. Love.az

Vikipediya Bilirsinizmi 10 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 10 Hefte 2016

Vikipediya məqalələrindən

  • Memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmiş De Burun sarayında hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu yerləşir.
  • Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş bombardmançı və raket daşıyıcı Tupolev Tu-95 təyyarəsi bütün zamanların ən sürətli və güclü təyyarələrindən biri hesab olunur.
  • Malayziyanın Kuala-Trenqanu şəhərində yerləşən Büllur məscid (şəkildə) informasiya texnologiyaları infrastrukturunun yaradılması və Wi-Fi əlaqəsinin quraşdırılmasına görə ölkənin birinci "intellektual" məscidi adlanır.
  • Mexaniki emal üsulu olan yayma üsulunun tətbiqinin əsas məqsədləri həm pəstahın profilini dəyişmək, həm də səthin dəqiqliyini, təmizliyini və bərkliyini artırmaqdır.
  • SSRİ tərəfindən Qara dənizdə istifadə edilən Ş-213 sualtı qayığı 1942-ci ildə dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır.
  • Yaponiyanın Hiroşima prefekturasında, İtsukuşima adasında yerləşən şintoist İtsukuşima məbədinin ritual qapıları toriilər ölkənin ən məşhur görməli yerlərindən biri hesab edilir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/10._Həftə_2016&oldid=7231898"
LOVE.AZ