Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz.
Səbəb: "Berkadzor" adında kənd mövcud deyil həm rəsmi, həm faktiki. Ərazi keçmişdə Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə təşkil edirdi və Xocalı kənd Sovetinin nəznində idi. 1990-cı ildə Xocalıya şəhər statusu verildi, Xocalı kənd Soveti ləğv olundu və Xocalı şəhər Soveti yaradıldı. Hal hazırda sovxoz fəaliyyət göstərmir. Beləliklə, hal hazırda sözü gedən ərazi Xocalı şəhər iəd-ə aiddir. Zohrab javad (müzakirə) 13:42, 27 dekabr 2023 (UTC)
@Nemoralis, məqalədə yazıldığı kimi, hal hazırda Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Xocalı rayonunda bu məntəqə qeyd olunmur. Sovet vaxtı Xocalı kənd Sovetinin tərkibində “Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə” qeyd olunur - Azərbaycan SSR inzibati-ərazi bölgüsünün 1961, 1964, 1968, 1979 illərinin nəşrlərində göstərilir (məqalədə də mənbə göstərilir). Bu ad həmçinin xəritələrdə də göstərilir: burada və burada. Bu xəbər saytından da məlumat almaq olar. 1990-cı ildə Xocalıya şəhər statusu verildi, Xocalı şəhər Soveti yaradıldı, Xocalı kənd Soveti ləğv olundu. Beləliklə keçmiş qəsəbənin ərazisi hal hazırda Xocalı şəhər inzibati-ərazi dairəsinə düşmüş olur. Bir tərəfdən Azərbaycanda artıq sovxozlar ləğv olunub, digər tərəfdən o ərazi bir müddət nəzarətdən kənar olubdur, və görünən budur ki bu məntəqəyə ad verilməyibdir. “Berkadzor” adı özü də ümumiyyətlə rəsmi ad olmayıb - Sovet vaxtında da, müstəqillik vaxtında da bu ad Azərbaycan inzibati-ərazi bölgüsündə olmayıbdır, “Berkadzor kəndi” sadəcə separatçı sistem tərəfindən qoyulmuş qondarma addır. Bu səbəbdən, müasir ad olmadıqdan, təklif edirəm, məqaləyə məntəqənin köhnə adını qoyaq - Sovet vaxtı istifadə olunmuş “Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə”. Zohrab javad (müzakirə) 10:11, 3 yanvar 2024 (UTC)
Qərar:Qəbul edilmədi Məzmun eynidirsə SNS-də müzakirə açıb birləşdirmək olar. Məqalənin adına "haqqında" niyə əlavə olunmalıdır anlamadım.— Nemoralis (müzakirə) 06:45, 20 yanvar 2024 (UTC)
Çünki Rəqəmsal marketinq adı olmalı yerdə online marketinq yazılıb və rəqəmsal marketinq məqaləsində isə rəqəmsal marketinq haqqında (tarixi, yaranma, qolları və s) bəhs edilir. Johsgun ✡ (müzakirə) 09:53, 20 yanvar 2024 (UTC)
Salam. Məntəqənin adı rəsmi olaraq dəyişdirilməyib. Sadəcə bəzi sənədlərdə "Qalağayın", bəzi sənədlərdə isə "Qalaqayın" kimi gedir. Məntəqənin adının dəyişdirilməsi qeyri-qanunidir. Sword313 (müzakirə) 23:31, 23 yanvar 2024 (UTC)
Təşəkkür edirəm izaha görə. Siz haqlısınız. Əvvəl dediyim kimi iki formada qeyd olunur. Rayon İH-nin saytının tarix bölməsində və mədəniyyət bölməsində "Qalaqayın" olaraq yazılıb.
İlk dəfə "Qalağayın" formasında 1 yanvar 1979-cu ildə tərtib edilmiş Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə qeyd edilmişdir. Ondan öncə "Qalaqayın" kimi qeyd edilmişdir.
Sonrakı illərdə yenidən "Qalaqayın" kimi qeyd edilmişdir.
16 may 2016-cı ildə tərtib edilmiş Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrində də yuxarıda qeyd olunan ərazi vahidi Sabirabad rayonunun Qalağayın kəndi olaraq göstərilmişdir.
Hal-hazırda Qalaqayın İcra nümayəndəliyi, Qalaqayın bələdiyyəsi və Qalaqayın məktəbinin rəsmi yazışmalarında "Qalaqayın" kimi qeyd edilir. Sword313 (müzakirə) 01:35, 25 yanvar 2024 (UTC)
Təşəkkür edirəm. Sizinlə razıyam. Hər şey ortadadır. Amma bir hərf texniki olaraq səhvən dəyişdirilib. Yəni,əhəmiyyət verilməyib. Deyiliş formasında yazılıb. "Qalağayın" formasında yazılması haqda da Azərbaycan Respublikası Milli Məclisinə müraciət olunmadan müdaxilə olunub. Sword313 (müzakirə) 23:17, 25 yanvar 2024 (UTC)
Amma Azərbaycan SSR-nin parlamentində də təsdiqini tapmayıb. Amma o dövrün bütün rəsmi yazışmalarında "Qalaqayın" kimi qeyd olunub. Yəni,başlanğıcda "Qalaqayın" olub. Yuxarıda ətraflı qeyd etmişəm. Sword313 (müzakirə) 04:49, 26 yanvar 2024 (UTC)