İstanbulunBeşiktaş səmtində iki müxtəlif yerdə törədilmiş terror aktı nəticəsində əksəriyyəti polis əməkdaşı olmaqla 38 nəfər həlak olub, 166 nəfər yaralanıb.
Cənubi Koreyanın parlamenti korrupsiya qalmaqalı fonunda prezident Pak Kın Henin (şəkildə) impiçmentinə səs verib. Pak Kın He rəfiqəsi Choi Soon-sil ilə birlikdə dövlət imkanlarını şəxsi məqsədlər üçün istifadə etməkdə günahlandırılır.
Göyərtəsində Braziliyanın"Şapekoense" peşəkar futbol klubunun oyunçularının da olduğu 2933 nömrəli reyslə uçan təyyarə Kolumbiyada qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 81 nəfərdən 75-i həlak olub, 6 nəfər yaralanıb. Sağ qalanlar arasında "Şapekoense"nin futbolçuları da var.