Love.az
Vikipediya Bilirsinizmi 10 Hefte 2021 - Wikipedia - Love.az
Ana Səhifə
-
Vikipediya Bilirsinizmi 10 Hefte 2021
Vikipediya məqalələrindən
İddiaya görə,
Filadelfiya təcrübəsi
zamanı
ABŞ donanmasına
aid mühafizəçi mina gəmisi olan 1240 tonluq "
USS Eldridge
" (şəkildə) bir neçə dəqiqə içərisində 600 km-dən uzaq məsafəyə gedib-qayıtmışdır.
Varşava gettosunda
saxlanılan yəhudilərin
254 000
min nəfərə yaxını 1942-ci ilin yay aylarında
Treblinka ölüm düşərgəsinə
göndərilərək öldürülmüşdür.
Nobel mükafatı
laureatı
Robert Mandell
tərəfindən yaradılmış
Mandell-Fleminq modeli
açıq iqtisadiyyatda
monetar
və
fiskal siyasətin
həyata keçirilməsi zamanı istinad edilən hakim
paradiqmadır
.
Baş barmaq
bilək-əldarağı oynağı
—
trapesiyaşəkilli sümüyün
I daraq sümüyü
ilə birləşməsindən əmələ gəlir.
Sakit okeanın
qərbində yerləşən
Marian çökəkliyi
dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
Odlu Torpaq arxipelaqı
ilə
Cənubi Amerika
materikini bir-birindən ayıran
Magellan boğazını
keçən ilk avropalı
Fernan Magellandır
.
1864
-
1870
-ci illərdə baş vermiş
Paraqvay müharibəsi
zamanı
Paraqvayın
bütün infrastrukturu dağılır və o
Latın Amerikasının
ən geridə qalmış ölkəsinə çevrilir.
LOVE.AZ