![]() | Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Qayda səsverməsi başlasa da sonradan yarıda dayandırılmışdır.
Arbitraj Komitəsi (bundan sonra: AK) — Vikipediyanın azərbaycan dilindəki bölməsində (bundan sonra: AzViki-də) bölmənin işində ortaya çıxmış ciddi anlaşılmamazlıqların, bölmədə fəaliyyət göstərən tərəflər (bürokrat, inzibatçı və aktiv istifadəçilər) arasında yaranmış ciddi mübahisə və konfliktlərin aradan qaldırılması, bürokrat və inzibatçıların açıq-aşkar, yaxud dolayı yolla Vikipediyanın prinsip və qaydalarına zidd hərəkətlərinin, yaxud hərəkətsizliklərinin qarşısının alınması üzrə səlahiyyətli seçkili komitə (AzViki-də fəaliyyət göstərən aktiv istifadəçilər və anonim istifadəçilər Vikipediyanın prinsip və qaydalarına zidd hərəkətlər etdikdə AzViki-nin bürokrat və inzibatçıları öz səlahiyyətlərindən istifadə etməklə bunun qarşısını özləri almağa çalışmalıdırlar). AK "Arbitraj Komitəsinin seçilmə qaydaları"na əsasən səsvermə yolu ilə 1 il müddətinə AK-ya üzv seçilmiş təcrübəli vikipediyaçılardan təşkil olunur.
AK üzvləri səsvermə yolu ilə 1 il müddətinə seçilirlər və 1 ildən sonra yenidən səsvermə keçirilməlidir. AK üzvü növbəti il yenidən seçilmək hüququna malikdir. 2 dəfədən sonra azı bir il seçilmək üçün fasilə olmalıdır.
AK AzViki-də yaranmış böhranlı vəziyyəti həll etmək iqtidarında olmadıqda buraxılır və səsvermə yolu ilə komitənin yeni üzvləri seçilir. Qeyd: AK üzvləri daxil olmuş ərizəyə 3 gün ərzində reaksiya vermirsə və qərar qəbul edə bilmirsə, bu böhranlı vəziyyət hesab edilir.
Qeyd: Passivlik nümayiş etdirən komitə üzvü dedikdə AK-ya gələn ərizələrin müzakirəsində və qərarın qəbulu üçün keçirilən səsvermədə iştirak etməyən komitə üzvü nəzərdə tutulur.
Bürokrat və inzibatçılar də öz aralarındakı fikir ayrılıqlarının, mübahisə və konfliktlərin aradan qaldırılması üçün istənilən vaxt AK-ya müraciət edə bilərlər. Aktiv istifadəçilər isə AK-ya yalnız AzViki ilə bağlı ciddi problemlərin aradan qaldırılması üçün müraciət etməlidirlər. AzViki-nin bürokrat və inzibatçılarının onlara qarşı Vikipediyanın prinsip və qaydalarına zidd hərəkətləri, aktiv istifadəçinin AzViki-də normal fəaliyyət göstərməsinə mane olan və onları narahat edən digər ciddi problemlər, hansılar ki AzViki-nin bürokrat və inzibatçıları həmin problemləri aradan qaldıra bilmirlər, yaxud aradan qaldırmaq istəmirlər, bu cür hallar aktiv istifadəçinin AK-ya müraciət etməsi üçün əsas ola bilər.
Bürokrat, yaxud inzibatçı hər hansı məqaləni Vikipediya qaydalarına zidd olaraq silərsə, mühafizə edərsə və ya mühafizə altında olan məqaləni izahat vermədən mühafizədən çıxararsa bu problemlə bağlı şikayət ərizəsi ilə AK-ya müraciət edilə bilər. AzViki-də blok altında olan istifadəçi AK-ya AK üzvlərindən birinin e-poçt ünvanına e-məktub göndərməklə müraciət edə bilər.
AK Vikipediya qaydalarına zidd olmayan istənilən qərarı qəbul etmək səlahiyyətindədir. Bu xəbərdarlıq, müəyyən müddətə və ya birdəfəlik hansısa məqalənin redaktəsinin məhdudlaşdırılması, yaxud qadağan edilməsi, istifadəçinin müəyyən müddətə bloklanması, məqalənin neytral vəziyyətə gətirilməsi üçün müəyyən redaktorun təyin edilməsi, mübahisə üzrə yekun qərar verilməsi, inzibatçı barədə səsvermə keçirilməsi (inzibatçı adının alınması və ya yeni inzibatçının seçilməsi) və s. O cümlədən:
Səlahiyyət müddəti —
Səlahiyyət müddəti —
{{}}
Seçilmiş arbitrın ehtiyatda olan arbitrlə dəyişdirilməsi (seçilmiş arbitr (inzibatçı) ↔ ehtiyatda olan arbitr (inzibatçı) və seçilmiş arbitr (istifadəçi) ↔ ehtiyatda olan arbitr (istifadəçi) sistemi üzrə) aşağıdakı hallarda olur:
Qeyd: Komitə üzvünün konkret ərizəyə baxılması prosesindən uzaqlaşdırılması yalnız o halda baş verə bilər ki, arbitr ərizədə göstərilən məsələdə maraqlı tərəf olsun. Uzaqlaşdırılan arbitr ehtiyat arbitrlə əvəz olunur. Ərizə ilə əlaqədar problemin müzakirəsi və qərarın qəbulu bitdikdən sonra uzaqlaşdırılmış arbitr yenidən AK-ya qaytarılır. Dəyişiklik haqqında qərarlar arbitrlər arasında arbitrlər forumunda əldə olunmuş konsensus əsasında qəbul olunur. Bütün arbitrlər (o cümlədən ehtiyatda olanlar) arbitraja təqdim olunan ərizələrin müzakirəsində iştirak edə bilərlər, amma ərizələrin qəbulu və qərarların verilməsi ilə bağlı keçirilən səsvermələrdə yalnız səsvermə keçirilən müddətdə əsas heyətin tərkibində olan arbitrlər (5 komitə üzvü) səs verə bilərlər.
Qeyd: Komitə üzvünün hər hansı üzrlü səbəbə (xəstəliyi, tətildə olması və ya digər texniki səbəblərə) görə AK-nın müzakirəsində iştirak edə bilmirsə, olmayacağı müddəti göstərilməklə AK-ya müraciət etməlidir. Göstərilən müddət intervalında arbitr ehtiyatda olan arbitrlə əvəz olunur.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||