İsrail aviasiyası Qəzzada beynəlxalq media nümayəndəliklərinin yerləşdiyi çoxmərtəbəli binanı yerləyeksan edib.
Gürcüstanın mədən rayonu Çiaturanın Şukruti kəndinin üç sakini manqan hasilatı ilə məşğul olan "Georgian Manganese Ltd." şirkətinin dağıdıcı fəaliyyətinə qarşı keçirilən kütləvi etirazlara hakimiyyətin diqqətini tələb edərək ağızlarını tikiblər.
Çinin "Çjujun" roverini Marsa daşıyan "Tyanven 1" kosmik aparatı mayın 15-də Marsın səthinə uğurla enib. Bununla da, Çin SSRİ və ABŞ-dan sonra kosmik aparatının Marsa yumşaq enişini həyata keçirən üçüncü dövlət olub.
Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasında başlanılan genişmiqyaslı profilaktik-təmir işləri ilə bağlı stansiya 141 gün müddətinə işini dayandırıb.