![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yaratdığım eyni adlı məqalə silinməyə namizəd məqalələr siyahısına salınmış, müzakirə edilmiş və səsvermə təşkil edilmişdir. Məqalənin silinməsinə 1 nəfər, saxlanılmasına 3 nəfər, digər məqalələrlə birləşdirilməsinə isə 3 nəfər səs vermişdir. Baxmayaraq ki, məqalənin saxlanılmasına və birləşdirilməsinə bərabər sayda səs verilmişdir, məqalə çox ixtisar olunaraq ADA Universiteti məqləsi ilə birləşdirilmişdir.
Bu təhsil müəssisəsi ADA Universitetinə tabe olsa da, yerləşdiyi region üçün mühüm əhəmiyyətə malikdir, müəssisə ensiklopedik əhəmiyyətə malikdir. AzViki-də digər universitetlərin regionlarda yerləşən filiallarına həsr olunuş xeyli məqalələr var. Məsələn: Bakı Dövlət Universitetinin Qazax filialı , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı , Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı , Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı və s. Əgər bu struktur tam müstəqil olmadığına görə ona həsr olunmuş məqalə silinibsə, onda digər universitetlərin də, regionlarda yerləşən struktur/filiallarına dair məqalələr də silinməlidir.
Region üçün əhəmiyyətinə, ümumölkə miqyasında işlər həyata keçirməsinə, internetdə ona dair axtarış verərkən yüzlərlə nəticələr çıxmasına, həmçinin digər universitetlərin də, regionlarda yerləşən strukturlarına/filiallarına dair məqalələr olmasına əsaslanaraq xahiş edirəm ki, məqalə bərpa olunsun. Mardan Alizada (müzakirə) 15:04, 9 oktyabr 2023 (UTC)
Əleyhinə: Bu mərkəz hələ yeni fəaliyyətə başlayıb. Hazırda məqalə sadəcə reklam xarakterlidir, çünki hələ məzunları olmayan bir təhsil müəssisəsi hansı göstəriciyə görə ensiklopedikdir? Binasının qədim olması, yaxud hansısa başqa müəssisənin bazasında yaradılmış olması, avtomatik olaraq bu təhsil müsəssisəsini ensiklopedik etmir. Vikipediya "Yellow pages" deyil ki, hər müəssisə özü haqda məlumat yerləşdirsin. Təhsil müəssisəsinin gərək əvvəlcə məzunları hansısa böyük nailiyyətləri olan şəxslər olsun ki, həmin şəxslərin məqaləsində bu müəssisəyə istinad olsun və bu göstərici əsasında da məqalə yaratmağa əsas yaransın. Bəlkə 3-5 ildən sonra ensiklopedik olacaq, amma hazırda deyil.--Wertuose (müzakirə) 08:06, 29 noyabr 2023 (UTC)
Yekunlaşdırma: Bərpa olunmamasına qərar verildi. Nemoralis (müzakirə) 07:04, 7 mart 2024 (UTC)
Bərpa olunmasın: yuxarıdakı şərhlərə əsasən — Tarixi Nadir (müzakirə) 19:01, 17 dekabr 2023 (UTC)
Yekunlaşdırma: Bərpa olunmamasına qərar verildi. Nemoralis (müzakirə) 12:17, 28 yanvar 2024 (UTC)
Bərpa olunsun: Assalam aleykum azərbaycanlı qardaşlar! Təəssüf ki, srağagün Atakhanli İkinci Dünya Müharibəsi illərində qazax tanker ace ilə bağlı məqaləni silib. Məqalədə şablonlar var: (qaralama, Mənbə azlığı, vikiləşdirmək) Bu o deməkdir ki, məqalə təkmilləşməyə davam edirdi. Məqalə xəbərdarlıq edilmədən, müzakirə edilmədən silindi. Qaliy Adilbekov vəfat edən zaman Orta Asiya xalqlarının bütün nümayəndələri arasında ayrıca tank briqadasının yeganə komandiri idi. Müharibənin lap əvvəlində SSRİ-nin mərkəzi qəzetlərində onun haqqında artıq iki ayrı-ayrı nəşrlər var idi. Qazaxlar həmişə azərbaycanlıların dostu olublar. Azərbaycan Vikisini yoxsullaşdırmağa ehtiyac yoxdur. Ona görə də Qaliy Adilbekovun məqaləsini geri qaytarmağınızı xahiş edirəm. Hörmətlə, Don-Doka (müzakirə) 13:22, 27 oktyabr 2023 (UTC)
Yekunlaşdırma: məqalənin SNS ilə silinməməsi və məqalədəki problemlərin həll olunması nəzərə alınmaqla bərpa edildi. Atakhanli (müzakirə) 19:03, 2 noyabr 2023 (UTC)