![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam, @Sortilegus, @Eldarado, @Turkmen. Baskervillin 15 fevral 2022-ci ildə Kənd meydanında yazdıqları (xüsusən bu cümlə:"Yaratmış olduğunuz qütbləşmədən sadəcə olaraq utanmalısınız") Vikipediya:Nəzakət, Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir, Vikipediya:Etiket, Vikipediya:Bloklama qaydaları prinsiplərinə ziddir və istifadəçi bloklanmalıdır. Cəzasızlıq belə kobud ifadələrin tez-tez təkrarlanmasına gətirib çıxaracaq. Eminn (müzakirə) 19:10, 16 fevral 2022 (UTC)
Salam. Buradakı müraciətə əsasən yazıram. Hörmətli bürokrat və idarəçi Sortilegus-un məlumatlandırmasıyla, mən təklif edirəm ki, xroniki hal almış idarəçilərə xas passivliklə bağlı qaydalara uyğun olaraq təftiş aparılsın. Bütün idarəçilərin bu bənd əsasında təftiş edilməsini tələb edirəm. Sortilegus-un da qeyd etdiyi kimi ""İdarəçilərin əsas vəzifələri" bölməsində göstərilən minimal tələblərə uyğunlaşdırmazsa, o zaman müzakirəsiz və səsverməsiz həmin istifadəçi idarəçi statusundan məhrum edilir. Bu bənd müddətli həqiqi hərbi xidmət keçdiyi müddətdə qeyri-aktiv olan idarəçi/bürokrata aid edilmir.". Mənimlə həmfikir olan istifadəçilər də var. Yenə qeyd edirəm ki, etirazımız şəxslərə deyil. Hər bir idarəçinin vikipediyaya əvəzsiz töhfələri olub. Hər birinə təşəkkür edirik. Amma səlahiyyətini istifadə etməyənlərdən xahiş və tələb edirik ki, aktiv istifadəçi olaraq fəaliyyətinə davam etsin. Mən tələb edirəm ki, KM-da başladılan müzakirə tarixinədək (2 May 2022 saat 17:14 (UTC) ) olan idarəçi fəaliyyətləri təftiş edilsin. Zəhmət olmasa nəzər alın, hörmətli Sortilegus, Turkmen. Eldarado. Təşəkkürlər. - Dr.Wiki54 (müzakirə) 20:12, 3 may 2022 (UTC)
İdarəçi | Son 6 aydakı redaktə sayı (2 noyabr 2021 - 2 may 2022) 500 redaktə |
Əvvəlki 6 aydakı redaktə sayı (2 may 2021 - 2 noyabr 2021) 500 redaktə |
Son 6 aydakı idarəçi əməliyyatları (2 noyabr 2021 - 2 may 2022)[1] 25 redaktə |
Əvvəlki 6 aydakı idarəçi əməliyyatları (2 may 2021 - 2 noyabr 2021)[2] 25 redaktə |
---|---|---|---|---|
Sortilegus | 8485 | 1911 | 1254 | 185 |
Wertuose | 63 | 81 | 5 | 5 |
Babək Akifoğlu | 466 | 560 | 111 | 97 |
Araz Yaquboglu | 18957 | 14284 | 2109 | 2297 |
Eminn | 398 | 180 | 823 | 341 |
White Demon | 858 | 11045 | 595 | 2149 |
Nicat49 | 516 | 684 | 294 | 192 |
Eldarado | 560 | 963 | 101 | 238 |
Qolcomaq | 1044 | 1853 | 29 | 22 |
Turkmen | 2108 | 4092 | 199 | 463 |
Toghrul R | 4189 | 3552 | 1002 | 1389 |
Baskervill | 1024 | 489 | 59 | 19 |
Drabdullayev17 | 394 | 9 | 57 | 0 |
Solavirum (21 iyul 2021-dən idarəçi) |
13464 | 10729 | 229 | 357 |
Sura Shukurlu (4 yanvar 2022-dən idarəçi) |
2338 | - | 276 | - |
Salam hörmətli Vikicəmiyyət. Hər kəsə məlum olan və təxminən 2 il davam edən pandemiya dövrü hamımızın həyatına müəyyən dərəcə təsir etmişdir. Bu dövrdə ən çox yük dəyərli həkimlərin üzərinə düşmüşdür. Bir həkim olaraq mənim də iş yüküm kifayət qədər artmış və Vikilayihədəki fəaliyyətim demək olar ki, olmamışdır. Amma yaxın günlərdə Vikifəaliyyətimi əvvəlki vəziyyətinə qaytaracam. İdarəçilik məsələsinə gəldikdə isə əgər Vikicəmiyyət mənim buna layiq olmadığımı düşünürsə özüm istefa verməyə hazıram. Bu müddət ərzində olan yenilikləri öyrənmək üçün qısa bir müddət mənə kifayət edəcəkdir. Hörmətlə — Drabdullayev17 (müzakirə) 12:25, 5 may 2022 (UTC)
Yuxarıda qeyd edilən fikirlərlə bağlı olaraq bəzi düşüncələrimi bölüşmək istərdim. Qaydalara təbii ki, əməl olunmalıdır, amma konkret istinad edilən bənd qaydalara əlavə olunduğu dövrdə Vikipediyada yaranmış mühitə uyğun tərtib olunmuşdu. Həmin bəndin təşəbbüskarlarından biri kimi deyə bilərəm ki, həmin dövrdə idarəçi sayımız az idi və idarəçiləri aktivliyə həvəsləndirmək, aktiv olmayanları idarəçi statusundan məhrum etmək üçün belə bir addım atılmışdı. Amma bu gün idarəçi sayımızın artdığı dövrdə həmin qayda aktuallığını itirsə də, qüvvədə qalır. Digər vikilərin isə demək olar ki, heç birində buna bənzər tələb yoxdur və biz bu bəndi ru-vikidəki qismən buna bənzəyən başqa bir tələbi presedent kimi qəbul edərək yazmışdıq. Amma ondan bir müddət sonra Metada yeni qayda qəbul olundu ki, 2 il qeyri-aktiv olan idarəçinin statusu stüardlara müraciət etməklə, yaxud idarəçinin özünün hər hansı vikisəhifədə statusdan imtina etməsini bəyan etdiyi halda avtomatik alına bilər. Ona görə də bizim əlavə etdiyimiz bənd böyük ölçüdə aktuallığını itirdi. Bura qədər dediklərimdə bu qaydanın qəbul olunma məntiqini izah etməyə çalışdım. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, həmin bəndin qəbul olunduğu dövrdə istifadəçi qrupumuz yox idi və hər hansı aktiv offlayn fəaliyyət barədə söhbət getmirdi deyə belə fəaliyyətlər qaydalarımızda o vaxt nəzərə alınmayıb və sonradan da əlavə edilməyib. Sonda yuxarıda mənə dəstək olaraq qeyd edilən fikirlərə görə təşəkkürümü bildirirəm. Qaydalarda nəzərdə tutulmuş növbəti addım olaraq idarəçilərin müzakirəsi olarsa, orada da fikirlərimi bildirməyə hazıram. Həmçinin yaxın vaxtlarda həm Vikipediyada onlayn, həm də Vikipediya ilə bağlı offlayn fəallığımı artıracağam.--Wertuose (müzakirə) 08:31, 6 may 2022 (UTC)
Salam. Bürokratlardan Sortilegus, Eldarado, Turkmen, xahiş edirəm ki, bu məsələ ilə maraqlansınlar. Hörmətlə, dancewithdevil (müzakirə) 08:18, 8 may 2022 (UTC)