. Love.az

Vikipediya Ana Sehife Xeberler 28 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Ana Sehife Xeberler 28 Hefte 2016
Portuqaliya milli futbol komandası
Portuqaliya milli futbol komandası
  • Türkiyədə dövlət çevrilişinə cəhd olmuşdur.
  • Fransanın Nitsa şəhərində terrorçunun yük maşınını Bastiliyanın alınması gününü qeyd edən izdiham içinə sürməsi nəticəsində 84 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb.
  • Portuqaliya milli futbol komandası (şəkildə) Fransa milli futbol komandasına qalib gələrək UEFA Avropa Kuboku 2016-nın qalibi olmuşdur.
  • Bağdadda törədilmiş iki terror aktında azı 200 nəfər həlak olub.
  • Banqladeşin paytaxtı Dəkkə şəhərində xaricilərin toplaşdığı kafeyə edilən terror hücumunda, 17-si xarici vətəndaş və 6-sı terrorçu olmaqla, 28 nəfər həlak olub.
  • Atatürk Hava Limanına edilən terror hücumu zamanı 41 nəfər ölüb, 230 nəfər yaralanıb.
  • Çili milli futbol komandası Argentina milli futbol komandasına qalib gələrək ikinci dəfə Amerika Kubokunun qalibi olmuşdur.
  • Böyük Britaniyanın referendumda Avropa İttifaqındən çıxmağa səs verməsindən sonra baş nazir Devid Kemeron oktyabrda istefa verəcəyini açıqlamışdır.
  • Niko Rosberq Bakıda keçirilən “Formula-1” Avropa Qran Prisinin qalibi olub.
  • Microsoft, peşəkar sosial şəbəkə saytı olan LinkedIni 26,2 milyard dollara əldə etdiyini elan edib.


Son ölümlər: Abbas Kiarostami, Bəxtiyar Şərifzadə, Məhəmməd Əli, Erkin Vahidov

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ana_Səhifə:Xəbərlər/28._Həftə_2016&oldid=3633229"
LOVE.AZ