. Love.az

Vikipediya Bilirsinizmi 1 Hefte 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 1 Hefte 2019

Vikipediya məqalələrindən

Zeynal bəy türbəsi
Zeynal bəy türbəsi
  • Dağlaləsi həyəcanının məhşurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" adlı əsərin böyük rolu olmuşdur.
  • Uzun Həsənin oğlu Zeynal bəyin dəfn olunduğu türbə (şəkildə) Ilısu Barajının tikintisi sona çatdıqdan sonra su altında qalmaması üçün xüsusi texnologiya vasitəsilə 12 may 2017-ci ildə öz yerindən Hasankeyf Yeni Mədəniyyət Parkına daşınmışdır.
  • Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir.
  • 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma bulağı (yaxud bəzi ədəbiyyatlarda Almaqulağı) adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.
  • Assassin's Creed Origins oyunu Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/1._Həftə_2019&oldid=4540428"
LOVE.AZ