![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Hüquqi siyasətlər |
---|
Vikipediyanın əsas məqsədlərindən biri, yoxlanıla bilmə standartlarını qorumaqla tam tərəfsiz və qərəzsiz mənbələrə əsaslanaraq, ensiklopedik məzmun yaratmaqdır.[1]
Vikipediyada müəllif tərəfindən yerləşdirilən materialların böhtan xarakterli olmamasına əmin olmaq Vikipediyaya töhfə verən bütün redaktorların məsuliyyətidir.
Böhtan xarakterli məlumatlar aşkar edilərsə, həmin məlumatlar Vikipediya prinsiplərinə əsasən dərhal silinir və səhifə tarixçəsindən gizlədilir. Belə məlumatlar hər hansı bir şəxsin və ya şirkətin nüfuzuna birbaşa xələl gətirə bilər ki, bu da Vikipediya qaydalarına ziddir.
Vikipediyada hər hansı bir cümlənin və ya sözün böhtan xarakteri daşıdığını düşünürsünüzsə, zəhmət olmasa:
It should be removed, aggressively, unless it can be sourced. This is true of all information, but it is particularly true of negative information about living persons.