![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Əvvəl də təklif olunan bu vəzifəni tam yerinə yetirə biləcəyimdən əmin olmamaqla birlikdə, burda lazım bildiyim işləri daha rahat yerinə yetirə bilmək üçün bu statusu istəmək məcburiyyətində qalmışam. Dəstək və etirazlarınızı aşağıda bildirin. Təşəkkürlər. --TimBitsتِمبِتس 13:09, 22 İyul 2006 (UTC)
Səsvermə 12 aprel 2009 - 26 aprel 2009 tarixində keçirilmişdir. Səsvermədə 14 istifadəçi iştirak etmişdir. Onlardan 2-sinin səsi səsvermə tələblərinə cavab vermədiyinə görə etibarsız sayılmışdır.
Yekun nəticə
Səsvermənin nəticələrinə görə Sortilegus Azərbaycan Vikipediyasının bürokratı seçilmişdir.
AzVikinin bürokratı Mehrdad (müzakirə • töhfələr • statistikalar) son 1 il 5 ayda fəaliyyət göstərmədiyinə və bürokrat vəzifələrini yerinə yetirmədiyinə görə bu status Vikicəmiyyət tərəfindən ondan alınsın.
Səsvermə 22 dekabr 2009 - 3 yanvar 2010 tarixləri arasında keçirilir
Səsvermə 22 dekabr 2009 - 3 yanvar 2010 tarixində keçirilmişdir. Səsvermədə 8 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Səsvermənin nəticəsində Mehrdadın bürokrat statusunun saxlanılması qərara alınmışdır.
İradə xanım, salam. Siz Vikipediya:Kənd meydanı#Etibarlı mənbələr ilə də tanışsınız. Bütün bu mübahisələr məhz Sizin hazırladığınız qaydaların hər zaman prinsip məsələsi olaraq baykot eləməsi səbəbindən başlamışdir. Özünüz də ən təcrübəli istifadəçi AzVikini hamıdan yaxşı tanıyırsınız. Bürokrat statusuna Siz öz fəaliyyətiniz ilə çox-çox əvvəllərdən layiqsiniz, özünüz də dəfələrlə bürokrat statusundan imtina etmisiniz, ancaq indi tam əminəm ki, Siz əslində nə baş verir anlayırsiniz, Sizə də tərəf olmaq üçün bir növ status təklif edir "İndi vacib məsələlər bizi gözləyir. Köməyinə ehtiyacım var". Bir daha təkrar edirəm, Siz bu statusdan çox-çox yüksəksiniz, ancaq bu şərtlər altında seçilməniz münasib deyil, xahiş edirəm namizədliyinizi geri götürün, üstündən bir az keçdikdən sonra “təmənnasız” bir təklif ilə seçilin! Sizin kimə isə tərəf olmağınız “AzVikinin bir proyekt kimi sonunun başlanğıcı olar”, çox xahiş edirəm, bu şəraitdə hələlik öz namizədliyinizi geri götürün.--Melikov Memmed⇒email 06:41, 16 iyun 2011 (UTC)
Hörmətli Melikov Memmed. Mən heç kimə tərəf deyiləm. Amma bilsəm ki, namizədliyimi geri götürməklə hər şey yaxşı olacaq. Vallah geri götürərdim. Amma bilirəm ki, mən bu vəziyyətdə geri çəkilib meydanı başqalarına verə bilmərəm. Buna mənim mənəvi haqqım yoxdur. Mən kənarda dursam siz zəmanət verirsiz ki, Vikipediya prinsiplərinə bundan sonra əməl olunacaq? Son vaxtlar baş verən bütün hadisələrin səbəbi qaydalara əməl olunmamaqda idi. Bunun qarşısını kimlər alaca? Şəxsən mən bilmirəm. Göstərin o adamı mənə! --Irada 10:17, 16 iyun 2011 (UTC)
Burda heç bir yalnışlıq yoxdur. Səsvermə qanunidir. Özünüz də yaxşı bilirsiniz ki, vikisitatda mənim səsverməm də qanuni idi. Və yaxın zamanda bərpa edəcəm. Bürokrat da vikisitatda yazdı ki, kim istəsə səsvermə başlada bilər. Off bəsdir dəə bu düzgün olmayan sözləri işlətməyin artıq. --Robert Langdon 06:57, 16 iyun 2011 (UTC)
Söhbət kiminsə bürokrat olub-olmamasından getmir və yanlşlığı Sizin görməməyiniz mühüm deyil, Vüqar 1981-in görməsi lazım idi....
Vugar_1981-in bürokrat seçkisini keçirməsində qanunsuz heç bir şey görmürəm. Vikipediya:Bürokrat statusu prinsipində deyilir: "Bürokrat statusu üçün müraciət bürokrat vəzifəsini öz öhdəsinə götürməyə hazır olan istifadəçinin (idarəçinin) özü tərəfindən və ya digər istifadəçilər tərəfindən edilə bilər... Bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçi (idarəçi) seçkidə iştirak edə və səs verə bilər". Yəni bürokratlığa namizədi təkcə idarəçilər deyil, adi istifadəçilər də verə bilər. Nə üçün bürokratlığa və ya idarəçiliyə namizədləri ancaq Sortilegus təyin etməlidir. Bu nə qanundur belə? Vüqar hər şeyi düz edib, heç bir qayda pozmayıb. Kim narazıdırsa qarşı versin! Şəxsən mən özüm də belə qalmaqallı seçkidə iştirak etmək istəməzdim. Amma indiki vəziyyət bunu tələb edir. Mən sübut etmək istəyirəm ki, mənim namizədliyimin irəli sürülüb-sürülməməsi 1-2 idarəçinin istəyindən asılı olmamalıdır. Kim məni bürokrat görmək istəmirsə qarşı səs versin. Bürokrat olub-olmamağım mənim üçün elə də həyati əhəmiyyətli bir hadisə deyil. Bunu sübut etmək üçün özümə "qarşı" verirəm!--Irada 09:28, 16 iyun 2011 (UTC)
Hörmətli Vago! Siz yazırsız: "Bu cavab müqabilində Bürokrat və aktiv istifadəçilərlə məsləhətləşmələr olmadan Vüqarın seçki təşkil etmək hüququ yox idi." Belə bir qayda Vikipediyada yoxdur. Mənim cavabım isə məsləhət xarakterli idi. Əgər mənim məsləhətimi nəzərə almadan seçki keçirirsə bu o demək deyil ki, Vüqar qayda pozur. İstəmirsinizsə "qarşı" səs verə bilərsiz. Mənim Sizə münasibətim (ümumiyyətlə heç bir istifadəçiyə) dəyişməyəcək.--Irada 09:55, 16 iyun 2011 (UTC)
İrada xanım sadəcə bəzilərinə sizin bürokrat olmanız sərf etmir. Ceklinin olması isə sərf edir. Amma səsvermənin gedişində onlar bunun əksini gördüklərinə görə belə qalmaqal yaradırlar. Kişi kimi biri çıxıb söz deyə bilmir adam kimi. --Robert Langdon 09:48, 16 iyun 2011 (UTC)
Hörmətli Robert Langdon "Kişi kimi biri çıxıb söz deyə bilmir adam kimi" aşkara yaman və təhqir deməkdir.Bir istifadəçi olaraq Sizə təklif edirəm ki vikipediyanin qaydalarına diqqətli olasiz. Hörmətlə--Ebrahimi-amir 14:49, 18 iyun 2011 (UTC)
Səsvermədə iştirak edən bütün istifadəçilərdən xahiş edirəm ki, bir az təmkinli olsunlar! Təhqir və şəxsi münasibətlərə keçməyin, Allah xətrinə! Mən özüm də heç də ideal istifadəçi deyiləm, heç özümü bürokratlığa layiq bilmirəm də... Amma bu gün Vikipediyada baş verən hadisələr bunu tələb edir!--Irada 10:01, 16 iyun 2011 (UTC)
Yenə də özünüz bilən məsləhətdir, bir şeyin təməli necə qoulacaqsa, elə o cür də gedəcək. Hamınıza müvəffəqiyyəətlər→VagoMüzakirə 10:34, 16 iyun 2011 (UTC)
