. Love.az

Vikipediya Ana Sehife Xeberler 1 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Ana Sehife Xeberler 1 Hefte 2015
Qəzaya uğramış təyyarənin 2011-ci ildə çəkilmiş şəkili
Qəzaya uğramış təyyarənin 2011-ci ildə çəkilmiş şəkili
  • Litva 2015-cü ilin 1 yanvar tarixindən etibarən Avro pul vahidinə keçərək 19-cu Avrozona ölkəsi olub.
  • AirAsia Hava Yolları reys 8501 üzrə İndoneziyanın Surabaya şəhərindən Sinqapura doğru hərəkət edən Airbus A320 tipli sərnişin təyyarəsi itkin düşüb. Təyyarədə 155 sərnişin və 7 heyət üzvünün olduğu bildirilir.
  • Məşhur rok və blyuz ifaçısı Co Koker ABŞ-ın Kolorado ştatındakı evində 70 yaşında vəfat edib.
  • Tunisdə keçirilən prezident seçkilərində Nidaa Tounes partiyasını təmsil edən 88 yaşlı Beji Kaid əs-Sebsi ölkənin yeni prezidenti seçilib.
  • 2014/2015-ci il üzrə keçirilən Futbol üzrə Azərbaycan çempionatının qış çempionu Qarabağ FK olub.


Davam edən olaylar: Kobani blokadası, Burkina-Faso hakimiyyət çevrilişi (2014)
Son ölümlər: Kraliça Fabiola, Abbas Göyçə, Co Koker, Siyavuş Qarayev

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ana_səhifə:Xəbərlər/1._Həftə_2015&oldid=5987331"
LOVE.AZ