. Love.az

Vikipediya Bilirsinizmi 10 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 10 Hefte 2015

Vikipediya məqalələrindən

  • İddiaya görə, Filadelfiya təcrübəsi zamanı ABŞ donanmasına aid mühafizəçi mina gəmisi olan 1240 tonluq "USS Eldridge" (şəkildə) bir neçə dəqiqə içərisində 600 km-dən uzaq məsafəyə gedib-qayıtmışdır.
  • Varşava gettosunda saxlanılan yəhudilərin 254 000 min nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür.
  • Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
  • Baş barmaq bilək-əldarağı oynağı—trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir.
  • Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
  • Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayıran Magellan boğazını keçən ilk avropalı Fernan Magellandır.
  • 1864-1870-ci illərdə baş vermiş Paraqvay müharibəsi zamanı Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geridə qalmış ölkəsinə çevrilir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/10._Həftə_2015&oldid=5076132"
LOVE.AZ