Vago yenə yazdıqlarımı başa düşmədiniz. Nəysə... İzahat verməyə məcbur da deyiləm. Vago sizin verəcəyiniz səslər də (əgər verəcəksinizsə) çox şeyi göstərəcək. --Robert Langdon 19:29, 16 iyun 2011 (UTC)
Hə) Vago, fikrimdə yanılmadığımdan əmin oluram. İrada xanıma əleyhinə) Cekliyə isə ona qarşı olan kompaniyaya görə səs vermirsiniz) hahah. Çox ədalətli insansınız. --Robert Langdon 15:25, 17 iyun 2011 (UTC)
))Vago, lap gülməli danışırsınız. Mən demişəm bu şərhim ümumidir. Amma əgər siz öz üzərinizə götürürsünüzsə bu artıq sizdə böyük problemin olduğunu və mənə qarşı sizdə nəyinsə olduğunu ortaya qoyur. Özünüz yəqin ki, vaxt keçdikcə bu problemin həllini tapacaqsınız. --Robert Langdon 17:30, 18 iyun 2011 (UTC)
Ebrahimi-Amir, olar ki, öz işinizlə məşğul olasınız? Mən təhqir edirəm. Bilənlər bilir, yazmır. Kim də istəyir öz üstünə götürə bilər bu sözü. Amma bu artıq mənim problemim deyil. --Robert Langdon 20:15, 18 iyun 2011 (UTC)
Mən elə öz işimlə məşqulam. Sizdə öz işinizə məşqul olan zaman qaydalar yadınızda olsun. Sözün kimnən getməsi yox, sözün necə getməsinin problemi var. --Ebrahimi-amir 20:20, 18 iyun 2011 (UTC)
Xoşunuza gəlmirsə fikir verməyin. --Robert Langdon 20:22, 18 iyun 2011 (UTC)
Məsələ burasındadir ki viki sizin şəxsi veb səhifəniz deyil. Buna əsasən qaydalar əsasında davranmaqı sizə yararlı sayıram. --Ebrahimi-amir 20:40, 18 iyun 2011 (UTC)
Onda siz saydığınızı sayın. Bu sözləri mənə yox "təcrübəli" idarəçilərə başa sal. --Robert Langdon 22:26, 18 iyun 2011 (UTC)
Gəlin birlikdə bu işi görəyin. "Təcrubəli" idarəçi və ya təcrübəsiz istifadəçi olursa olsun, qaydaları pozursa özümüz nizakəti gözləməklə ona xəbərdarlıq edək, alınmasa İdarəçilərə müraciət səhifəsidə yazaq. Bunları şəxsi qərəznən yox vikinin irəliləşmə naminə görəyin. --Ebrahimi-amir 05:31, 20 iyun 2011 (UTC)
Hörmətli Robert Langdon mən AzVikiyə gələndə Siz mənə | Xoş gəldiniz, Ebrahimi-amir! deyibsiz. İndi mən sizdən istəyirəm ki doğru yola qulluq edən düşüncənizi düzgün yolla həyata keçirdin. Hörmətlə --Ebrahimi-amir 05:42, 20 iyun 2011 (UTC)
Bu fikri mən də dəstəkləyirəm. Əgər idarəçi səhv edirsə, "İdarəçilərə müraciət" səhifəsində XƏBƏRDARLIQ yazın, kim istəyir xəbərdarlığın altından qol çəksin. Mən özümə qarşı da belə olmasını məsləhət görürəm. O zaman idarəçi də həqiqətən də səhv etdiyini anlayar, istifadəçilərlə idarələr arasında baş verən bütün anlaşılmazlıqlar aradan qalxar. --Irada 05:40, 20 iyun 2011 (UTC)
Hətta belə də etmək olar: Vikipediya:İdarəçilərin fəaliyyəti qaydasına bir bənd artıraq: İstifadəçinin İdarəçilərə müraciət səhifəsidə üç xəbərdarlığı varsa və müəyyən səs çoxluğu ilə (5 və ya 10 ) bu xəbərdarlıqlar təsdiqlənibsə, həmin idarəçinin idarəçilik statusunun əlindən alınması ilə bağlı səsvermə keçirilə bilər. --Irada 05:51, 20 iyun 2011 (UTC)
Məncə bunu tək istifadəçilərə buraxmaq olmaz, çünkü məni hər bir idarəçi bağlayırsa ondan kin saxlaya bilərəm. Ancaq bunu Arbitraj komitəsi yada "Nəzarət komitəsi" yaradmaqla həll etmək olar. FaVikidədə belə bir nizarət komitəsi (azimayişi surətdə) yaradıblar.Orada 5 nəfər 1000 dən çox redaktəsi olan istifadəçi bir idarəçini qayda pozuntusuna itiham edirsə ona komitə o idarəçinin fəaliyyətlərin təftiş edib lazım olan qərarı alır. Belə bir qayda yaranması AzViki üçün lazımdır. --Ebrahimi-amir 06:03, 20 iyun 2011 (UTC)
Elə də etmək olar. Hal-hazırda Vikipediya:Arbitraj Komitəsi var. Amma hələ səsvermə ilə prinsip qəbul olunmayıb. Mən ora daxil edərəm. Qəbul etsələr o cür də olar.--Irada 06:14, 20 iyun 2011 (UTC)
Əlbətdə dediklərim idarəçidən, idarəçilik ixtiyaratın almaq üçündür, yoxsa qaydalar önündə hami bir istifadəçi olaraq (idarəçidə, burukratda) bərabərdilər. --Ebrahimi-amir 06:16, 20 iyun 2011 (UTC)
Ebrahimi-Amir, mən sizə qarşı heç bir qəsdi-qərəzliyim yoxdur. Sadəcə "bəzilərinə" görə çox hirsliyəm və vikidə kim yazırsa istər istəməz sərt cavab verirəm. Mən elə bir şeyə dözə bilmirəm. Haqıszlığa dözə bilmirəm. Mən 4 dəfə blok oldum. Ona görə ki, dedilər guya mən qanunsuz səsvermə başlatmışam. Amma 4 dəfə blokdan sonra bürokrat durdu dedi ki, səsvermə qanuni idi. Bunu mən 4 dəfə blok olandan sonra dedilər. Buna görə mən artıq idarəçi ola bilmərəm. Vecimə də deyil. Həmin insanlarla çiyin çiyinə artıq işləməkdə istəmirəm. Sadəcə həmin idarəçi mənə qarşı etdiklərinə rəğmən idarəçilyini davam etdirir. Mən isə həmişə 4 bloklu bir istifadəçi kimi qalacam. Bütün istifadəçilər, "Bəzi"lərindən başqa Cekli ilə problemləri var. Bu sizcə təsadüfdürmü??? Deyin də nə olar. Başqa idarəçilərlə niyə problemimiz yoxdur, yalnız Cekli ilə var? Bütün problemlərin mənbəyi Ceklidir. O idarəçilikdən çıxmasa Mən fəaliyyətimi bərpa etməyəcəm. --Robert Langdon 06:56, 20 iyun 2011 (UTC)
İndi İradə xanım seçiləcək. Cekli gedəcək və meydanda İradə xanım qalacaq. O da haqsızlıqların qarşısını almaq üçün bloklayacaq və bloklayacaq. Daha bir gün yenə belə bir səhifədə, bir çox insanlar bir sıra müzakirələrlə danışacaqlar. Gün gələcək onunda çıxmasına kimlərsə yazacaqlar. Necə deyərlər tarix təkrarlanacaq. Gunel Mustafayeva 07:06, 20 iyun 2011 (UTC)
Gunel, sizin deməyinizdən belə çıxır ki, Hamı haqsızdır, bircə Cekli və siz haqlısınız... --Robert Langdon 17:22, 20 iyun 2011 (UTC)
Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarının İdarəçilərin və bürokratların namizədliyini kimlər irəli sürə bilər bölməsinin 4-cü sətrində deyilir:
Amma təəssüf ki, hələ də bu qaydaya əməl olunmur. Çünki səsvermənin başlandığı gün öz əleyhinə səs vermiş namizədin həmin addımı, virtual hüquqa görə (!) "bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçinin namizədliyini geri götürmək üçün müraciət etməsi kimi başa düşülməli və həmin andan səsvermə dayandırılmış hesab olunmalı və nəticələr ləğv olunmalıdır".
