![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Bürokratlar — istifadəçilərə icma qərarı nəticəsində inzibati hüquqları verən istifadəçi. Bu hüquq Azərbaycanca Vikipediyada istifadəçilərin etimadını qazanan, ən azı 1 il müddətində inzibatçı vəzifəsini yerinə yetirən, bu müddət ərzində 10 mindən artıq redaktə edən və son 3 ayda aktiv olan istifadəçiyə (inzibatçıya) verilə bilər.
Azərbaycanca Vikipediyada hal hazırda 3 bürokrat var (siyahı).
Bürokrat Azərbaycandilli Vikipediyanın inzibatçıları arasından seçilir. Bürokrat seçiləcək inzibatçının bu vəzifənin öhdəsindən layiqincə gələcəyi tam əminlik doğurmalıdır. Belə ki, bürokrat statusu inzibatçıdan daha çox əmək və cavabdehlik tələb edir. Bürokrat da inzibatçıdır. Fərq təkcə bürokratın aşağıdakı bəzi əlavə texniki işləri yerinə yetirməli olmasındadır:
1. Bürokrat Vikipediya istifadəçisinə inzibatçı və ya bürokrat statusu verə bilər (lakin bu statusları geri ala bilməz).
a). Bürokrat Azərbaycandilli Vikipediyada keçirilən inzibatçı seçkisində lazımi qədər səs toplamış istifadəçiyə inzibatçı statusu verməlidir (bürokratın bu statusu geri almaq səlahiyyəti yoxdur).
b). Bürokrat Azərbaycandilli Vikipediyada keçirilən bürokrat seçkisində lazımi qədər səs toplamış inzibatçıya bürokrat statusu verməlidir (bürokratın bu statusu geri almaq səlahiyyəti yoxdur).
2. Bürokrat Vikipediya istifadəçisinə bot statusu verə bilər
a). Bürokrat Azərbaycandilli Vikipediyada keçirilən bot seçkisində lazımi qədər səs toplamış istifadəçiyə bot statusu verməlidir (bürokrat bu statusu geri ala bilər).
3. Bürokrat Vikipediya istifadəçisinə interfeys inzibatçısı statusu verə bilər.
a). Bürokrat Azərbaycandilli Vikipediyada müvafiq interfeys inzibatçıları qaydalarına uyğun olaraq istifadəçiyə interfeys inzibatçısı statusu verməlidir (bürokrat mövcud qaydalara uyğun olaraq bu statusu geri ala bilər).
Bürokrat statusu üçün müraciət bürokrat vəzifəsini öz öhdəsinə götürməyə hazır olan istifadəçinin (inzibatçının) özü tərəfindən və ya digər istifadəçilər tərəfindən edilə bilər. Bürokrat seçkisində lazımi qədər səs toplamış istifadəçiyə (inzibatçıya) bürokrat statusu seçkidən sonra digər bürokrat və ya stüard tərəfindən verilməlidir. Bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçi (inzibatçı) seçkidə iştirak edə və səs verə bilər.
Bürokratların seçilməsi inzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən həyata keçirilir. Bürokrat olmaq istəyən istifadəçi əgər namizədlik şərtlərini ödəyirsə, Vikipediya:İnzibati namizədliklər və səsvermələr səhifəsində müvafiq olaraq namizədliyini irəli sürə bilər.
Ümumi qruplar |
|
---|---|
İnzibati qruplar |
|
Digər qruplar |
|
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||