"Yaponiya raketçiliyinin atası" hesab olunan Hideo İtokava(şəkildə) 1955-ci ildə Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini hazırladığı üçün "Doktor Raket" ləqəbini qazanmışdır.
2014-cü ildə əsası qoyulmuş San-Marino məbədi Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.
Cənubi afrikalı Sandra Leynq ağdərili ailədə doğulmasına baxmayaraq, 1966-cı ildə karandaş testini keçə bilmədiyi üçün CAR hökuməti tərəfindən doğum irqi ağdan rəngliyə dəyişdirilmişdir.
Finlandiyanın "Hanoi Rocks" qrupunun adı Hanoyda hazırlanan "Hanoy qayası" adlı çəhrayı rəngli heroin növündən götürülmüşdür.
Tokio şəhərində yerləşən Nişirokuqo parkındakı heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı kimi tanınır və parkın girişində şinlərdən hazırlanmış Qodzilla heykəli yerləşir.