Yuxarıda sadaladıqlarımı əsas götürərək, mövcud aktiv bürokratdan səsverməni dayandırmasını və nəticələri ləğv etməsini tələb edirəm! Namizədin öz əleyhinə səs verməsini başqa cür başa düşmək qətiyyən doğru deyil. Bu ona etimad göstərənlərə qarşı açıq-aşkar hörmətsizlikdir. Bürokrat seçildikdən sonra onun öz maraqları çərçivəsində atacağı addımlarda artıq özü məsuliyyət daşımayacaq. Çünki o bürokrat olmağı istəməyib və məcburən onu seçmişlər:) Təəssüf ki, bu böyda ədalətsizliyə Vikipediyamızın ictimaiyyəti hələ də dözür və üstəlik hələ bir onu dəstəkləyir də! Bu biabırçılıqdan başqa bir şey deyil! Eto prosto biyabrstvo! Ədalətli olun cənablar! Ədalətli olun xanımlar! Bu səsvermənin davam etdirilməsinin heç bir hüquqi əsası yoxdur! Və səsvermənin nəticələri qətiyyən tanınmamalıdır. --►Cek Li Taranmesaj 07:04, 22 iyun 2011 (UTC)
Tələbdə deyili: "Namizədin öz əleyhinə səs verməsini başqa cür başa düşmək qətiyyən doğru deyil. Bu ona etimad göstərənlərə qarşı açıq-aşkar hörmətsizlikdir". İttihamı qəbul edirəm. Eyni zamanda nəzərə alsaq ki,Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları-nda deyilir: Səsvermədə aşağıdakı istifadəçilərin səsləri etibarsız hesab olunur:...namizədin öz səsi, o zaman səsimi geri götürürəm. Daha nə sürprizlər olacaq :) --Irada 07:13, 22 iyun 2011 (UTC)
Siz sözünüzün üstündə durmadınız!:)))))))) Bu Sizin növbəti və daha böyük səhv addımınızdır. Namizədliyə qədər xeyli səhv etmişdiniz. Amma namizədlikdən sonra daha çox səhv etmisiniz. Siz söz vermişdiniz axı: İlk "qarşını" özüm yazdım ki, ürəyi istəyənlər çəkinmədən "qarşı" yazsınlar. Lakn əgər məndən başqa səsvermənin sonuna kimi "qarşı" yazan olmasa, səsimi siləcəm! Əks halda səsim qalacaq və yekunlaşmada nəzərə alınacaq. Amma Sizdən başqa 2 "qarşı" yazan var! Mən Sizə qətiyyən etimad göstərə bilmərəm. Yenə qaydaya istinad edirsiniz. Amma özünüz mövcud vəziyyətdə qaydalara əməl etmirsiniz! Bizə ədalətli bürokratlar lazımdır! Bizə sözü bütöv olan bürokratlar lazımdır! Bu səsverməni başlatması iş yoldaşımın kobud səhvi idi. Məsləhətsiz don dar olar!
Tələbim isə qüvvədədir! Səsvermə başlayan gün Siz öz əleyhinizə səs verdiyiniz üçün "bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçinin namizədliyini geri götürmək üçün müraciət etməsi kimi başa düşülməli və həmin andan səsvermə dayandırılmış hesab olunmalı və nəticələr ləğv olunmalıdır". Bürokratdan əvvəl bu addımı atsanız, Sizin hərəkətinizi yüksək qiymətləndirə bilərəm! Vəssalam! --►Cek Li Taranmesaj 07:28, 22 iyun 2011 (UTC)
Cekli, siz niyə qorxursuz mənim bürokrat seçilməyimdən :))). Mən elə dediyim kimi də edəcəkdim. Amma görürəm ki, siz artıq cığallığa başlamısız. Bu idarəçiyə yaraşan iş deyil. Yəqin ki, siz də mənim qədər səs yığsaydınız heç belə tələb yazmazdınız. Amma sizin, "mənə qismət olmadı, səni də qoymaram" prinsipi heç ciddi iş deyil :)) Səslərimin çoxluğu sizi qorxutmasaydə bu tələbi mənim səsverməyimdən sonra yazaydınız. Amma siz belə yazmaqla inanın ki, öz nüfuzunuza xələl gətitirsiniz. Belə şeylərdə mərd olub, uduzmağı mərdanə, alnıaçıq bacarmaq lazımdır :) --Irada 07:56, 22 iyun 2011 (UTC)
Mən qanuni tələbimi edirəm. Cığallığı isə Siz metada edirdiniz. Səsvermə nəticəsini düzgün hesablaya bilməyən istifadəçidən nəinki, bürokrat, heç idarəçi də olmaz. Mənim nüfuzuma Qara Piar kompaniyasından başqa heç nə zərər gətirə bilməz. Sütuard seçkilərində də məğlubiyyətimiz əsas səbəbkarlarından biri məhz Siz olmuşdunuz. Əgər orada bir erməni namizəd olsaydı heç bir erməni onun əleyhinə getməzdi. Metada Azərbaycanlı vikipediyaçılardan şikayət edərək, yalnız AzVikiyə zərbə vurursunuz! Yaxşı deyiblər: Ağacı içindən qurd yeyər! Əsl Siz mənim bürokrat seçilməyimdən qorxdunuz! Hətta idarəçi olmağımdan da qorxursunuz! Vüqarın namizədliyinizi irəli sürməsi isə Sizin üçün göydəndüşmə oldu. Göydən üç alma düşdü: biri mənim (artıq cürüyüb), biri sənin (cürümək üzrədir), biri də Sortilegusun (əsl Quba(dlı) almasıdır). Sortilegusun halallığını almayan heç kəs seçkidə qalib gələ bilməz! Bu səsvermə ilə bağlı tələbim isə qüvvədədir! Səsvermə başlayan gün Siz öz əleyhinizə səs verdiyiniz üçün "bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçinin namizədliyini geri götürmək üçün müraciət etməsi kimi başa düşülməli və həmin andan səsvermə dayandırılmış hesab olunmalı və nəticələr ləğv olunmalıdır". Bürokratdan əvvəl bu addımı atsanız, Sizin hərəkətinizi yüksək qiymətləndirə bilərəm! Vəssalam! --►Cek Li Taranmesaj 08:31, 22 iyun 2011 (UTC)
Kürkə birə düşüb! Başqa şey planlaşdırılırdı başqa cür nəticələnir. Görəsən İrada xanıma sidq ürəklə Lehinə verilən səsləri həzm etmək çoxmu çətindir. Qadın böyük qüvvədir belə yerdə deyiblər :) Mən bildiyim qədər Allahın halalığını alırlar. Axı dedikləriniz kimi bürokratın əlindəki imkanlar idarəçilərdən texniki imknalara görə fərqlənir. Bildiyimiz qədərdə Vikipediya azad layihədir heç kimin dədəsindən qalan müəssisə yox! P.S. Bu qədər istifadəçi və idarəçilərin qərarlarını heçə salmaq olmaz. Dava stul davasıdır yaxşıki, kresloya çox var! Hörmətlə --E-citizen 08:51, 22 iyun 2011 (UTC)
Nə planlaşdırılırdı?
