barədə qərar verərkən həm hadisənin əhəmiyyətlilik dərəcəsini, həm də şəxsin bu hadisədə oynadığı rolun dərəcəsini qiymətləndirmək vacibdir. Əksər hallarda ümumi qayda hadisənin işıqlandırılmasından ibarətdir, şəxsin yox. Lakin, həm hadisənin, həm də şəxsin ondakı rolunun əhəmiyyəti artıqda ayrı-ayrı məqalələrin yaradılması əsaslıdır.
Əgər hadisə çox əhəmiyyətlidirsə və şəxsin ondakı rolu çox yüksəkdirsə ayrı-ayrı məqalələr tamamilə labüddür. Əsas siyasi rəhbərlərin qatilləri, məsələn, Qavrilo Prinsip – bu kateqoriyaya uyğundur.
Şəxsin hadisədə oynadığı rol az əhəmiyyətə malik olduqda hər ikisi haqqında məqaləyə ehtiyac olmaya bilər və yönləndirmə funksiyası daha münasibdir. Digər tərəfdən, əgər hadisə xüsusi əhəmiyyətə malikdirsə, onda hadisənin nisbətən az əhəmiyyətə malik olan iştirakçıları haqqında da ayrıca məqalələrə ehtiyac ola bilər.
Digər bir problem şəxsin az əhəmiyyətə malik olan hadisədə əsas rola malik olduğu hallardır. Bu hallarda ayrı-ayrı məqalələrə ehtiyac yoxdur və şəxsin adı hadisə haqqındakı məqaləyə yönləndirilməlidir. Bəzi hallarda isə bir hadisəyə görə məşhur olan şəxs, həmin hadisənin özündən daha populyar ola bilər. Bu hallarda hadisə haqqındakı məlumat həmin şəxs haqqında yaradılan məqalədə verilə bilər.
Bir çox məqalələrdə şəxslərin siyahısı qeyd olunur və ya ayrıca siyahı səhifələri yaradılır. Şəxslərin həmin siyahılara daxil edilmə meyarları bu qaydalara uyğun olmalıdır. Bundan əlavə, bu tip siyahılara daxil edilə bilmək üçün həmin şəxslərin həqiqətən də sözügedən siyahıya daxil olduğunu təsdiq edən etibarlı mənbə göstərilməlidir.
Heç kim yalnız ensiklopedik şəxslə qohumluq əlaqəsinə malik olduğu üçün ensiklopedik hesab edilə bilməz.
Bəzi Vikipediyaçılar özləri haqqında məqalə yaratmışlar (bax: Vikipediya:Haqqında məqalə olan istifadəçilər). Lakin, həmin məqalənin şəxsin Vikipediyada iştirakından əvvəl və ya sonra yaradılmasından asılı olmayaraq, ensiklopediklik həmin şəxslərin Vikipediya iştirakçısı olmaları ilə əlaqəli olmamalıdır. Bu məqalələrin mətnləri Vikipediya qaydalarına uyğun şəkildə qiymətləndirilməlidir.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||