Bu səhifə Vikipediyadakı səhifələrin barədə barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır.
Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.
Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.
![]() | ![]() |
Qaralama:Dəyirman FK • ( müzakirə | qeydlər | tarixçə | keçidlər | izlə | SNS-də axtar) • [versiyalar]
Salam əziz həmkarlar. Hər birinizi xoş gördüm. "Dəyirman" klubunun məqaləsinin bərpası ilə bağlı sizə detaylı məlumat vermək istəyirəm, çünkü klubun peşəkar minifutbol klubu olduğunu düşünürəm. Bu klub 2022/2023 Azərbaycan Minifutbol Çempionatı sezonunda rəsmi olaraq iştirak etmişdir. Hansı ki, liqa çempionat dərəcəsinə görə birinci yerdədir. Futbolda bu cür klubların məqalələri saxlanılır. Əgər araşdırsaq, 14 noyabr 2022 tarixində federasiya onların iştirakı ilə bağlı paylaşımlar etmiş, iştirak edəcəklər deyə təbrik etmişdir. Həmçinin AFFA-da öz rəsmi saytında klub barədə qeyd etmişdir. Düşünürəm bu vəziyyət klubun ensklopedik olduğunu göstərir. Nəticə etibarı ilə yüksək səviyyəli çempionatda çıxış etmişdir. Həmçinin bu barədə AFFA belə məlumat vermişdir. Zəhmət olmasa bu məlumatları dəyərləndirərək, fikirlərinizi qeyd edin.Çox sağolun. Minnətdaram Asif Məmmədov (müzakirə) 17:12, 26 dekabr 2024 (UTC)Cavabla
Son zamanlar globalda videosu məhşurlaşan Panturalın Vikipediya səhifəsini axatrdıqda rast gəlmədim. Sonra isə silinməyini gördüm. Həmin səhifəni yenidən yaratmaq və ya bərpa etmək mümkündürmü? Bunun üçün nə etmək lazımdır? FacelessWarrior (müzakirə) 11:23, 17 fevral 2025 (UTC)Cavabla
Şəxsin ensiklopedik əhəmiyyətliliyi həm sənətşünas həm də rəssam olaraq müxtəlif ensiklopediyalarda haqqında yazılmış materiallardan aydın görünür. Nümunə-https://famous-scientists.ru/anketa/mamedova-lyaman-aslan-17621. Digər birinci və ikinci dərəcəli mənbələr axtarışla asanlıqla tapıla bilir. İlk yaradılan məqalə (2022-ci ildəki) yəqin ki, istinadlar olmadan naşı şəkildə yazılıb və buna görə də silinməyi məqsədəuyğun hesab edilib. Tərəfimdən yazılan məqalədə isə (2025) həm birinci dərəcəli, həm də ikinci dərəcəli mənbələrə kifayət qədər istinad var. Aşağıdakı iki standartı əsas götürürəm.
`Əgər silinən səhifə təkmilləşdirilmiş, silinmiş versiyasından əhəmiyyətli dərəcədə fərqlənəcək şəkildə yenidən yaradılmışdırsa ` - VP:Ü4 -ə istinadən.
`Əgər mövzu ensiklopedikdirsə və məzmun neytral mövqedən çıxış edilərək yenidən tərtib oluna bilərsə, silmə tövsiyə olunmur. ` - VP: Ü11
İndi isə prosesə nəzər salaq. Məqalə üzərində işləyərkən əvvəlcə vikiləşdirmə şablonunun qoyulması (təqdirəlayiq haldır) sonra isə sil şablonu qoyulmadan silinməsi (zənnimcə bu netiketə uyğun hal deyil) baş verib.
Məqaləni yaradarkən aşağıdakı məqalə yaratma qaydasını rəhbər tutmuşam:
"Məzmun azlığı və ya uyğun olmayan məzmun səbəbi ilə bir məqalə silinibsə (sürətli silmə kriteriyaları ilə) və eyni mövzuda daha yaxşı bir məqalənin yaradılması istənirsə, nəyisə nəzərdən keçirməyə ehtiyac qalmadan keyfiyyətli məqalə yaratmağa davam edə bilərsiniz. Etibarlı mənbələrə əsaslan bir məqalə yaratmaq alternativi olduğu təqdirdə mənbəsiz bir qaralamanın silinmə keçmişini araşdırmaq vaxt itkisidir."
Məqalənin qalmasının azvikini zənginləşdirdiyini düşünürəm. Ümumiyyətlə hörmətli həmkarlar gəlin məqalələri silməyə tələsməyək. Əgər nəyi isə düzəltmək mümkündürsə onu inkişaf etdirmək hər zaman silməkdən daha xeyirli addımdır.
Bütün bunları nəzərə alaraq səhifənin bərpa edilməsini xahiş edirəm.
Əlavə qeyd: Yaradıcı mütəxəssislər altbölməsində - Rəssamlar haqqında ensiklopedik əhəmiyyətlilik meyarlarının işlənib hazırlanmasını təklif edirəm. Digər sənət adamları ilə müqayisədə ensiklopedik əhəmiyyətlilik meyarlarında rəssamlar haqqında heç nə yoxdur. Əvvəlcədən təşəkkürlər. PrinceValiant (müzakirə) 17:36, 21 mart 2025 (UTC)Cavabla
Sizə müraciət edərək Süleyman Cəfərov Kərəm oğlu haqqında yaradılmış, lakin silinmiş məqalənin bərpasını xahiş edirəm.
Süleyman Cəfərov – Vətən müharibəsinin iştirakçısı, baş leytenant, müxtəlif medallarla təltif olunmuş hərbiçi və hazırda "Xüsusi Təyinatlıların, Şəhid Ailələrinin və Veteranların İctimai Birliyi"nin Abşeron rayon rəhbəridir. Eyni zamanda o, idmanda da uğur qazanaraq Azərbaycan çempionu olmuş, geniş ictimai fəaliyyətlə məşğul olan şəxsdir.
Haqqında çoxsaylı tanınmış KİV-lərdə məlumat dərc olunmuşdur. Məqalə ensiklopedik üslubda yazılıb, istinadlarla zəngindir və vikiləşdirilmişdir.
Zəhmət olmasa, təqdim olunan bu əsaslara əsaslanaraq, məqalənin bərpası məsələsini nəzərdən keçirəsiniz. Əlavə düzəlişlər tələb olunarsa, məmnuniyyətlə əməkdaşlığa hazıram.
Hörmətlə,
[jafaroffwiki] JafaroffWiki (müzakirə) 21:01, 14 aprel 2025 (UTC)Cavabla
Daha əvvəllər uyğun formada olmadığı üçün silinibmiş. Lakin hazırda "Scopus" məlumat bazasında jurnal qeydiyyatdadır. Vikipediyanın şərtlərinə görə mətbuatın ensiklopedikliyi baxımından "Scopus"da qeydiyyatda olması mühüm rol oynayır. Həmçinin jurnal haqqında bir çox yerli və beynəlxalq nüfuzlu mənbələrdə məlumatlar, elektron kataloq və xarici universitetlərin kitabxanalarında sayları yer almışdır. -- Rüfət Həsənli 19:49, 10 may 2025 (UTC)Cavabla