P.S. Bürokrat hələ qərar verməyib. --►Cek Li Taranmesaj 08:56, 22 iyun 2011 (UTC)
Müzakirələri oxudum, təəssüfləndirici məqamlar, haqlı iradlar da çoxdur. Bir az gülməli məqamlar da var. Zarafatyana ismarıc yazmaq istəyirəm, inanıram ki, anlaşıqla qarşılanacaq. Məndən xeyir-dua vermək istənilir, sözün düzü özümü övladı ailə quran ata yerində hiss elədim:) Bürokrat olmağın ən ağır məqamlarından biri də elə budur da. Səsvermə gedir, nəticələri prinsipə uyğun hesablayacam və elan edəcəm, həmişəki kimi. Sonra Metaya nə şikayət olacaq, kim nə deyəcək o elə söz-söhbət olaraq qalacaq. Sadəcə xeyir-duanın nə formada verilməsi məsələsi var da:) Biri var ata qızını kiməsə ərə verməyə, ya oğlunun kiminləsə evlənməyinə razı olur, toy eləyib gəlib xeyir-duasını verir, biri də var, oğlu qız qaçırır, ya qızı qoşulub qaçır, sonra toy edirlər, ata da məcbur olub gəlib xeyir-duasını verir:) İndi bizdə ikinci variantdır. Amma xeyir-dua öz yerində olacaq:) Anlaşıqla qarşılanacağına ümid edən: --Sortilegus 20:34, 26 iyun 2011 (UTC)
Mən isə bu vəziyyəti başqa cür şərh edərdim: Böyük bacı qardaşını min bir əziyyətə qatlaşaraq evlndirir. Qardaş isə çox uğurlu bir şəraitdə evlənərək artıq böyük bacısını saymır, "sən danışma" deyir və ancaq arvadının sözü ilə oturub durur. Böyük bacı məcbur olub, qardaşa "bəzi incə məqamları" başa salmalı olur...--Irada 03:46, 27 iyun 2011 (UTC)
Xoşuma gəldi, kim nə deyir desin, bədii istedad var:) Yuxarıdakıları gərgin vəziyyəti bir az yumşaltmaq üçün yazmışdım. 3-4 günə səsverməni yekunlaşdıracam, ona görə müzakirədə iştirak edənlərdən xahiş edirəm ki, bundan sonra tələblərlə, ittihamlarla, təhqirlərlə yox, normal yazışma ilə iştirak etsinlər. Yəni namizədlərə suallar ünvanlayın (çox təəssüf ki, bu praktika bizdə yalnız elə Ceklinin özünün idarəçi seçkilərində işləndi və onunla da tamamlandı), namizədlə bağlı sizi narahat edən məqamları onun özündən soruşun və s. --Sortilegus 13:12, 27 iyun 2011 (UTC)
Məncə bizə nə İradə xanım, nə də Cekli kimi bürokrat lazım deyil. Çünki hər ikisi ümumi işdənsə daha çox şəxsi münasibətlərə və şəxsi maraqlara üstünlük verirlər. Bunun əyani sübutunu son bir neçə həftədəki müzakirələri oxuyaraq tapmaq olar. İndiki status-kvo məncə daha qənaətbəxşdir və üstəlik bürokratların hər hansı bir qeyri-adi hüquqlara malik olmadığını da nəzərə alsaq bu canfəşanlıq mənə qəribə görünür. Ona görə də hər ikisinin əleyhinə səs verdim. Wertuose 07:53, 29 iyun 2011 (UTC)
Səs verənlərin hər birinə təşəkkür edirəm. Yenə deyirəm: Bürokrat seçilməyim mənim üçün elə də həyati əhəmiyyətli hadisə deyil. Bürokrat idarəçidən fərqli olaraq yalnız 2-3 əlavə texniki imkana malikdir ki, bu imkanlara görə (botla bağlı və ya istifadəçi adının dəyişdirilməsi və ya idarəçi səsverməsindən sonra idarəçilik statusunun verilməsi) bu qədər təhqir olunmağa dəyməzdi. Amma bu səsvermənin bir cəhəti yaxşı oldu ki, mən kimin kim olduğunu bir daha yəqin etdim. Kimin şəxsi ambisiyalarla, kimin isə prinsipial olması, kimin tərəfkeş, kimin isə haqq-ədaləti hər şeydən üstün tutması... Bəziləri Minsk qrupu kimi təhqir olunanla təhqir edənə fərq qoymurlar. Hər kəsi öz vicdanına və Allaha tapşırıram! --Irada 17:54, 29 iyun 2011 (UTC)
--►Cek Li Taranmesaj 04:06, 30 iyun 2011 (UTC)
Səsvermə 16-30 iyun 2011 tarixində keçirilmişdir. Səsvermədə 30 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Bu nəticələrə və Vikipediyada qüvvədə olan İdarəçilərin və bürokratların seçilməsi qaydalarının Səslərin hesablanması və nəticə bəndinin "2) Bürokratlığa namizəd etibarlı səslərin sayının ən azı 3/4-nü (75%-ni) alarsa seçilmiş, əks halda seçilməmiş hesab olunur" müddəasının tələblərinə uyğun olaraq İradaya bürokrat statusunun verilməsi təmin olunmadı.--Sortilegus 07:10, 1 iyul 2011 (UTC)
İdarəçilərin və bürokratların seçilməsi qaydalarında deyilir "2) Bürokratlığa namizəd etibarlı səslərin sayının ən azı 3/4-nü (75 %-ni) alarsa seçilmiş, əks halda seçilməmiş hesab olunur." etibarlı səs - 20 (silinmiş hər iki istifadəçi səsi etibarlıdır), qarşı səs 6. Şərt ödənilmişdir!
