XIX əsrdə Şamaxıda fəaliyyət göstərmiş Şamaxı rəqqasələri təkcə Şirvanda deyil, Qərbi Avropada belə məşhurlaşmışdır. Belə ki, fransız yazıçısı Aleksandr Düma, diplomatı Artur de Qobino öz yazılarında, rus rəssamı Qriqori Qaqarin isə öz rəsm əsərlərində Şamaxı rəqqasələri ilə bağlı məlumatlar vermişdilər.