Sortilegus:4-cü bənddə deyilən: "4) Bürokrat statusunun alınması ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 3/4-ü müsbət olduğu halda bürokratın statusu əlindən alınır." şərtlə yuxarıdakı şərti eyni götürürsə bu doğru deyil. 2-ci bənddə "3/4-ü müsbət" ifadəsi işlənməyib!--Irada 07:28, 1 iyul 2011 (UTC)
İstifadəçilərin fikirlərini bilmək istəyirəm. Ondan sonra Metya müraciət edəcəm! Düzdür, onlar bəlkə də reaksiya verməyəcəklər. Amma Ceklinin səsverməsi ilə müqayisə (Vikipediya:İdarəçilər/Arxiv3) edərək məsələnin nə yerdə olmasının onlarında bilməsi pis olmaz!--Irada 07:28, 1 iyul 2011 (UTC)
Qəribədir ki, qanunları fırlatmaq dəbi xəstəliyə çevrilib. 20 şəxsin etimadini qazananı niyə bürokrat seçməkdən qorxurlar. Bəlkə hazırki bürokratında qalıb qalmamasını müzakirəyə çıxaraq. Baxıb görək 20 səsi toplaya biləcəkmi. Göründüyü kimi hər şey çox sadədir. --E-citizen 07:46, 1 iyul 2011 (UTC)
Burda saxtalaşma aparıldı "yalnız müsbət səslər" ifadəsi yazılmağına baxmayaraq. Amma bu o demək deyil ki, Vikipediyada bütün səsvermələr saxta olmalıdır: Claude os, aperi oculos!. --Irada 09:08, 1 iyul 2011 (UTC)
Ya da Elephantum ex musca facis --►Cek Li Taranmesaj 08:00, 1 iyul 2011 (UTC)
Necə olur ki, burada 23 səsə qarşı 11 səs - qəbul edilir ("yalnız müsbət səslər" yazılmağına baxmayaraq), burada isə 20 səs qarşı 6 səs qəbul edilmir. Mən qərar gözləyirəm! Sortilegus, özünüzü biabır etməyin!--Irada 09:18, 1 iyul 2011 (UTC)
Qaydaları diqqətlə oxuyun! [3] Siz "3/4" "3/4 müsbət" yazıları arasında fərqi görmürsüz? Onlar hətta tünd rəngdə yazılıb!--Irada 08:03, 1 iyul 2011 (UTC)
Və orada həmin sözlərdən əvvəl etibarlı səslərin sayının ən azı sözləri də yazılıb:) Damnant, quod non intelegunt:) --►Cek Li Taranmesaj 09:23, 1 iyul 2011 (UTC)
Sizin sevincinizi anlayıram. --Irada 09:26, 1 iyul 2011 (UTC)
Gülmə qonşuna, gələr başına. --►Cek Li Taranmesaj 09:28, 1 iyul 2011 (UTC)
Ağır otur, batman gəl! At ölübdür itlərin bayramıdır!----E-citizen 09:36, 1 iyul 2011 (UTC)
Elə elə ki, nə şiş yansın, nə kəbab. ilə Əvvəl arxı tullan, sonra bərəkallah de. arasındakı atalar sözü:) --►Cek Li Taranmesaj 09:41, 1 iyul 2011 (UTC)
İradə xanım onsuzda seçiləcək. İradə xanıma səsverənlər bu səslərini metada da verəcəklər.--E-citizen 09:44, 1 iyul 2011 (UTC)
META-da bürokrat olmaq üçün əvvəlcə META-nın idarəçisi olmaq lazımdır:) --►Cek Li Taranmesaj 09:46, 1 iyul 2011 (UTC)
Qaydaları hər dəfə özünüzə uyğun təhrif etməklə nə qazanacaqsız? Siz "3/4" "3/4 müsbət" yazıları arasında fərqi görmək istəmirsinizsə bu artıq mənim problemim deyil. P.S. Cekli, maşallah olsun, yaman sevinir...Görün Vikipediyanı nəyə döndərdi sizin Vago, Cekli, Sortilegus və Wertuose -dan ibarət qruplaşmanız! Çox təəssüf edirəm! Görək meta nə qərara gələcək...--Irada 10:36, 1 iyul 2011 (UTC)
Mən yekunlaşmanı artıq metadan gözləyirəm! --Irada 10:45, 1 iyul 2011 (UTC)
Çox təəssüf ki, vikipediyamız bu vəziyyətə gəlib çıxdı. Biz beləyik! 5 istedadlı vətəndaş olaraq, çiyin-çiyinə işləməkdənsə bir-birimizin ayağını dartırıq. Budur, bizi uçuruma aparan. İndi də ierarxiya davası gedir. Mən şəxsən bundan sonra buranın (artıq vikipediya demirəm) daha da dava dalaş məskəni olacağını görürəm. Artıq burda bütün hörmətlər aradan götürülüb. Sortilegus, mən əvvəlcədən demişdim, indi də deyirəm. Buranı bərbad hala salan sənsən, sənin şəxsi hikkə və düşmənçiliyin. İradə xanım, Azərbaycanda yaşayan azsaylı xalqlara hörmətlə yanaşmağı öyrənmək lazımdı. Bəziləri Cekli kimi hədlərini aşsalar da əksəriyyəti özünü AZƏRBAYCANLI hesab edir. Axı, burda mənə dəyən zərbələr sizin heç birinizə dəyməyib. Təvazökarlıqdan kənar olsa da hələ də heç biriniz öz fəaliyyəti ilə mənə çata bilməmisiniz (baxmayaraq ki, 1 ildi çox az fəaliyyətdəyəm). Amma müzakirə səhifələrindəki fəaliyyətinizə mən illərlə işləyəm çata bilmərəm. Görün bu enerjini başqa yönə yönəltsəydik indi azviki haralarda olardı. Ona görə də bu sözlərim sizin hamınızadır ki, buna haqqım çatır: "Fəaliyyətinizi genişləndirmək əvəzinə vaxtınızı müzakirə səhifələrində keçirdiniz. Ona görə vikipediya bu vəziyyətə gəldi. Yenə də gec deyil. Vikipediyada sabitlik yaratmağın vaxtıdı. İnanın belə davam etsəniz istifadəçilərin ancaq ikrah hissini qazanacaqsınız Sortilegus, Cekli, İrada, Wertuose siz hamınız. Və sonda sizin idarəçilikdən təmizlənməyinizdən başqa yol olmayacaq.
Mən burda fəaliyyətimi dondururam bütün idarəçilərə etiraz əlaməti olaraq. Nə vaxt burada sabitlik, əvvəlki iş rejimi bərpa edilərsə buraya qayıdıb sizə qatılmağa həmişə hazıram.
--Vüsal Ağayev 17:04, 1 iyul 2011 (UTC)
Bir daha hər kəsi salamlayıram!
Seçkilər başa çatdı, çox geniş müzakirlər və mübahisələr oldu. İndi gəlin görək bu seçki nə kimi nəticələri ortaya çıxartdı, hansı qaranlıq məqamlara işıq gətirdi. Mən açıq danışacam və sonrakı müzakirələr qoşulmayacam. Bu şəxsən mənim fikrimdir:
Mənə səs verənlərə və səs verməyənlərə bir daha təşəkkürümü bildirirəm və Vikipediyadan müəyyən müddətə, ola bilsin ki, həmişəlik uzaqlaşıram (Cekli, sevin!...bipp..bipp (sənin ifadəndir))!!! Hamıya hörmətlə, --Irada 03:36, 2 iyul 2011 (UTC)
Hörmətli İradə xanım. Sizin bürokrat seçkisində yüksək qələbəniz vikipediyada olan şəxsi nüfuzunuzun göstəricisi oldu. Hələ heç bir zaman kimsə və nəsə 20 müsbət səs qazana bilməyib. Bu günkü gün üçün bu çox yüksək rəqəmdir və bu tək Sizin deyil, bütün vikicəmiyyətin qələbəsidir. Rəsmi alınmasa da Siz seçkidən qalib kimi çıxdınız. Sizin vikipediyada fəaliyyətiniz buranın mövcudliğunuz əsas şərtlərindən biridir. Sizin buranı tər etməyinizdən söhbət gedə bilməz, bu vikipediyanın iflicinə səbəb ola bilər.
Siz buranın qeyri-rəsmi birinci bürokratısınız, məgər birincinin onu sevənlərdən inciməyə haqqı varmı ? Bu kollektiv ən çətin anlarda kömək üçün Sizə müraciət edir. Sizin sizə inananların ümüdünü qırmağa ixtiyarınız varmı ? İstirahət üçün vikiməzuniyyət götürməyə ixtiyarınız vardır, ancaq həmişəlik sözünü fikirinizdən atın. Siz seçkinin mütləq qalblsiniz, ancaq 1 səsin çatmamağı Sizin rəsmi qələbənizə mane oldu. Burada qaydalarımızdakı müəyyən əadlətsizliklər də rol oynadı. Ancaq bütün bunlar ümüdsüzlüyə qatılmağa imkan vermir. Sizə və fəaliyyətinizə böyük hörmətlə --Acategory 04:02, 2 iyul 2011 (UTC)
Hörmətli Cekli829, sizin indiki durumda buna razılıq vermənizi müsbət dəyərləndirmirəm. Bu Vikipediyada problemlərin arasında daha bir problem yaratmaq deməkdir. Mümkünsə, namizədliyinizi geri götürərdiniz. →VagoMüzakirə 06:26, 16 iyun 2011 (UTC)
Cekli geri çəkilmə və namizədliyini də geri götürmə!!! Gunel Mustafayeva 10:04, 16 iyun 2011 (UTC)
--Robert Langdon 19:26, 16 iyun 2011 (UTC)
Əfsanə istifadəçi Kinqmart gəldi Cekliyə dəstək verdi və getdi... --Robert Langdon 21:37, 16 iyun 2011 (UTC)
Hörmətli Cekli829, bu qərarınıza görə məmnuniyyətlə Sizin əleyhinizə səs verərdim. Amma Sizin əleyhinizə kompaniya aparıldığını düşündüyümdən, bunu etməyirəm. Əslində mənim Vikipediya idarəçiliyindən getməyim hamıya, o cümlədən də Sizə qəribə gəldi. Bəlkə bu barədə də səhv qərar vermişəm, amma məncə bu gün Sizə də mənə qarşı kompaniya aparmaq xüsusunda 7-ci sən ol təklifi verilsə, Siz də rədd cavabı verib, digər 6 nəfəri qarşınıza alardınız. Sizin səhvləriniz xüsusunda onu qeyd etməyi borc bilirəm ki, düzdür xəta buraxmısınız, amma mənim sonuncu xətamın yanında demək olar ki heçnədir. Özü də ən aktiv idarəçi Sizsiniz, işləməyənin nə xətası olacaq ki, xətanı elə işləyən buraxar da, heç gör hörmətli Mehrdada "gözün üstə qaşın var deyən olurmi"?! Sözün açığı mənə hələ də qəribə gəlir, düşünürəm ki, hörmətli Vuqar 1981 də bilirdi ki, Sizin bürokrat seçilmək şansınız çox azdır, niyə Sizi də İradə xanımla bir yerdə bürokratlığa namizədliyinizi sürdü, mənə hələ də qəribə gəlir. Belə olan halda yenə də öz hüqüqunuz olan namizədliyinizin verilməsinə bu qədər həvəs göstərdiniz, mənə hələ də aydın deyil. Yenə də uğurlar arzulayıram. →VagoMüzakirə 06:15, 17 iyun 2011 (UTC)
Mənə bu seçki səmimi gəlmir. Məncə bunlar Ceklinin vikipediyadan getməyi üçündür. Mənə son dərəcə maraqlıdır əgər o getsə bütün məsələlər düzələcəkmi? Gunel Mustafayeva 07:07, 17 iyun 2011 (UTC)
Ceklinin bürokrat olmağı AzVikiyə nə verəcək? Nəyə lazımdı bu? İndiki halda seçiləcəyi inandırıcı deyil. Birdən seçilsəydi nə olacaqdı? İdarəçi olaraq vikipediya üçün nə edib ki bürokrat olaraq nə etsin? Dəstəyə səs verənləri də anlamıram. Ceklinin idarəçiliyi səhv idi. Birinci seçkidən ikinci seçkiyə qədər istifadəçilərin daha az etimad etdiyi göründü. Bu da üçüncü seçki. Seçkidən çəkilib istifadəçilərlə münasibəti normallaşdırmaq daha yaxşı olardı. Fəaliyyəti səhvlərlə bol olan istifadəçi bürokrat olmamalıdır!--Eмϊn >> 13:32, 17 iyun 2011 (UTC)
Vugar 1981-in Ceklini səsverməyə çıxartmağında şəxsi münasibətlərin də rolu az deyil. İnanmıram ki, Vugar 1981 həqiqətən Ceklini bürokratlığa ən layiqli namizədlərdən görür. Cekliyə qarşı kompaniya aparıldığını düşünürsünüz, özünüz isə burda açıq-aşkar İradə xanıma qarşı kompaniya aparırsınız. Başa düşürəm ki, Ceklinin bu gün az səs yığmağı sizi təəssüfləndirir və buna görə də İradə xanıma qarşı çıxırsınız. Bütün müzakirələrdə Cekliyə dəstək olmağınız yadımdadı. Ona xoş gəlsin deyə məni saxtakarlıqda da itdiham etmisiniz. Cekli həm burda, həm də vikisitatda öz fəaliyyətindən sui-istifadə edib. Onun üçün çıxış yolu mühafizədi. Vikisitatda Rovshan.95-i blokladı və mənlə Azeri Warrioru bloklamaqla hədələdi. O fəaliyyəti boyu çox səhvə yol verib. Bir-bir sadalamaq lazımdı? Dəstəyə səs verənləri bir daha düşünməyə çağırıram. Şəxsi münasibətlərdən çox Vikipediyanı düşünün.--Eмϊn >> 13:21, 18 iyun 2011 (UTC)
Düz bildiyindən yox, öz bildiyindən əl çəkməyən. Hər halda vikisitatda idarəçi seçkisi hələ yaddan çıxmayıb. Sona kimi yanlış mövqeyindən əl çəkmədi, öz statusundan sui-istifadə etdi.. Nəysə.. yazdıqca qurtarmır səhvləri :)--Eмϊn >> 21:04, 25 iyun 2011 (UTC)
Əşşi, Emin, özünü yorma. Heç nə yazan yoxdur. Onlar üçün münasibət var. Vikipediya onlar üçün həvəsləri düşəndə işlədikləri, özlərinə görə qanunlar tərtib etdikləri bir veb saytdır. Dəstəyə səs verənlərdən biri yaza bilərmi, hansı fəaliyyətinə görə dəstək? Nəysə. Cavab almayacağımdan əminəm. Ya da cavab yazan yenə məni təhqir etməkdə günahlandıracaq)) başqa çıxış yolları yoxdur). --Robert Langdon 22:29, 18 iyun 2011 (UTC)
Mən şəxsən Cəklinin fəaliyyətlərin AzViki üçün yararli bilirəm. Onu həmişə Vikini bütün layihələrində hazır görmüşəm. Bu o demək deyil ki yanı Cəklinin heç bir xətası yoxdur. Görünən kimi onun əleyhinə olanların sayı ləhinə olanlardan çoxdur.
Mən fikr edirəm ki burda ayrı yanlışliqlarda olub. Tək başına Cəklini günahkar bilmirəm. Bir idarəçi bir istifadəçinən bəhs aparirsa o bəsdəki yanlışlıqlar üçün onu bloklamağa haqlı deyil. Ancaq bunuda qəbul edəyin ki AzVikinin idarəçiləridə heç bir həftədəndə sonra belə bir məsələyə reaksiya göstərməyəcəklər.
Cəklinin yanlışlıqları olsada AzVikidə böyük əməyi var. Qaydaları pozubsa onu yerində mətrəh etmək, yerində həll etmək lazım olurmuş, ki nəzərə gəlir olmayıb.
İndi biz hər şeyi yenidən başlamalıyıq. Rovşən bəyin haqqı yeyilibsə onu qaytarmaq lazımdır. Fikirləşirəm ki bunu təşkil edəcəyimiz komitə edə biləcək. Mən təklif edirəm ki hamımız qaydalar əsasinda davranaq. Şayad neçə il bundan əvvəl AzVikini bir ağsaqqal kimi idarə etmək mumkun imiş, ancaq indi onu "qaydalar" çərçivəsində idarə etmək lazımdır. --Ebrahimi-amir 07:13, 20 iyun 2011 (UTC)
Vagonun yazdığına bir baxın da xahiş edirəm. Nəysə... Amma, o da vaxtilə idarəçi idi. Bilirsinizmi necə, Ebrahimi-Amir, hər idarəçinin problemi var hər birinin, amma heç bir idarəçi Ceklidən başqa bütün istifadəçiləri bloklamaqla hədələməyib. Bu özü də normal bir hal deyil. Həm də bloklamaqla hədələmək öz texniki imkanlarında sui istifadə kimi də səslənir. İlk dəfə blok olanda bütün idarəçilər Cekliyə dedilər ki, bu blok niyə qoyulub? həm də xəbərdarlıqsız... Əşşi uzun uzadı danışmaq istəmirəm. Amma sizə bir şey də deyim. Ceklinin 80 minə yaxın redaktəsi var. Onun 50 mini özünə lazımsız səhifələr açmaqladır. Ceklinin zarafat səhifəsi nə bilim nə... Bir idarəçinin yaratdığı səhifələrə baxın bir. Onun indiyə kimi yaratdığı kateqoriyaların çoxu onsuzda silinib. Əsas kəmiyyət deyil keyfiyyətdir. O idarəçi bir idarəçi kimi hələ bu vikipediyaya xeyir verməyib. Stüard seçkilərində deyəsən namizəd olmuşdu. 100-ə yaxın əleyhinə səs aldı. Bu vikipediyamız adına böyük biabrçılıq idi. Son dəfə qəyyumlar şurasına seçkilərdə hələ deyirdi ki, yadımdan çıxdı yoxsa yenə namizədlik verərdim. İndi mən sizdən soruşuram növbəti biabrçılıq bizə lazımdırmı?
Bir sözlə o şəxs idarəçilikdən çıxmalıdır. Mən bu fikrimdən dönməyəcəm.
P.S: Özü isə şəxs kimi əslində çox yaxşı insandır. İlk görüşümdə hətta yeganə razı qaldığım insan o idi. Onunla hətta birlikdə bir yol getmişik. Mən bunları heç vaxt unutmaram. O yaxşı insandır, amma vikidə yox! --Robert Langdon 17:16, 20 iyun 2011 (UTC)
Vaqo siz və Cekli niyə insanlara bu qədər fikir verirsiz. Sizin ikinizin xasiyyəti mənə Herman Hesenin "Yalquzaq" əsərindəki qəhrəmanı xatırladır. Yəni insan dediyimizin xüsusiyyətləri belədir, axı mövqeyini əldən vermək nəyə lazımdır. Sizin hərəkətləriniz məni çox məyus edir.
Gunel Mustafayeva 07:55, 22 iyun 2011 (UTC)
Mən heç kimin yolunda deyiləm. Mən sizə başqa fikir söyləmək istədim... Gunel Mustafayeva 08:52, 22 iyun 2011 (UTC)
Səsvermə 16-30 iyun 2011 tarixində keçirilmişdir. Səsvermədə 26 istifadəçi iştirak etmişdir.
Yekun nəticə:
Bu nəticələrə və Vikipediyada qüvvədə olan İdarəçilərin və bürokratların seçilməsi qaydalarının Səslərin hesablanması və nəticə bəndinin "2) Bürokratlığa namizəd etibarlı səslərin sayının ən azı 3/4-nü (75%-ni) alarsa seçilmiş, əks halda seçilməmiş hesab olunur" müddəasının tələblərinə uyğun olaraq Cekli829-a bürokrat statusunun verilməsi təmin olunmadı.--Sortilegus 07:10, 1 iyul 2011 (UTC)
Səsvermə 30 iyul — 14 avqust 2018 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 14 avqust 2018 saat 23:59-da səsvermə dayandırılır)
Şərh: Hörmətli Vikipediya istifadəçiləri, hamınızı salamlayıram. Vikipediyanın azərbaycanca dil bölməsində 7 illik fəaliyyətim var və bir ildir ki idarəçi kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində azvikinin inkişafı üçün könüllü şəkildə əlimdən gələni etmişəm və bundan sonrada əlimdən gələni əsirgəməyəcəyəm.
Bu gün azvikidə bürokrat olmağı qərara aldım və bu seçim hal-hazırda sizin ixtiyarınızdadır. Bürokrat olmaq istəməyimin ən əsas səbəblərindən biri gələn il stüardlığa namizəd olmağı düşünməyimdir. Fikrimcə stüard seçimində local vikipediyada bürokrat olmaq bu seçimə müsbət təsir göstərəcək. Son olaraq onu da qeyd edim ki, bu səsvermənin nəticəsi gələcək fəaliyyətimə heç bir mənfi təsir göstərməyəcək. Hər birinizə öncədən təşəkkür edirəm. Hörmətlə --eldarado ✉ 20:57, 29 iyul 2018 (UTC)
Yekun nəticə:
Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Eldarado (müzakirə • töhfələr • statistikalar)-ya latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın bürokratı statusu verilmişdir.--Sortilegus (müzakirə) 21:48, 15 avqust 2018 (UTC)
Səsvermə 2 iyun — 17 iyun 2019 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 17 iyun 2019 saat 23:59-da səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Crepusculum olaraq dəyişdirmişdir. |
Hörmətli Vikipediya istifadəçiləri, hamınızı salamlayıram. Vikipediyanın azərbaycanca dil bölməsində 10 illik fəaliyyətim var və artıq 7 ildir ki, idarəçi kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində azvikinin inkişafı üçün könüllü şəkildə əlimdən gələni etmişəm və bundan sonrada əlimdən gələni əsirgəməyəcəyəm. Bürokratlığa namizəd olmağımın əsas səbəbi səsvermələrin yekunlaşdırılmasında daha operativ olmaq və gələcəkdə (yaxın 2 il ərzində) stüard seçilmək üçün namizəd olmaq barədəki düşüncələrimdir. Yaxın tanışlara məlum olduğu kimi 2 ildən çoxdur ki, Toronto şəhərində yaşayıram və hesab edirəm ki, Bakıda hamı yuxuda olan zaman Torontoda aktiv bir idarəçi və bürokratın Vikipediyanın başında olması heç də pis olmaz. Belə ki, Azvikidə olan aktiv fəaliyyətim Bakı vaxtı ilə gecə 1-5 arasına təsadüf etməkdədir. --Baskervill (müzakirə) 22:27, 2 iyun 2019 (UTC)
Yekun nəticə:
Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Baskervill (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın bürokratı statusu verilmişdir. Hörmətlə--eldarado ✉ 11:24, 18 iyun 2019 (UTC)
Səsvermə 23 iyul — 7 avqust 2019 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 7 avqust 2019 saat 23:59-da səsvermə dayandırılır)
Salam dostlar. Bürokrat namizədi olmağımın bir çox səbəbləri var. Qeyd edim ki, mən Vikipediyadan əlavə Azərbaycan dilində 3 (Vikilüğət, Vikixəbər, Vikimənbə) layihədə idarəçiyəm, Vikisitatda isə aktiv istifadəçiyəm. Ümumi olaraq Vikimedia Fondunun 6 layihəsində idarəçiyəm. Texniki mənada AzVikidən öyrəndiklərimi digər layihələrdə də tətbiq edirəm və həmin layihələrin formatına uyğun olaraq fəaliyyət gösətrirəm. Bürokrat statusuna texniki işlərdə ehtiyacım var. Məsələn, AzVikidə bir çox köhnəlmiş şablonu daha yeni və müasir olan şablonlarla birləşdirmişəm. Bunun üçün isə bəzən sürətli çalışmaq lazım olur. Çünki, minlərlə səhifədə dəyişiklik edirsən və oxuyucuları çaşdırmamaq üçün daha tez problemi həll etməlisən. Bu səbəbdən bəzi hallarda botdan əlavə öz istifadəçi adımla da AWB ilə çalışmalı oluram. Bu cür hallarda özümə bot statusu verərək təkmilləşdirmə işlərini daha asan, tez və effektli həll edə bilərəm.
Həmçinin Azvikidəki bürokrat statusum digər Azərbaycandilli layihələrdə bu statusu almağım üçün zəmin və etibar yaradacaq (adi halda idarəçi kimi bu statusu götürmək çox çətindir). Məsələn, Vikilüğət kimi layihədə bürokrata ehtiyac var. Bu cür layihələr texniki cəhətdən geridirlər. AzVikidə texniki işlərdən başı çıxan həmkarlarımı bu kimi layihələrə yönəldib onlara interfeys-idarəçi və s. kimi texniki işlər üçün nəzərdə tutulmuş hüquqları verərək layihələrin inkişafına zəmin yaratmaq olar. Metadan asılı qalmaq isə yorucu və gec prosesdir. Bu işləri ləngidir. Bürokrat olmaq üçün ən önəmli səbəblərimdən biri də budur. Digər kiçik layihələrin inkişafına da təkan vermək lazımdır.
4 ildir Vikimedia layihələrində çalışıram. Müzakirələr zamanı tərəfsiz olmağa səy göstərirəm. Vikipediyada və idarəçi olduğum digər layihələrdə fəaliyyətim ilə bağlı heçbir narazılıq yoxdur və indiyədək də olmayıb. İnanıram ki, bürokrat kimi deaktiv olana qədər layiqincə fəaliyyət göstərə bilərəm. Diqqətiniz üçün təşəkkür edirəm. Xoş vikilər. --Turkmen müzakirə 21:57, 22 iyul 2019 (UTC)
Shafa Movsumov : Rüfətin vikipediyamızın inkişafında xidmətləri böyükdür. Bürokrat seçilməsinin və ya seçilməməsinin fəaliyyətinə təsirini düşünmürəm. Ona hər işdə uğurlar arzu edirəm.Magistraturaya hazılaşsa daha yaxşı olar :-)
Mən Turkmen bürokrat namizədliyindən imtina edirəm. Aktiv bürokratlardan biri səsverməni yekunlaşdırsın. Səsvermədə iştirak edən hərkəsə minnətdarlığımı bildirirəm. Dostlar, çalışın dürüst və səmimi olun. Çalışın öz fikriniz və araşdırmalarınız ilə hərəkət edin. Əgər peşəkar vikimediaçı olmaq istəyirsinizsə bunu edin. Hörmətlə, Turkmen müzakirə 15:00, 3 avqust 2019 (UTC)
Yekun nəticə:
N Namizədin istəyinə əsasən səsvermə dayandırıldı. Hörmətlə--eldarado ✉ 15:27, 3 avqust 2019 (UTC)
Səsvermə 24 yanvar — 8 fevral 2022 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 8 fevral 2022 saat 23:59-da səsvermə dayandırılır)
Salam, bürökratlıq üçün namizəd olmağımın bir neçə səbəbi var:
Diqqətiniz üçün minnətdaram!— Turkmen müzakirə 00:32, 24 yanvar 2022 (UTC) (P.S. Azərbaycanca Vikipediyada istifadəçi imzaları ortaq UTC vaxtını göstərdiyi üçün mən çaşqınlıq yaranmasın deyə öz imzamda namizədliyimi verdiyim real tarixi (VP:İBSQ-da göstərildiyi kimi Bakı vaxtı ilə) qeyd etmişəm. Səhifələrin redaktə tarixçələrində tarix Bakı vaxtı ilə göstərilsə də istifadəçi imzaları London vaxtı ilə işləyir (namizədlik tarixi)).
Yekun nəticə:
Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Turkmen (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın bürokratı statusu verilmişdir.— Sortilegus (müzakirə) 20:58, 8 fevral 2022 (UTC)
Səsvermə 18 iyun — 3 iyul 2023 tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 3 iyul 2023 saat 23:59-da səsvermə dayandırılır)
Hər kəsə salam. Çox hörmətli Toghrul R-nin bürokrat statusu üçün namizədliyini təqdim edirəm. Fəaliyyətini yüksək qiymətləndirdiyim və texniki işlərdən çox yaxşı anlayan, tərəfsiz, obyektiv və aktiv bir istifadəçi, inzibatçıdır. İstifadəçilərin müraciətlərini həmişə səbirli, operativ və obyektiv şəkildə cavablayan istifadəçidir. Hazırda AzVikidə 3 bürokrat var. Düşünürəm ki, bir bürokratın daha seçilməsindən ziyan gəlməz, əksinə, Vikipediyamızın xeyrinə olar. Ümid edirəm ki, təklifimi rədd etməyəcək və seçiləcəyi təqdirdə də bürokrat kimi də Vikipediyaya öz dəyərli töhfələrini qatmağa davam edəcək. Uğurlar! Hörmətlə, Gadir (müzakirə) 23:09, 17 iyun 2023 (UTC)
Səs ovçuluğu ehtimalı yüksəkdir.
Səs ovçuluğu ehtimalı yüksəkdir.
Səs ovçuluğu ehtimalı yüksəkdir.
İstifadəçi özü bürokrat olmaq istəyir? Fikri maraqlıdı. — Wealszy (müzakirə) 03:47, 18 iyun 2023 (UTC)
bürokrat statusu idarəçidən daha çox əmək və cavabdehlik tələb edircümləsini də ehtiva edir ki, bu da inzibatçıların iş bölgüsünə uyğun olaraq bu istiqamət üzrə daha mənim daha aktiv olmağıma stimul verəcəkdir. Bundan əlavə, bəzi bürokrat əməliyyatları var ki, həyata keçirilməsi bir neçə gün gecikir. Düzdür, hazırda bu gün belə bir problem yoxdur, amma bir müddət əvvəl (dörd bürokrat olan vaxtlarda da) belə hallarla qarşılaşılırdı. Hər gün redaktə etməsəm də, gün ərazində bir neçə dəfə ya mobil telefonla, ya da kompüterlə Vikipediyaya daxil olaraq fəaliyyəti izləyən bir istifadəçi kimi deyə bilərəm ki, göstərəcəyim aktivlik operativliyi daha da yüksəldilməsinə səbəb olacaq — Toghrul R (m) 09:06, 21 iyun 2023 (UTC)
Yekun nəticə:
Səsvermənin nəticələri Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Toghrul R (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın bürokratı statusu verilmişdir.— Turkmen müzakirə 09:56, 4 iyul 2023 (UTC)